30 Ekim 2014 Perşembe

AVRORA GROUP dan tələbələrimizə gözəl bir təklif.


Qida sahəsində tanınmış şirkətlərdən sayılan Avrora Şirkətinin şöbə müdiri Oğuz Heydərov Yüksək yerli vakansiyalara tələbə və məzun qəbul etmək üçün qonağımız oldu. Şirkət keçən il universitetimizdən 8 tələbə alıb ödənişli təcrübə keçib sonda işlə təmin etmişdir. Bu il keçirilən görüşdə isə şirkət tərəfindən 10 vakansiya təqdim olundu və 23 tələbə və məzun ilə görüşüldü. Görüşdə iştirak edən tələbə və məzunlardan- 7-si məzun, 7 tələbə Pedaqoji, 9 tələbə isə Sənaye Mühəndisi Fakultəsində təhsil alan tələbələr idi. Qeyd edək ki, “Avrora” firması 13 aprel 2000-ci il tarixindən etibarən Azərbaycanda-Bakıda fəaliyyətə başlamışdır. Öz istehsal sahələrində istehsal edilən məhsulları, həmçinin distribyutorluğunu etdiyi şirkətlərin məhsullarını marketlərə və istehlakçılara çatdıran “AVRORA” firması qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunmuş geniş ticarət şəbəkəsi qurmuşdur.

