30 Eylül 2014 Salı

Hindistanlı İş Adamları ilə Görüş

Hindistanlı iş adamları ilə görüş

Azərbaycanda keçirilən Hindistan Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan hindistanlı iş adamları Sharma və Vivek Kapur ilə azrəbaycanlı iş adamlarının birgə görüşü keçirilmişdir. Görüş çərçivəsində Hindistan bazarının və məhsullarının azərbaycanlı iş adamları üçün üstün cəhətəri, iki tərəf arasında qarşılıqlı biznes əlaqələrinin qurulması barədə müzakirələr aparılmışdır.
İPƏK YOLU SİDİB - in təşkilatçılığı ilə baş tutan görüşdə QUTechnopark da öz könüllü tələbələri ilə birgə iştirak etmişdir. Hər iki ölkədə olan biznes mühitinin imkanları, Azərbaycanda təşkil olunan Hindistan Sərgisinin təşkilati məsələləri ətrafında aparılan danşıqlıqlar bütün iştirakçılar üçün faydalı və maraqlı olmuşdur.

BethClip Silikon Vadisində

BethClip Silikon VadisindəYeni Fikir 2014 Müsabiqəsində birincilik qazanaraq 10 000 manat grant əldə etmiş BETHCLIP layihəsi Silikon Vadisində səfərdədir. Burada müxtəlif istiqamətli təlimlərdə, seminarlarda iştirak edən layihə rəhbəri Rəşid Əliyev investorlar ilə görüşmə və layihəni təqdim etmə imkanı əldə edir.
Sentyabr ayının sonlarına kimi nəzərdə tutulan səfər Happy Farm və Imperious Group - un təçkilatçılığı ilə baş tutmuşdur. Əvvəl xəbər verdiyimiz kimi Betchlip layihəsi Happy Farm Business Incubator Startup müsabiqəsində final mərhələsinə yüksələrək bu şansı əldə etmişdir. Bu səfərin BethClip layihəsinin tanıdılması və investisiya qazanılması üçün böyük şans olduğunu qəbul edərək Rəşid bəyə uğur arzulayırıq!

Milla süd zavodunun nümayəndələri ilə görüş.

Milla süd zavodunun nümayəndələri ilə görüş.
Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə Milla süd zavodunun HR və PR şöbəsinin nümayəndələri Kamalə Sultan-Əhmədi və Lalə Murtuzayeva arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə imkanları, şirkət nümayəndələrinin universitetimizdə Master Classe keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub. Görüş sonunda xatirə şəkili çəkilib.

Aztexnika və Aztikintiyol şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Aztexnika və Aztikintiyol şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə Aztexnika və Aztikintiyol şirkətinin HR   şöbəsinin nümayəndələri Renat Rüstəmov və Faiq Ağamoğlanov arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə imkanları, şirkət nümayəndələrinin universitetimizdə Master Classe keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub. Görüş sonunda xatirə şəkili çəkilib.

Tələbəmiz Azercell təqaüd proqramının qalibidir

Tələbəmiz Azercell təqaüd proqramının qalibidir
Azərbaycanın akademik potensialının yüksəlməsinə daim dəstək olan “Azercell Telekom” MMC-nin 01 iyul 2014-cü il tarixində elan etdiyi Tələbə Proqramı üzrə son seçimlər başa çatmışdır. Proqrama qatılmaq üçün ölkəmizin müxtəlif təhsil ocaqlarından ümumilikdə 400 tələbə müraciət edib.Tələbə Proqramının mərhələli seçimləri nəticəsində 12 tələbə Azercellin təqaüdçüsü adına layiq görülmüşdür. Bölməmizin tələbələrindən Aysel Soltanlı da qaliblər arasındadır. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Qaliblərin təltif etmə mərasimi 23 sentyabr Azercell-in Barama İnnovasiya Mərkəzində keçirilmişdir. Tələbələr ilə görüşdə iştirak edən Azercell MMC-nin Prezidenti Kirill Qaburiç qaliblərlə geniş müzakirələr aparmış və onlara gələcək karyerada uğurlar arzu etmişdir. Görüş zamani gənclər fikir və təklifləri ilə bolüşmüş, maraqlı ideyalar irəli sürmuşdülər.
http://fi.qu.edu.az/az/news/Qafqaz-Students-Intern-Abroad-5714.html

Tələbələrimizin İstanbul Yay Təcrübə Proqramı

Tələbələrimizin İstanbul yay praktikası
Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakultəsi “2014 Türkiyə Yay Təcrübəsi” proqramını uğurla başa vurub. Maliyyə, Biznesin İdarəedilməsi, Dünya İqtisadiyyatı və Dövlət və Bələdiyyə İdarəetməsi bölümlərindən seçilmiş 25 tələbə İstanbulda üç böyük şirkətdə - BankAsya, Zaman Media Qrupu və Colins Tekstil təcrübədə olublar. Tələbələr şirkətlərin müxtəlif departamentlərində tam ştat işçi statusunda bir ay fəaliyyət işləmiş və şirkətlər tərəfindən nahar, nəqliyyat və digər şirkətdaxili xidmətlərlə təmin olunmuşlar.Təcrübə ərzində Dünya iqtisadiyyatı ixtisasının tələbələri BankAsya-nın Xarici əməliyyatlar və Risklərin idarəolunması, Maliyyə ixtisasının tələbələri bankın Muhasibatlıq, Maliyyə analizi, Nəğd və kredit əməliyyatları departamentlərində fəaliyyət göstərmişlər. Biznesin idarəolunması ixtisasının tələbələri isə Colins şirkətinin Marketinq departamentində təcrübə keçmişdir. Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələr Zaman Media Qrupun İctimaiyyətlə əlaqələr və İnsan resurslarının idarəolunması departamentlərində təcrübə imkanı qazanmışlar. Təcrübədə iştirak edən bütün tələbələrə şirkətlər tərəfindən sertifikatlar təqdim olunmuşdur.İş sonrası və həftəsonlarında tələbələr asudə vaxtlarını maraqlı İstanbul gəzintisi ilə keçirmişlər. Baş çəkilən yerlər arasında Ayasofya, Sultan Ahmet, Dolmabahçe, Arxeologiya Muzeyi, Topkapı və s. yerlər olmuşdur. Təcrübədə iştirak edən tələbələrdən Günay Aliyevanın təcrübə təəssüratları belədir: “Türkiyədə praktika hər cəhətdən bizim üçün faydalı oldu. İstər iş yerində qazandığımız biliklər, istərsədə dünyanın ən gözəl şəhərlərindən olan İstanbulun gəzintisi həyatımızda unuda bilməyəcəyimiz anlar olacaq. BankAsya-nın təcrübəli, bir o qədər də səmimi gülərüz işçi heyəti bizlərə bildiklərini öyrətmək üçün əllərindən gələni əsirgəmirdilər. Boş vaxtlarımızda isə İstanbulun ən gözəl yerlərini gəzməyə çıxmaq praktikamıza daha da gözəllik qatdıİş saatlarından sonra tələbələr daima sosial fəaliyyətlərdə iştirak edərək vaxtlarını əyləncəli keçirir, kinoteatra gedir, futbol oynayır və İstanbulun unudulmaz mənzərəsini seyr edirdilər. Qrup rəhbəri olan müəllimlər davamlı olaraq tələbələrin təcrübə yerlərinə baş çəkir və şirkətlərdə aidiyyatı departament rəhbərlərindən tələbələrin inkişafı haqqında məlumat almışlar.Qafqaz Universiteti Türkiyədə təcrübə proqramını 2005-ci ildə başlatmışdır və hal-hazırda proqram uğurla davam etdirilir.