Sənayenin İnkşafına dair Dövlət Proqramı

Məşğulluq və təhsil barəsində bir sıra təkliflər
Birləşmiş Millətlər Sənaye İnkişafı Təşkilatının (UNIDO), 2013-cü il hesabatı Məşğulluğun Dayanıqlı Artımı və emalat sənayesi sektorunun bu sahədəki rolunu əks etdirən bir sərlövhə ilə hazırlanmışdır. Hesabatda qeyd edilən statistiki göstərici, 1970 - 2009 illəri ərzində, emalat sənayesində məşğulluğun, illik 1,6 faiz artaraq bütün dünyada 388 milyona çatdığını ifadə edir. Sənaye ilə əlaqəli xidmətlər sektorunda meydana gətirilən məşğulluqla, bu sayı 2009-cu ildə 470 milyon olmuşdur ki, bu da bütün dünyada iqtisadi fəal olan 2,9 milyard əmək qüvvəsinin 16 faizinə bərabərdir. 2014-cü ilin “Sənaye ili” elan edilməsi ( http://www.president.az/articles/10793 ) ilə bağlı Tədbirlər planında (http://www.president.az/articles/11178 ) Gəncə və Mingəçevirdə sənaye parklarının yaradılması haqqında təkliflərin hazırlanması barəsində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixində elan etdiyi Sərəncama bu prizmadan yanaşmaq vacibdir. Yəni, Azərbaycan sənaye strategiyası, əhalinin məşğulluq imkanlarını regionlarda artırmaq məqsədindədir, bu isə, regional inkişafa da təkan verən bir amildir.
Sərəncam çərçivəsində təkliflərin hazırlanması əsnasında, dünya nümunəsinə nəzər yetirmək daha da məhsuldar tədbirlərin ortaya çıxmasına zəmin hazırlayacaqdır. Xüsusilə, neft resursu baxımından zəngin olan İndoneziyanın tətbiq etdiyi sənaye siyasətinin təhlil edilməsi, Azərbaycan iqtisadiyyatına xas strategiyanın zənginləşdirilməsinə xidmət edəcəkdir. 1970-ci illərdə neft yataqlarını kəşf edən İndoneziyada adı çəkilən sektor, 1990-cı illərin əvvəllərində ÜDM- nin 25 faizini təşkil edəcək qədər xüsusi əhəmiyyətə malik olmuşdur. Vyetnam və Hindistanın sənaye sektorunda məşğulluqla bağlı əldə etdiyi nəticələr isə Cədvəl 1-də verilən rəqəmlərdən bariz şəkildə müşahidə edilir. Sənaye sektorunun ixracatda diversifikasiya siyasətinə müsbət təsir etməsinə isə Cənubi Koreya nümunəsi əsasında təkliflər vermək olar. Bu ölkə üçün, 1990-cı ildə xalis sənaye sektoru ixracatının həcmi 8,2 milyard dollar ikən, 2011-ci ildə 181,2 milyard dollara yüksəlmişdir. Bu məhsuldarlıq diqqəti cəlb edir; ölkə 21 il ərzində öz ixracatında 100 milyard dollarlıq bir nəaliyyət əldə etmişdir. Sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması ilə bağlı tədbirlər planında qeyd edilən məqamları, bu kimi nümunələrin strategiyada diqqətə alınacağının əlamətləri kimi qəbul etmək olar. İlkin olaraq, məşğulluq məsələsinə toxunmağımızın səbəbi, Azərbaycan - 2020, İnkişaf Konsepsiyasında orta təbəqə əhalinin genişləndirilməsi barəsində elan edilən hədəfdir. Sənaye strategiyası və tədbirlər planı, yoxsulluğun uğurla azaldıldığı Azərbaycanda geniş orta təbəqə əhalinin meydana gəlməsi üçün çox müvafiq bir addımdır. 
Bundan Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün hazırlanacaq Dövlət Proqramında nəzərə alınması məqsədi ilə əlavə digər təkliflərimizi belə sıralamaq olar.
1. Azərbaycan, Hasilatın Pay Bölgüsü Sazişlərini (HPBS) neft sektorunda tətbiq edərək, kifayət qədər sağlam bir iş mühiti meydana gətirəbilmişdir. Azərbaycanın beynəlxalq investorlara təklif etdiyi HPBS-ləri, dünya iqtisad ədəbiyyatında adı nümunə kimi çəkilən bir model halına gəlmişdir. Eyni təcrübənin sənaye sektoruna uyğunlaşdırılması bu mövzuda da məhsuldar nəticələrin əldə edilməsinə imkan verəcəkdir.
2. Təhsil müəssisələrinə qəbul planında, sənaye və texniki ixtisaslara ayrılan yerlərin artırılması da çox düzgün bir maddədir. Cədvəl 2.-də Azərbaycan ali məktəblərinin məzunların sayısı və faiz nisbəti verilmişdir. Humanitar və sosial, Maarif, İqtisadiyyat və idarəetmə ixtisaslarından məzun olanlar, cəmi məzunların 71 faizini təşkil etməkdədir. Bu mənzərənin mühəndislik ixtisasların lehinə dəyişdirilməsi, əmək bazarının tələblərinə uyğun olacağı kimi, kadr təklifinə də öz töhfəsini verəcəkdir. Mühəndislik tədrisini, Qafqaz Universiteti kimi laboratoriya şəraitində reallaşdırmağı üstün tutan universitetlərə, mühəndislik ixtisaslarında daha çox tələbə qəbul etmək imkanı verilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün hazırlanacaq Dövlət Proqramında bu mövzunun daha da konkretləşdirilməsi çox vacib bir məsələdir.
3. Tədbirlər planında yer alan sənayenin inkişafı sahəsində aparılan elmi tədqiqatların və araşdırmaların dəstəklənməsi hissəsində, mühəndislik və sənaye fakültələrindən məzun olacaq tələbələrin diplom işlərinə xüsusi yer ayırmaq olar. Bakalavr və Magistratura diplom işlərinin və Doktorantura dissertasiyalarının sənayedə tətbiq edilməsi barəsində stimulun (əsasən qrant layihələri, təqaüdlər və müsabiqələrlə) meydana gətirilməsi kadr potensialının və elmi təminatın gücləndirilməsinə xidmət edəcək bir amil olacaqdır. Bu məqsədin reallaşması üçün, həm təhsil, həm də tədqiqata şərait yaradan laboratoriyaların qurulmasına ehtiyac hiss olunacaq. Bakalavr diplom işlərinin sənayedə tətbiq edilməsinin uğurunu qiymətləndirən müsabiqələrin keçirilməsi, elmi tədqiqatların geniş kadr kütləsinə yayılması ilə nəticələnəcəkdir.