23 Eylül 2014 Salı

Qafqaz universiteti " Bakı Elm Festivalı "nda iştirak edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü,  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Noyabr ayında  " Bakı Elm Festivalı " keçiriləcək. Gənc alimlərin çıxışları,  elmi laborotoriyalara ekskursiyalar,  elmi şoular, robotların yarışı, elmi filmlərin nümayişi kimi mövzularda keçiriləcək festivalın əsas məqsədi Elmlə cəmiyyəti bir birinə yaxınlaşdırmaq, elmi nəaliyyətləri əyani şəkildə nümayiş etdirmək və gənc nəslin elmə olan marağını daha da artırmaqdan ibarətdir. Ali məktəblərin iştirakınında nəzərdə tutulduğu festifalın təşəbbüskarı olan Milli Elmlər Akademiyasının Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Dr. Nuridə Hidayət Qafqaz universitetində olub. Universitetin rektoru professor Ahmet Saniç qonağa universitet haqda ətraflı məlumat verib. Dr. Nuridə Hidayət universitetdə fəaliyyət göstərən  İKT mərkəzində tələbələrin proqramlaşdırdığı robotları izləyib, mexanika və kompyuter laborortoriyalarında olub. O, Qafqaz universitetinin də Bakı Elm Festivalının ən layiqli iştirakçılarından olaçağına inandığını bildirib.

Daimi İnkişaf Mərkəzi TOEFL və İELTS hazırlıq kurslarının qeydiyyatına start verib

Daimi İnkişaf  Mərkəzi TOEFL və İELTS  hazırlıq kurslarının qeydiyyatına start verib.Hər 1-ci gün yeni bir kurs başlayar devizi ilə yola çıxan  Daimi İnkişaf  Mərkəzi TOEFL və İELTS  hazırlıq kurslarının qeydiyyatına start verib. Kurslar  xarici ölkəkərdə magistratura təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulur. Kurslar həftədə 2 dəfə olmaqla 90 (doxsan) dəqiqə 3 ay müddətinə davam edəcəkdir. Qafqaz Univerisiteti tələbə və məzunlarına 15 % endirim olacaq. Kurslar  peşəkar müəllimlərimiz tərəfindən tədris ediləcəkdir. Hər hansı bir sualla bağlı Qafqaz Universiteti Əsas Bina 502-ci otağa müarciət edə bilərsiniz.
Əlaqə: 012 349-99-90, mob: 055 448 28 62
DİM Koordinatoru Turqay Bədəlov



Hazırda doktorantura üzrə Qafqaz Universitetində oxuyuram.


Hazırda doktorantura üzrə Qafqaz Universitetində oxuyuram.

Rüfət Hüseynov: “Bahçeşehir Universitetini seçməyimdə akademik heyətin “ağır”lığı qərarıma təsir edən amillərdən ən əsası oldu”
Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Rüfət Hüseynovdur. Rüfət aktiv gənc olmaqla yanaşı oxuduğu ixtisas üzrə peşəkar kadr kimi də formalaşıb. O, hazırda fəaliyyətini Qafqaz Universitetinin Biznesin idarə edilməsi kafedrasında müəllim olaraq davam etdirir. Bu savadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
- Özünüz barədə məlumat verərdiniz.
- Hüseynov Rüfət Xaliq oğlu, 1988-ci il 18 dekabrda Bakı şəhərində dünyaya gəlmişəm. 1995-2006-cı illərdə 67 saylı orta məktəbi bitirmişəm və elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi və təşkili fakültəsinə daxil olmuşam. Təhsilimi uğurlu davam etdirərək 2011-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən Bahçeşehir Universitetində təhsil almağı yüksək təqaüdlə qazanmışam. Buna qədər orta məktəb illərində bir çox olimpiadalarda iştirak edib, müxtəlif yerlər tutmuşam. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş, Azərbaycan orta məktəblərində bir ilk olan “Əvəzsiz illər” qəzetinin baş redaktoru olmuşam. Məktəb illəri xatirələrindən də söz açsaq, məktəbimizdə keçirilən Məktəb Hökumət İdarəetmə Sistemində məktəbimizin baş naziri olmuşam.
-Türkiyədə xeyli sayda gəncimiz ali təhsil alır. Sizdə bu ölkəyə olan maraq İstanbulda ali təhsilinizi davam etdirməyə sövq etdi? 
-Türkiyədə təhsil almaq əsas məqsədlərimdən biri idi. Ümumiyyətlə, bu ölkənin bizə nə qədər yaxın olması və Türkiyə təhsil sisteminin hansı səviyyədə olması barədə söz açmaq istəməzdim. Çünki bunları hər kəs gözəl bilir. Hələ 11-ci sinifdə Türkiyədə ali təhsil almaq kimi bir şansım yaranmışdı. TQDK-nın Türkiyə universitetinə qəbul üçün keçirdiyi imtahanda Ankara Universitetini qazanmışdım. Lakin ailəm icazə vermədiyi üçün bu şansı dəyərləndirə bilmədim. Türkiyədə magistr ali təhsilini qazandıqda isə ailəm və dostlarım gələcək karyerama müsbət yöndə təsir göstərəcəyinə inanaraq oxumağıma dəstək oldular. Buna görə ən çox valideynlərimə təşəkkür edirəm.
-Oxuduğunuz ali məktəb barədə söz açardınız. Buradakı təhsil, tədrisin səviyyəsi sizi qane edirdimi? 
-Bahçeşehir Universiteti Türkiyənin özəl universitetləri içərisində ilk 4-lükdə yer alan universitetdir. Akademik heyəti çox zəngindir və bu universiteti seçməyimdə akademik heyətin “ağır”lığı qərarıma təsir edən amillərdən ən əsası oldu. Avropa və Amerikanın nüfuzlu universitetlərindən PHD – fəlsəfə doktorluğu qazanmış təcrübəli müəllimlərdən dərs almaq, bilik, bacarıq və akademik təcrübə baxımından çox önəmlidir. Bahçeşehir Universitetinin dünyanın 17 ölkəsində fəaliyyət göstərən korpusları var. Bu da tələbələrin daha asanlıqla GNO yüksək tutaraq digər ölkələrdə olan korpuslarında təhsil almalarına imkan yaradır. 
-Hazırkı karyera və təhsil fəaliyyətiniz nə yerdədir?
-Hazırda akademik olaraq karyeramı Qafqaz Universitetinin Biznesin idarə edilməsi kafedrasında müəllim olaraq davam etdirirəm. Hazırda doktorantura üzrə Qafqaz Universitetində oxuyuram. 
-Ümumilikdə ölkədə gənclərimiz, tələbələr üçün yaradılan şərait sizi qane edirmi? 
-Mən sizə ali təhsil barədə fikrimi bildirə bilərəm. Ölkəmiz gəncdir, alimlərimizin sayı kifayət qədər deyil. Bunun səbəbi isə təhsil və tədris ədəbiyyatlarımızın Azərbaycan dilində az olmasıdır. Tələbələrimiz ədəbiyyat axtarışında böyük çətinliklərlə üzləşir və xarici ədəbiyyatlara müraciət etmək məcburiyyətində qalırlar. Yeni qəbul edilən “Alimlərin motivasiya proqramı” gələcəkdə hazırkı ehtiyacların qarşılanması üçün planlanıb və həyata keçirilməyə başlanıb. Artıq bu proqramın nəticəsi kimi deyə bilərik ki, Azərbaycanın dünya universitetləri reytinqləri içərisində 700-lükdə 3 universiteti yer alıb ( 651: Qafqaz Universiteti, 700+: Bakı Dövlət Universiteti, Xəzər Universiteti). Bu proses uğurla davam edərsə, gələcək 5 il içərisində təhsilimizin keyfiyyəti daha da artacaq ki, biz gənclər olaraq buna inanırıq. 
- Azərbaycanda sizin ixtisasınız üzrə hazırkı durum 
sizi qane edirmi? 
-Mən biznesin idarə edilməsi üzrə təhsil almışam. Ölkəmizdə bu ixtisas üzrə boşluqlar dövlətimizin xaricdə təhsil proqramlarından məzun olmuş, Erasmus proqramları çərçivəsində Avropa və Amerikada elmi araşdırmalar aparan müəllimlərimiz vasitəsilə aradan qaldırılır. Buna görə gələcəyə böyük ümidlə baxmaq olar və yerli şirkətlərimizin işçilərinin peşəkar ixtisas artırması üçün bu proqram üzrə universitetlərə müraciət edərək təhsil almaları əyani sübutdur. 
-Təhsilinizi uğurlu davam etdirdiyinizi dediniz. Bəs ictimai-diaspor işlərində necə aktivsinizmi?
-Bəli, bir sıra tədbirlərdə aktivlik göstərməyə çalışıram. Tələbəlik illərimdə, demək olar ki, Azərbaycanın İstanbuldakı Konsulluğunun təşkil etdiyi bütün tədbirlərdə iştirak etmişəm. Bunlara misal olaraq ümummilli liderimiz Heydər Əliyevin 90 və 91-ci il yubileyləri, Həmrəylik Günü, Xocalı soyqırımı, Novruz bayramı və s. tədbirləri göstərmək olar.
-Bəs digər azərbaycanlı tələbələr necə, aktiv idilərmi? Ümumiyyətlə, soydaşlarımızın oradakı fəaliyyəti barədə də söz açardınız...
-Tələbələrimiz kifayət qədər aktivdirlər. Gənclərimizin aktivliyinin, xarici vətəndaşlarla qurduqları ünsiyyətlərdən, təbliğatlardan da şahidi ola bilərik. Vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə əksər tələbələrimiz aktiv iştirak edirlər. Türkiyə elə bir ölkədir ki, burada Azərbaycanı qardaş ölkə kimi tanımayan vətəndaş, demək olar ki, yoxdur. Bu, vətəndaşlarımız üçün böyük bir fürsətdir. Ona görə ki, onların özlərini sərbəst, Azərbaycanda yaşayırmış kimi hiss etmələri, insanları ilə çox asan dil tapa bilmələri mümkündür. Bu şəraitin banisi, sözsüz ki, ümummilli liderimiz Heydər Əliyev olub və buna görə daim ona minnətdar olacağıq.
-Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
- Ötən illərə nisbətən, ilbəil ölkəmizdəki gənclərimizin də aktivliyi artır. Əvvəllər keçiriləcək sosial tədbirlər haqqında məlumatı çətinliklə alırdıqsa, artıq QHT-lərin sosial şəbəkələrdən aktiv şəkildə istifadə edərək keçiriləcək tədbirlər haqqında məlumat verməsi gənclərimizin sosiallaşması və təhsillərini inkişaf etdirməsi baxımından böyük, çox böyük rol oynayır. 
-Son illərdə ali təhsil ocaqlarında oxuyan tələbələrimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi halları çoxalıb. Bununla bağlı dövlət proqramları da həyata keçirilir. Bunu necə dəyərləndirərdiniz?
-Bazar iqtisadiyyatı dövründə bazar payı böyük olan, iqtisadi baxımdan güclü, maliyyə və idarəçilik baxımından düzgün idarə olunan şirkətin uğurlu şirkət hesab edildiyini nəzərə alsaq, uğurlu gənc modelini ixtisaslaşmış beynəlxalq təhsil, düzgün ünsiyyət qurma bacarığı, kritik qərar vermə, punktuallıq, iqtisadi baxımdan şəxsi iqtisadi idarəetmə qabiliyyəti, xarici dil biliyi və s. təşkil edir. 
Bunu dərk edən gənclər kadr bazarında daha asanlıqla iş tapmaq üçün bu modelə uyğunlaşmağa çalışırlar. Bunun üçün bəzi gənclərimiz təhsilləri üçün çox gərəkli olan ədəbiyyatları, beynəlxalq kompüter proqramları və s. çətinliklə belə olsa əldə edib, ölkəmizdə təhsillərini davam etdirir. Bu çox böyük iradə tələb edir. Bəzi gənclərimiz isə xaricdə təhsil alaraq bu model üzərindən özlərini inkişaf etdirirlər.
Dövlətimizin bu modelə biganə qalmayaraq xaricdə təhsil almaq arzusunda olan gənclərimizə şans yaratması yüksək səviyyədə təqdirə layiq görüləcək bir haldır. Sevindirici məqamdır ki, hazırda özəl və dövlət sektorunda yüksək vəzifələrdə çalışan gənclərimizin əksəriyyəti bu proqramın məzunlarıdırlar. 
-Gələcək planlarınız barədə də söz açardınız.
- Düzü, öncədən planlar haqqında danışmağı sevmirəm. Həyat məqsədim hədəfə çatdıqca dostlarım və sevdiklərimlə uğurumu paylaşmaqdır. Sizə təşəkkürümü bildirirəm və kollektivinizə uğurlar arzulayıb, rəhbərliyinizə minnətdarlığımı çatdırıram ki, gənclərə belə önəm verib fəaliyyətlərini ictimaiyyətə çatdırırsınız.
Tural Tağıyev