Dr. Sərvər Qurbanov
Qafqaz Universiteti, Sosial - İqtisadi Tədqiqatlar Mərkəzi

YTP-nin Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən “Bayquş” layihəsi Seulda təqdim olunacaq

Cari ilin 3-14 noyabr tarixlərində Koreyanın Seul şəhərində "İdeya, ixtira, innovasiya və əqli mülkiyyət üzrə Beynəlxalq Təhsil Proqramı – Toxum layihəsi 2014" adlı tədbir keçiriləcək.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşkil etdiyi tədbirdə Azərbaycan layihəsi də təqdim olunacaq. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan "Yüksək Texnologiyalar Parkı - YT Park" MMC-nin dəstəyi ilə sözügedən tədbirdə ölkəmizi YTP-nin Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən "Bayquş" layihəsinin rəhbəri Təmleyxa Piriyev təmsil edəcək.
Qeyd edək ki, azərbaycanlı mühəndislərin hazırladığı "Bayquş" adlı kiçik həcmli təyyarə 80 dəqiqə havada qala bilir.
Xüsusi optimizasiyalar ilə olan "Bayquş"un, eyni zamanda 3D xəritə çıxartma funksiyaları da var.
Hələlik yerli investor tapa bilməyən layihə xarici investorlar tərəfindən diqqətdə saxlanılır.
Həqiqət İSABALAYEVA

“Çoxlu Türkiyə və Azərbaycan bələdiyyələrinin qardaş elan olunmasına nail olmuşuq”