Qafqaz Tələbələrindən növbəti uğur: Açıq Proqramlaşdırma Çempionatı 2014 və 4 nəticə

"Qafqaz Universitetində Zadeh Kuboku Azərbaycan" Açıq Proqramlaşdırma Çempionatı 2014 keçirilib
21 sentyabr 2014-cü il tarixində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qafqaz Universitetində Zadeh Kuboku Azərbaycan Açıq Proqramlaşdırma Çempionatı 2014 keçirilib.
Müsabiqədə 39 tələbə, o cümlədən Qafqaz Universitet – 15, Bakı Dövlət Universiteti – 12, Azərbaycan Texniki Universiteti – 4, Moskva Dövlət Universitetinin Bakı Filialı – 3, Milli Aviasiya Akademiyası - 3, Azərbaycan Dövlət Neft Akademiyası – 1, Bakı Ali Neft Məktəbi - 1 tələbə və 7 məktəbli, müsabiqədən kənar 3 nəfər iştirak edib. Müsabiqə qalibləri qiymətli hədiyyələr, diplom və sertifikatlarla mükafatlandırılmışlar. Mükafatlandırma aşağıdakı kimi baş tutmuşdur:

I YER
(Zadeh Kubokunun qalibi)
Rəşad Məmmədov (Qafqaz Universiteti)
II YER
Əli Vəliyev (Moskva Dövlət Universitetinin Bakı Filialı)
Mahmud Allahverdiyev (Qafqaz Universiteti)
III YER
Elmi Əhmədov (Qafqaz Universiteti)
Təbriz Hacıyev (Qafqaz Universiteti)
Müsaqil Musabəyli (Azərbaycan Dövlət Neft Akademiyası)

17 Eylül 2014 Çarşamba

QS: Azərbaycanın ən yaxşı universiteti Qafqaz Universitetidir

Dünyanın ən yaxşı ali təhsil müəssisəsi Massaçusets Texnoloji İnstitutudur (MİT).
1990-cı ildə yaradılan və ali təhsil üzrə dünyanın aparıcı informasiya mənbəyinə çevrilən QS - Quacquarelli Symonds dünya universitetlərinin reytinqini hazırlayıb.
Bu reytinqdə Azərbaycanın ən yaxşı universiteti hansıdır?
Cədvələ görə, Azərbaycanın ən yaxşı universiteti Qafqaz Universitetidir. O, dünyada 651-700-cü yerləri bölüşür.
Siyahıda Azərbaycandan daha 2 universitetin adı çəkilir. Bakı Dövlət Universiteti və Xəzər Universiteti ilk 700 universitet siyahısına düşməyiblər. Onların yeri 701+ kimi göstərilir. İlk 700 universitet siyahısına düşə bilməyən, ancaq adı çəkilən universitetlərin hamısı 701+ qrupunda göstərilir.
Birinci 400 universitet arasında olanların fərdi reytinqi müəyyən olunub, 401-ci yerdən aşağıda olan universitetlər isə qruplara salınaraq qiymətləndirilib.
Beləliklə, 1-ci yerdə MİT-dir. 2-ci yerdə Kembric universiteti, 3-cü yerdə Londonun İmperial Kollecidir.
Rusiyanın ən yaxşı universiteti- Moskva Dövlət universiteti dünyada 114-cüdür.
Qazaxıstanın Al-Farabi universiteti dünyada 305-cidir.
Gürcüstanın və Ermənistanın universitetləri reytinqə düşə bilməyib. 

16 Eylül 2014 Salı

Dünya universitetlərinin REYTİNQİ - İlk "700-lük"də Azərbaycandan cəmi 1 ali məktəb-Qafqaz Universiteti



Modern.az saytı xəbər verir ki, dünya univesitetlərinin reytinqini ölçən ən məşhur  3  qurumdan biri sayılan  QS World University Rankings sentyabrın 16-da 2014-2015-ci il üzrə  növbəti reytinq cədvəlini aciqlayıb. Dünya universitetləri sıralamasında ilk 700 universitet arasında 651-700 balla Qafqaz Universiteti də yer alıb.

Qafqaz Universiteti Azərbaycanı dünyanın  ilk 700 üniversiteti içərisində təmsil edən yeganə ali təhsil ocağıdır.

Modern.az saytı dünya universitetlərinin reytinq cədvəlinin yerləşdirildiyi linki təqdim edir.

http://modern.az/articles/64041/1/

Dünyanın 700 universiteti arasında Azərbaycandan cəmi 1 ali məktəb var

 
Modern.az saytı xəbər verir ki, dünya univesitetlərinin reytinqini ölçən ən məşhur 3 qurumdan biri sayılan QS World University Rankings sentyabrın 16-da 2014-2015-ci il üzrə növbəti reytinq cədvəlini aciqlayıb. Dünya universitetləri sıralamasında ilk 700 universitet arasında 651-700 balla Qafqaz Universiteti də yer alıb.
Qafqaz Universiteti Azərbaycanı dünyanın ilk 700 üniversiteti içərisində təmsil edən yeganə ali təhsil ocağıdır.




www. azadlıq.info




Yeni Fikir 2014 Müsabiqəsinə Müraciət Edən Ləyihələrin Əsas Seqmentləri

1 noyabr - 25 yanvar tarixlərini əhatə edən layihələrin qeydiyyata alınması mərhələsində Yeni Fikir 2014 Müsabiqəsi 229 müraciət qəbul etdi. Bunlardan yalnız 169-u kriteriyaları ödəyən və tam doldurulmuş fikirlər idi. Yerdə qalan fikirlər isə biznes fikri olmayan müxtəlif təkliflər, innovasiya ilə bir o qədər də əlaqəsi olmayan kurs, kafe, kitab mağazası, ferma açmaq və s. kimi ideyalar idi. Ümumi müraciətlərin 7%-i isə heyvanların və təbiətin qorunması, insanların idmanla məşğul olmağa təşfiq olunması kimi sosial layihələdən ibarət idi.
Münsiflər heyətinin dəyərləndirilməsinə alınan 169 layihənin ümumi statistikasına nəzər salaq. Layihələr arasında əsas üstünlüyü müxtəlif istiqamətli veb xidmətlər təklif edən saytların yaradılması (16%), e - ticarət ilə bağlı olan fikirlər və tətbiqetmələr (13%), software və müxtəlif proqramların yazılması (11%), mobil tətbiqetmələr (10%), xidmət sahəsini müəyyən istiqamətləri üçün təklif olunan innovasiyalar və fikirlər (10%), yeni innovativ məhsulun sitehsalı (6%) və sosial plaformanın (8%) yaradılması təşkil edir.


Yerdə qalan müraciətləri isə aşağıdakı kimi qruplaşdırmaq olar:
müxtəlif mənbələrdən alternativ yanacağın alınması (2%)
animasiyaların hazırlanması, sadə və 3D oyunların yazılması (3%)
kənd təsərrüfatında innovasiyanın tətbiqi və aqrotexnika istehsalı (2%)
facebook tətbiqetmələrinin yazılması (1%)
İnşaat və memarlıq ilə bağlı yeni fikirlər (3%)
təlim və tədris ilə bağlı fikirlər, e - dərslər, e - kurslar (6%)
təkrar istehsalat və istehsalat ilə bağlı olan fikirlər (6%)
yeyinti və qida sənayesi ilə bağlı olan iş fikirləri (3%)
Göründüyü kimi layihələrin əksər hissəsi xidmət sahəsinə xitab edir. Ehtiyacların həll olunması yolunda yaranan yeni innovativ məhsulun istehsalı da buna baxmayaraq az deyil. Bəzi fikirlər dünya üçün tamamilə yeni olduğu halda, digər qrupu isə xaricdə olan və Azərbaycanda istehsalatı və ya tətbiqi uğurlu olacaq məhsul və ya xidmət təklifidir.

http://qutechnopark.az/az/news/2014/09/Yeni-Fikir-2014-Musabiqesine-Muraciet-Eden-Leyihelerin-esas-Seqmentleri-291.html

Qafqazda Bilik Günü



Qafqaz Universitetində Bilik Günü keçirilib
Qafqaz Universitetində yeni tədris ilinin başlaması münasibəti ilə ənənəvi tədbir keçirilib. Tədbirin rəsmi hissəsində universitetin rektoru professor Ahmet Saniç bildirib ki, bu il universitetimizdə 2 yeni ixtisas açılmasını da nəzərə alsaq, universitetimizə qəbul yüksək səviyyədə olub. Professor Ahmet Saniç bu il də Qafqaz Universitetini seçən tələbələr arasında rayon və kənd məktəblərini bitirmişlər olduğunu qeyd edib. Bu göstərici də bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü işlər, yeni məktəb binalarının tikilməsi, məktəblərin maddi texniki bazasının müasir avadanlıqlarla təhciz olunması öz bəhrəsini verir. Qafqaz Universitetini 650 baldan yuxarı 35 nəfər seçib ki, bunun da ikisi 700 bal toplayıb, 11 nəfər isə Prezident təqaüdünə layiq görülüb. Rektor əlavə edib ki, ilk dəfə Qafqaz Universitetində texnopark yaradılıb, universitetdə yüksək təhsil vermək üçün son nəsil kompüter, kimya, mexanika, fizika və digər ixtisaslar üzrə laborotoriyalar tələbələrin ixtiyarına verilib. Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başcısının müavini Faiq Kərimov və digər rəsmilər bilik günü münasibəti ilə universitetin kollektivini və tələbələrini təbrik edərək uğurlar arzulayıblar. Natiqlər qeyd edib ki, Qafqaz Universitetinin infrastrukturu, maddi-texniki bazası və kadr potensialı yüksək səviyyədə olduğundan burada hazırlanan kadrlar iş həyatında uğur qazanır, ölkəmizin inkişafında kadr kimi üzərlərinə düşəni yerinə yetirirlər. Tədbir, yüksək bal toplayan tələbələrə qiymətli hədiyyələr təqdim olunduqdan sonra universitet tələbələrinin ifasında bədii hissə ilə davam edib.

İlkin
www.palitra.az

Qafqaz Universitetində Bilik Günü keçirilib

Qafqaz Universitetində Bilik Günü keçirilib - FOTO

Qafqaz universitetində bu gün yeni tədris ilinin başlaması münasibəti ilə ənənəvi tədbir keçirilib. Piar.Az saytının Universitetin Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,tədbirin rəsmi hissəsində Universitetin rektoru professor Ahmet Saniç bildirib ki, bu il universitetimizdə 2 yeni ixtisas açılmasınıda nəzərə alsaq universitetimizə qəbul yüksək səviyyədə olub. Professor Ahmet Saniç bu il də Qafqaz universitetini seçən tələbələr arasında rayon və kənd məktəblərini bitirmişlər olduğunu qeyd edib. Bu göstəricidə bir daha təsdiqləyirki Möhtərəm prezidentimiz İlham Əliyevin və H.Əliyev fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü işlər, yeni məktəb binalarının tikilməsi, məktəblərin maddi texniki bazasının müasir avadanlıqlarla təhciz olunması öz bəhrəsini verir.Qafqaz universitetini 650 baldan yuxarı 35 nəfər seçib ki, bununda ikisi 700 bal toplayıb,11 nəfər isə Prezident təqaüdünə layiq görülüb. Rektor əlavə edib ki, ilk dəfə Qafqaz Universitetində texnopark yaradılıb,universitetdə yüksək təhsil vermək üçün son nəsil kompyuter, kimya, mexanika, fizika və digər ixtisaslar üzrə laborotoriyalar tələbələrin ixtiyarına verilib. 

Tədbirdə çıxış edən Abşeron rayon icra hakimiyyəti başcısının müavini Faiq Kərimov və digər rəsmilər bilik günü münasibəti ilə universitetin kollektivini və tələbələrini təbrik edərək uğurlar arzulayıblar.Natiqlər qeyd edibki Qafqaz Universitetinin infrastrukturu, maddi-texniki bazası və kadr potensialı yüksək səviyyədə olduğundan burada hazırlanan kadrlar iş həyatında uğur qazanır, ölkəmizin inkişafında kadr kimi üzərlərinə düşəni yerinə yetirirlər.
Tədbir yüksək bal toplayan tələbələrə qiymətli hədiyyələr təqdim olunduqdan sonra universitet tələbələrinin ifasında bədii hissə ilə davam edib.

Qafqaz Universitetində Bilik Günü keçirilib - FOTO
Qafqaz Universitetində Bilik Günü keçirilib - FOTO
www.piar.az

15 Eylül 2014 Pazartesi

TÜSİAB-ın Baş Katibi Yasin Göral və Qafqaz Universiteti İş Dünyasi ilə Əlaqələr üzrə Prorektorluğu arasında görüş keçirildi

TÜSİAB-la görüş.