Səbuhi Yusifov: “Mərkəzimizin nəzdində böyük bir kitabxana açmağı planlaşdırırıq”
Qafqaz Universitetinin ilk tədqiqat mərkəzlərindən biri olaraq 1998-ci ildən fəaliyyət göstərən Dövlət və Bələdiyyə İdarəçiliyi Tədqiqatları Mərkəzinin sədri Səbuhi Yusifov mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı suallarımızı belə cavablandırdı.
- Səbuhi müəllim, Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq istərdik.
- Qafqaz Universitetində bir çox elmi tədqiqat mərkəzi fəaliyyət göstərir. Bunlardan biri də universitetdə Bələdiyyə Tədqiqatları Mərkəzi adı ilə fəaliyyətə başlayıb, sonralar isə adı dəyişərək Dövlət və Bələdiyyə İdarəçiliyi Tədqiqatları Mərkəzi kimi fəaliyyətini davam etdirən tədqiqat mərkəzidir. Mərkəzin qurulmasındakı məqsəd, yerli özünüidarəetmə, bələdiyyə sahəsində araşdırma aparmaq, dünya ölkələrinin yerli özünüidarəetmə sahəsindəki təcrübələrini araşdırmaq, Azərbaycanda bələdiyyələrin inkişafına elmi töhfələr vermək və tövsiyyələr hazırlamaq, eyni zamanda bələdiyyə idarəçiliyi sahəsində araşdırma aparan universitetlər, mərkəzlər və tədqiqatçılarla əməkdaşlıq etməkdir. Bu sahədə uğurlara gələndə isə onu deyə bilərəm ki, Azərbaycanda bələdiyyəçilik sahəsində hazırlanan qanunvericiliyin ərsəyə gəlməsində mərkəzimizin rolu böyükdür. Atılan addımların inkişafı üçün beynəlxalq seminarlar, konfranslar təşkil edilir, eyni zamanda Türkiyənin bir çox bələdiyyələri ilə əlaqələr qurulur. Bu addımlar sayəsində isə Azərbaycanda çox sayda bələdiyyələrin qardaş bələdiyyələr elan olunmasına nail ola bilmişik. Digər tərəfdən də işimizin əsas məqsədi, bu sahədə elmi tədqiqat işləri aparmaqdan, Azərbaycanda bələdiyyə sahəsində aparılacaq islahatlara işıq tuta biləcək qaynaqlar və materiallar hazırlamaq, eləcə də mövcud ədəbiyyatları əldə etməkdən ibarətdir. Bu baxımdan da Türkiyə ilə əlaqələrimiz çox genişdir.
- Bələdiyyə sahəsində Türkiyə təcrübəsinin artırılması ilə bağlı universitet tərəfindən araşdırma aparıldığı haqda məlumatım oldu. Bu haqda nə deyərdiniz? Araşdırmanın nəticəsi nə oldu?
- Bəli. Belə bir araşdırma apardıq. Belə ki, Mərkəzimiz Milli Məclisin Regional siyasət komitəsi ilə sıx əlaqələrə malikdir. Bunun nəticəsidir ki, keçən il İstanbul Böyükşəhər Bələdiyyəsinə Komissiyanın üzvü olan bir qrup millət vəkili ilə bir səfərimiz oldu. Bu səfər çərçivəsində Türkiyədə bələdiyyəçiliyin tarixi mərhələlərdə keçdiyi inkişaf yolu, mövcud vəziyyəti, bələddiyyələrin strukturu, fəaliyyət prinsipləri, dövlət və ictimaiyyətlə qarşılıqlı münasibətləri, icra etdikləri layihə və programlar, eləcə də onların maliyyə əsasları haqqında geniş məlumat əldə etdik. Əldə olunan məlumatlar əsasında hesabat hazırlanaraq Milli Məclisə təqdim olundu. Eyni zamanda “Türkiyədə Bələdiyyəçilik Təcrübəsi” adlı kitabımız da hazırlanıb və yaxında çapa göndəriləcək. Ümid edirik ki, bu fəaliyyətlərin gələcəkdə yerli aparılacaq islahatlara faydası olacaq. Bundan əlavə Türk Dünyası Bələdiyyələr Birliyi ilə əməkdaşlıq memorandumu imzalamışıq. İlkin addımlardan biri olaraq mərkəzimizin nəzdində böyük bir kitabxana açmağı planlaşdırırıq. Hal- hazırda bu istiqamətdə işlər gedir.
- Əməkdaşlıq etdiyiniz başqa təşkilatlar varmı?
- Əməkdaşlıq etdiyimiz təşkilatlar içərisində qeyri-hökumət təşkilatları (QHT), xüsusilə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı var ki, biz onlarla da geniş şəkildə görüşlər təşkil edirik. Hazırda təşkilatla işbirliyi içərisində Qafqaz Universiteti, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Prezident Yanında Azərbaycan Dövlət İdarəçilik Akademiyası və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi ilə ortaq bələdiyyə qulluqçuları üçün təlim kurikulumunun hazırlaması üzərində işləyirik. Kurrikulum hazırlandıqdan sonra onun əsasında bələdiyyə qulluqçuları üçün strateji planların hazırlanması, maliyyə resurslarından istifadə, ictimaiyyətlə münasibətlər və bu kimi başqa mövzular üzrə təlim kursları keçirilməsi nəzərdə tutulur. Bundan əlavə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının təşəbbüsü ilə hər il Gürcüstanda iki ölkənin də yaxından iştirakı ilə Cənubi Qafqazda yerli özünüidarəetmə sahəsində baş verən yeniliklərin müzakirəsi, tətbiqi və ortaya çıxan problemlərin həlli yolları, Avropa təcrübəsi və s. mövzularda yay məktəbi təşkil olunur. Bu il də dördüncü yay məktəbi keçiriləcək ki, bunu da noyabr ayında planlaşdırırıq.
- Xaricdə bələdiyyələr sahəsində gördüyümüz təcrübə ölkəmizdə də tətbiq olunurmu?
- Bizim tələbələrimizin, xüsusilə bələdiyyə kafedrasının tələbələrinin təcrübə keçməsi üçün lazımi şərait yaratmağa çalışırıq. Belə ki, Türkiyənin bir çox bələdiyyələri ilə qurduğumuz münasibətlər nəticəsində ölkəmizdə də bu istiqamətdə inkişaf üçün təcrübələr həyata keçiririk. Eyni zamanda hər il bu kafedranın tələbələrindən bir neçəsini təcrübə üçün xaricə göndəririk. Nəticədə, Azərbaycandakı problemlərin dünya təcrübəsində necə həllolunması ilə bağlı təcrübəyə malik olurlar. Əksmərkəzləşdirmənin isə ölkə iqtisadiyyatına təsiri sahəsində tədqiqatlarla tanış olurlar. Məlumat üçün qeyd edim ki, Gürcüstanda keçirilən yay məktəbi çərçivəsində də biz planlaşdırırıq ki, yerli özünüidarəetmə sahəsində təhsil şəbəkəsi quraq. Bununla da bu sahədə təhsil verən universitetlərin, professor-müəllim heyətinin qarşılıqlı mübadiləsi, bələdiyyə işçilərinə seminarlar keçirilməsi və maarifləndirici tədbirlərin aparılması planlarına nail olaq. Hal hazırda bu sahədə fikir mübadilələri aparırıq.
- Bu sahə ilə bağlı dərsliklər nəşr olunurmu? Tələbələr hansı vəsaitlərdən faydalanırlar?
- Hal hazırda bununla bağlı kitab çalışmaları üzərində işləyirik. Hazırda “Yerli özünüidarəetmə” adlı kitab nəşrə hazırlanır. Bundan əlavə “Türkiyə Cümhuriyyətinin bələdiyyəçilik təcrübəsi” kitabı üzərində işləyirik. Bu fəaliyyətlər də müntəzəm olaraq davam edəcək,
- Şəhər və ya bölgə bələdiyyələri ilə əlaqələriniz varmı?
- Bəli. Hətta biz keçən il belə bir tədqiqat aparmışdıq. Bu tədqiqat xüsusilə Abşeron bölgəsini əhatə etmişdir. Bölgədə fəaliyyət göstərən bələdiyyələrin fəaliyyəti ilə bağlı əhalidən “Bələdiyyə xalqın gözü ilə” adlı sorğu apardıq. Bu sorğuda əhalinin bələdiyyələr haqqında biliklərini, onların problemlərində bələdiyyələrin iştirakını öyrənmiş olduq. Digər tərəfdən əksmərkəzləşmənin iqtisadi inkişafa təsiri və s bir çox tədqiqat işləri üzərində çalışırıq. 