İş Dünyasi ilə Əlaqələr üzrə Prorektorluğun nümayəndələri 230-a yaxın yerli iş adamlarının üzv olduğu TÜSİAB-ın  Baş Katibi  Yasin Göral arasında görüş keçirilib. Görüş zamanı qarşılıqlı əlaqələrin artırılması, tələbələrin iş dünyasına inteqrasiyası, birliyə aid olan şirkətlərdə tələbələrin təcrübə keçməsi, tələbələrin şirkət ziyarəti  yönündə bir sıra mövzular müzakirə olunub.Şirkət rəhbərlərinin Univresitetimizdə tələbələrə yönəlik Master Klassaların verilməsi və  eyni zamanda şirkətlərlə tələbələrimizin yaxından tanış olması üçün, mövcud imkanların olduğu qeyd olundu.  TÜSİAB -ın  Baş Katibi  Yasin Göral görüşdən məmnun qaldığını vurğulayaraq, univeristet rəhbərliyinə və əməkdaşlarımıza dərin minnətdarlığını bildirdi.
http://www.qu.edu.az/az/news/T%C3%9CS%C4%B0AB-la-g%C3%B6r%C3%BC%C5%9F-5694.html

İPƏK YOLU Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin Baş Katibi Sərraf Nəzərov Qafqaz Universitetində

İPƏK YOLU.
İş Dünyasi ilə Əlaqələr Prorektorluğunun nümayəndələri ilə 100-ə yaxın yerli iş adamlarının üzv olduğu İPƏK YOLU Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin Baş Katibi Sərraf Nəzərov arasında görüş keçirilib. Görüş zamanı qarşılıqlı əlaqələrin artırılması, tələbələrin iş dünyasına inteqrasiyası, birliyə aid olan şirkətlərdə tələbələrin təcrübə keçməsi, tələbələrin şirkət ziyarəti  yönündə bir sıra mövzular müzakirə olunub. Şirkət rəhbərlərinin Univresitetimizdə tələbələrə yönəlik Master Klassaların verilməsi və eyni zamanda şirkətlərlə tələbələrimizin yaxından tanış olması üçün, mövcud imkanların olduğu vurğulandı. Birliyin baş katibi Sərraf Nəzərov Qafqaz Universitetinə hər zaman etimadlarının böyük olduğunu qeyd etdi.  Univeristet rəhbərliyinə və əməkdaşlarımıza dərin minnətdarlığını bildirdi

http://www.qu.edu.az/az/news/%C4%B0P%C6%8FK-YOLU-5693.html

İş Dünyasi ilə Əlaqələr üzrə Prorektorluğun nümayəndələri ilə GRBS şirkətinin idarəedici partnyoru Bəhram Qurbanov arasında görüş keçirilib


GRBS görüş.
İş Dünyasi ilə Əlaqələr üzrə Prorektorluğunun nümayəndələri ilə 12-i şirkəti özündə birləşdirən iş adamı GRBS şirkətinin idarəedici partnyoru Bəhram Qurbanov arasında görüş keçirilib. Görüş zamanı Universitetimizin həyata keçirdiyi tədris metodundan məmnun qaldığını bildirən Bəhram bəy, Qafqaz Universitetinin hər zaman öz fərqliliyi ilə seçildiyini vurğuladı. Bir çox sahələrdə xidmət göstərdiklərini bildirən Bəhram bəy, təhsil sahəsində kifayət qədər uğur əldə etdiklərini diqqətə çatdırdı. Qafqaz Universitetinə hər zaman böyük etimadlarınının olduğunu bildirən Bəhram bəy iş həyatında əldə etdiklərini uğurlarını, iş təcrübəsini tələbələrnən paylaşmağa hazır olduğunu bildirdi. Son kurs tələbələrinə master klassların keçirilməsində, hər zaman dəstək olacağını qeyd etdi
http://www.qu.edu.az/az/news/GRBS-g%C3%B6r%C3%BC%C5%9F-5695.html 


11 Eylül 2014 Perşembe

700 bal toplayan gənclər danışdı

“Bu, çox sadədir”.

Hər il ali təhsil müəssisələrinə qəbul imtahanlarında on minlərlə abituriyent iştirak edir. Cari ildə də onların sayı heç də ötən illərdən az olmayıb. Belə ki, bu il ali təhsil müəssisələrinə müsabiqədə 35 995 abituriyent iştirak edib ki, onlardan 33 623 nəfər tələbə adını qazanıb. Hər il olduğu kimi, cari ildə də qəbul imtahanlarında bir çox abituriyent 600-dən yuxarı bal toplayıb.Onlar tələbə adını necə qazandıqları və belə yüksək balı necə əldə etdikləri barədə danışdılar.İlk müsahibimiz ali məktəbə qəbul imtahanlarında I qrup üzrə 700 bal toplayan Fatimeyizəhra Nəbizadədir:

- Mən 27 mart 1997-ci ildə Bakı səhərində anadan olmuşam. Türk Dəyanət Vəqfi Bakı türk liseyini və “Araz” kurslarını bitirmişəm. Ali məktəblərə qəbul imtahanı nəticəsində Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul olmuşam. Ailədə 5 nəfərik - bir bacım, bir qardaşım var, anam tibb bacısı, atam və qardaşım mühəndis, bacım həkimdir. 8-9-cu siniflərə qədər bütün dərsləri yaxşı oxumuşam, ondan sonra artıq öz ixtisas qrupum üzrə çalışdım. Ümumiyyətlə, hər şeyə maraq göstərməyə çalışmışam, əyləncəli birisiyəm, ən çox dostlarımla vaxt keçirməyi xoşlayıram, dərslərdən imkan tapdıqca bunu edirdim. Əsas odur ki, dərslərimi planlı şəkildə oxumuşam. Düzdür, davamlı dərs oxumaq əsas şərtdir, amma o demək deyil ki, bütün vaxtını buna sərf edəsən. Bəlkə də mən dərslərimi həmişə yaxşı oxuduğum üçün belə düşünürəm.

- Ali təhsil almaq öz istəyiniz olub?

- Burada ailəmin rolu böyük olub, qardaşım, bacım bu cəhətdən dəstək olublar. Eyni zamanda 3 il “Araz” kurslarında təhsil almışam, həmçinin liseydə ciddi hazırlaşmışam. Texniki fənlərə, fizika, riyaziyyat kimi fənlərə marağım böyük idi.

- Bir neçə il öncə abituriyentlər daha çox humanitar sahələrə üstünlük verirdilər. Ancaq son illər bu tendensiya dəyişib. Sizcə, bu nə ilə bağlıdır?

- Müstəqil dövlət kimi Azərbaycanın özünün mütəxəssislərə ehtiyacı var, texnika ilə bağlı inkisaf, özəl şirkətləri idarə edə biləcək kadr ehtiyacı, sahibkarlıq və digər amillər buna səbəb ola bilər. Bu sahədə inkisaf çox faydalıdır, get-gedə də güclənir.

- İmtahan prosesi ilə bağlı nə deyərdiniz?

- İmtahan normal keçdi, həyəcan olmadı. Suallar da normal idi. Yalnız diqqətsizlik səhvindən qorxurdum, ümumilikdə yaxşı nəticəyə əvvəlcədən inamım var idi.

- 700 balı necə toplamaq olar, bunla bağlı gənclərə nə məsləhət görərdiniz?

- Qarşılarına məqsəd qoysunlar, bunun üçün əllərindən gələni etsinlər, sistemli, planlı şəkildə oxusunlar. Məncə, əsas budur. Özlərinə güvənsinlər, ruh düşkünlüyü olmasın.

- Niyə məhz bu ixtisası seçdiniz?

- Bu ixtisasda özümü daha çox inkişaf etdirə biləcəyimi düşünürəm, həm də maraqdan irəli gəlir. Valideynlərim buranı məsləhət gördülər, məncə, Qafqaz Universiteti ixtisasım üçün yaxşı seçimdir.

- Qadın üçün çətin peşə deyilmi?

- Məncə, sevirsənsə, öhdəsindən gələ bilərsən. İndiki dövrdə təhsil almaq çox önəmlidir, həyatda yer tapmaq, cəmiyyətə yararlı olmaq üçün vacibdir. Ona görə də gənclər çalışsınlar, yüksək səviyyəli təhsilə yiyələnsinlər.

- Gələcəkdə özünüzü bu peşədə necə görürsünüz?

- İndi təhsilimi davam etdirəcəm, yəqin ki, nəsə bu sahədə yenilik etməyə çalışacam.

Digər müsahibimiz, qəbul imtahanlarında 700 bal toplamış Məhəmməd Hacılıya da eyni sualları ünvanladıq:




- 1997-ci il 10 oktyabrda Bakıda anadan olmuşam. 1-ci sinfi Zəngilan rayon qaçqın məktəbində oxumuşam. 2-6-cı sinifləri Heydər Əliyev adına liseydə, 7-11-ci sinifləri Dədə Qorqud adına özəl türk liseyində oxumuşam. Orta məktəbdə yaxşı oxumuşam. Olimpiada nəticələrim var. Beynəlxalq türk dili Olimpiadasında 1 qızıl, 1 gümüş medal almışam. Dərs oxumaq insanın içindən gəlməsə, ailə nə qədər desə də xeyri yoxdur. Mən özüm həvəsli olmuşam. Təbii ki, bizim məktəbdə əyləncəli layihələr, gəzintilər olurdu, onlarda istirak edirdim.

- Yəni oxumağı, təbii ki, sevirdim. Bizim liseydə hər il universitetlərə daxil olma faizi 100% olur. Bilirdim ki, mən də 680-700 arası bal yığacam. Bəli, imtahandan rahat çıxmışdım. Əvvəldən bu ixtisası fikirləşirdim. Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsini istəyirdim. İxtisas seçimində də elə 1-ci olaraq onu yazdım. Mən bu peşəni sevdiyimə görə seçdim. O bütün zavodlarda, fabriklərdə lazımlıdır.

- Məncə, cəmiyyətdə formalaşmaq üçün universitet çox yaxşıdır.

- Bəli, magistratura ilə bağlı xaricdə təhsil almaq istəyirəm. İstərdim, İngiltərə və ya Amerikada təhsil alım.

- Gələcək abituriyentlərə məsləhət görərdim ki, təhsil boyunca diqqətli və gözüaçıq olsunlar, imtahana hazırlıq vaxtında sürət çox vacibdir. Məncə, heç boşluq yaratmadan mütəmadi oxusunlar. Mən hazırlıq kursuna və ya hazırlığa getməmişəm. Məktəbdə bizə dərs keçirdilər. İnsan təhsil aldıqda həyatda hər zaman bir addım öndə olur.

- Valideynlərim məndən çox sevinirdilər. Amma imtahandan çıxandan sonra 700 balı gözləyirdilər. Ailəmizdə kompüter mühəndisi yoxdur. Atam SOCAR-da qurğu rəisi, anam evdar qadındır, bacım 10-cu sinfə keçib. Ailədə 2 uşağıq. Bacım mənim kimi oxumasa da yaxşı oxuyur.

- Mən ən birinci karyera qurmaq, yəni dünyanın səviyyəli sirkətlərindən birində işləmək istəyirəm. Bu çox sadədir, texnologiya irəliləyir və yeni kəşflər olur, buna görə də mühəndisliyin dairəsi genişlənir.

Uğurlu abituriyentlərdən biri də 687 bal toplamış Fatimə Əsgərovadır:

- Mən 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. 2003-cü ildə Xətai rayonu 48 saylı tam orta məktəbin 1a sinfinə daxil olmuşam və 2014-cü ildə 11a sinfini əla qiymətlərlə bitirmişəm. 2014-cü il qəbul imtahanında 687 bal toplayaraq ARPDİA-nın hüquq fakültəsinə daxil olmuşam. Atam Vüqar Əsgərov ali təhsillidir. Hazırda özəl firmada mexanik işləyir. Anam Natəvan Əsgərova da ali təhsillidir və hazırda uşaq bağçasında musiqi rəhbəri kimi çalışır. Qardaşım Nəcəf 2014-cü ildə 11a sinfini əla qiymətlərlə başa vurub. Qəbul imtahanında 616 bal toplayaraq Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə daxil olub. Bacım Nigar hazırda Xətai rayonu 48 saylı tam orta məktəbin 6a sinif şagirdidir. Mən 1-ci sinifdən 11-ci sinif də daxil olmaqla əlaçı olmuşam, bilik yarışlarında, inşa müsabiqələrində, məktəb Olimpiadalarında iştirak etmişəm və müxtəlif yerlər tutmuşam.

- Bu qrupu seçməyimin səbəbini hələ özüm də bilmirəm, amma hər halda hər kəs seçdiyi qrupdan asılı olmayaraq uğur qazanmaq üçün çalışmalıdır. 3 il ərzində “Araz” kurslarında hazırlaşmışam. Amma məktəbdə öyrəndiklərimin rolu böyük olub.11-ci sinfə qədər bütün fənləri eyni səviyyədə oxumuşam,11-ci sinifdə artıq ixtisas fənlərinə daha çox vaxt ayırdım. Ev tapşırıqlarının hazırlıq prosesində əhəmiyyəti çox olub.

- İmtahan zamanı həm çətin suallar var idi, həm də asan. Amma ümumilikdə götürdükdə, keçən illərə nisbətən çətin idi. Bu il III qrupda 700 bal olmaması bunu göstərir. Demək olar ki, 1-2 sualdan şübhələnirdim. 2 ildir həmin ixtisası istəyirdim, elə birinci də onu yazdım. Ailəmiz bu ixtisası seçməmə yaxşı baxdı.

- Bilmirəm, bəlkə də hüquq çətin ixtisasdır, amma öhdəsindən gəlmək olar.

Peşənin qadın və ya kişi üçün olanı olmur, o sahədə yaxşı və ya pis çalışan olur.

- Gələcəkdə özümü hakim kimi görürəm. Müdafiəyə ehtiyacı olanların hüquqlarını müdafiə edəcəm.

- Təhsil insan həyatında mühüm rol oynayır, xüsusən günümüzdə qızların təhsilinə daha çox önəm verirlər. H.Z.Tağıyev demişkən: “Savadli bir oğlan gələcək üçün savadlı bir adamdır, amma savadlı bir qız gələcək üçün savadlı bir ailədir”.

- Gənclər, istərdim ki, ilk növbədə məktəb dərslərinə fikir versinlər, ev tapşırıqlarını daim yerinə yetirsinlər, son 1 ildə özlərini bəzi şeylərdən, məsələn televizor, telefondan mərum etsələr, heç nə itirməzlər. İmtahana görə qorxmağa, xüsusən də həyəcanlanmağa dəyməz. Dərslərinə fikir versinlər, imtahanda diqqətli olsunlar. Hər zaman diqqətli olsunlar, oxuduqları dərsi təhlil edərək öyrənsinlər, təkrara ciddi fikir versinlər, xüsusən də son 2 ay ərzində. Təkrar, xüsusən də 3-cü qrupa hazırlaşanlar üçün çox vacibdir.

- Hazırda başqa bədii ədəbiyyat oxuyuram. Daha çox detektiv əsərlərə üstünlük verirəm. Ən çox oxuduğum yazarlar Çingiz Abdullayev, Elxan Elatlı, dünya ədəbiyyatından isə Artur Konan Doyldur.

- Gələcəkdə təhsilimi xaricdə davam etdirmək istərdim. Hələ ölkə ilə bağlı qərar verməmişəm. Bu Qərb də, Şərq də ola bilər.

- Valideynlərim bu peşəni seçməyimə yaxşı baxırlar.

- Mənim fikrimcə, universitet həyatı yeni təcrübələr, yeni dostlar, yeni muhit, yeni vərdişlərdir. Bütün tələbə olanları təbrik edirəm, onlara tələbə həyatlarında bol uğurlar arzu edirəm.



Qeyd edək ki, müsahiblərimizin üçü də Prezident təqaüdünə layiq görülüb.


10 Eylül 2014 Çarşamba

Ali məktəblərə yüksək balla qəbul olunanlara Prezident təqaüdü verilməsi barədə sərəncam imzalanıb - SİYAHI

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “2014/2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasən, 2014/2015-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü veriləcək:


Abbasova Ləman Ədalət qızı
Abdullayev Kamran Elnur oğlu
Adıgözəlov Toğrul Tərlan oğlu
Ağabəyova Xanım Məmməd qızı
Ağakişiyeva Zülfiyyə Elxan qızı
Alıyev Emil Rizvan oğlu
Allahverdiyev Surxay Əsədulla oğlu
Alpaşayev Vüqar Kazım oğlu
Aşirov Yusif Cümşüd oğlu
Ayralov Zaur Arif oğlu
Baxşəliyeva Aydan Novruz qızı
Baxşılı Əmiraslan Baldadaş oğlu
Cəfərli Sevinc Nazim qızı
Cəfərova Aytac Nayib qızı
Cəfərova Nigar Tələt qızı
Dadaşzadə Xalıq Yusif oğlu
Eminov Kənan Zabil oğlu
Əbilov Elmir Adil oğlu
Əkbərov İsmayıl İbrahim oğlu
Ələkbərli Əli Azər oğlu
Ələkbərova Fidan Etibar qızı
Əlizadə Elnur Əfqan oğlu
Əlizadə Fidan Rüfət qızı
Əlizadə Zakir İlqar oğlu
Əsgərbəyli Aygün Əliağa qızı
Əsgərova Fatimə Vüqar qızı
Əzizzadə Nazim Mirzə oğlu
Hacılı Məmməd İsmayıl oğlu
Hacıyev Mustafa Polad oğlu
Heydərova Gülşən Heydər qızı
Həmidli Fərid Kamil oğlu
Həmzəyeva İnarə Əmir qızı
Həsənov Həsən Ağabala oğlu
Həsənova Fidan Zahir qızı
Həsənova Gülüsüm Ələddin qızı
Həsənzadə Rasim Rafael oğlu
Həşimli Faiq Həşim oğlu
Hüseynov Ağamirzə Qaçay oğlu
Xəlilov Oruc Şəmsəddin oğlu
Xurşudova Minayə İbrahim qızı
İbrahimov Eltun Nazim oğlu
İmaməliyev Elnur Müşfiq oğlu
İsgəndərova İlahə Sahib qızı
İsmayılova Səbinə Vüqar qızı
Kərimli Qəzənfər Fikrət oğlu
Qaffarlı Selcan Mənsur qızı
Qarazadə Rəmziyyə Elnur qızı
Qasımov Amil Mayis oğlu
Qasımov Əli Müşviq oğlu
Qasımov Nicat Nazim oğlu
Qasımov Nizami Eldar oğlu
Qasımova Lamiyə Elman qızı
Qədimbəyli Qoşqar Azər oğlu
Qəhrəmanova Aytac Möhsüm qızı
Quliyev Elşən Nizami oğlu
Quliyev Fuad Firudin oğlu
Quluzadə Nurlan Fəzayıl oğlu
Qurbanlı Könül Yusif qızı
Qüdrətli Qəmər Əhməd qızı
Mahmudov Şəmisdan Akim oğlu
Mahmudzadə Zaur Əhliman oğlu
Mehdiyeva Vəfa Elman qızı
Mehrəlizadə Orxan Polad oğlu
Məhərrəmov Taleh Qardaşxan oğlu
Məmişov Şaiq Paşa oğlu
Məmmədalıyev Teymur Yaqub oğlu
Məmmədli Çingiz Emin oğlu
Məmmədli Xalid Ramiz oğlu
Məmmədli Səbinə Sahil qızı
Məmmədov Namiq Natiq oğlu
Məmmədova Günel Murad qızı
Məmmədrzayeva Gülnar Ehtibar qızı
Məmmədzadə İlkin Rəfael oğlu
Məmmədzadə Kamil Bağman oğlu
Mikayıllı Mikayıl Hikmət oğlu
Mikayılov Fəhmin Bəybala oğlu
Mirişli Rauf Akif oğlu
Mohayəddin Burhan Mohəmməd oğlu
Muradov Allahverdi Elçin oğlu
Mustafayeva Səbinə Sərvər qızı
Nağıyeva Arzu Qulu qızı
Nəbizadə Fatimeyizəhra Nemət qızı
Nəsirli Kifayət Rəfail qızı
Nəsirzadə Aydın Teymur oğlu
Nəzərova Zəhra Xudaverdi qızı
Novruzlu Günay Ramazan qızı
Novruzov Elmar Eldar oğlu
Rəhimli Kənan Sənani oğlu
Rəhimli Ləman Əzəmət qızı
Rustamzadə Fərid Bəxtiyar oğlu
Rzayev Elvin Elçin oğlu
Rzayev Samir Zahid oğlu
Səfərova Ayşən Şahin qızı
Süleymanova Afina Rasim qızı
Süleymanova Fəridə Azər qızı
Şərifov Ayaz Araz oğlu
Şirinli Nəbi Telman oğlu
Şükürlü Mədinə Eldar qızı
Tağıyeva Təranə Şükür qızı
Yusifzadə Günay Tağı qızı
Zeynallı Aysel Fəzail qızı
Ziyatxanlı Murad Ratxan oğlu


Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

http://az.apa.az/news/355084