İlkin Ağayev

27 Ekim 2014 Pazartesi

AMİ ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

AMİ ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Oktyabrın 24-də Azərbaycan Müəllimlər İnstitutu ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Müəllimlər İnstitutunda baş tutmuş imzalama mərasimində Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıç və Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə Naxçıvanlı, eləcə də hər iki ali məktəbin nümayəndələri iştirak ediblər. Anlaşma Memorandumunda hər iki ali məktəb arasında təcrübə mübadiləsi, birgə təlimlərin təşkil edilməsi, müasir təhsilin problemlərinə həsr olunmuş respublika və beynəlxalq konfransların keçirilməsi nəzərdə tutulub. Azərbaycan Müəllimlər İnstitutuna ixtisasartırma təhsilinə gələn pedaqoji işçilərin təcrübə və nəzəri təlimlərini Qafqaz Universitetində pedaqoji fakültədə təhsil alanlarla birgə təşkil etmək və s. məsələlər Anlaşma Memorandumunda öz əksini tapıb. Eyni zamanda universitetdə və institutda psixoloji xidmətin təşkilində birgə iştirak, müəllim inkişafı, yeni təlim metodları sahəsində təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran digər layihə və proqramlarda birgə iştirak və s. məsələlər də sənəddə yer alıb. Hər iki ali məktəbin rəhbərliyinin və professor-müəllim heyətinin iştirak etdiyi toplantının yekununda rektorlar professor Aqiyə Naxçıvanlı və professor Əhməd Sanıç memorandumun əhəmiyyətinə, götürülən öhdəliklərə münasibət bildirərək gələcək işlərdə uğurlar arzulayıblar.


Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual məsələləri ilə bağlı konfrans başlayıb

Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual məsələləri ilə bağlı konfrans başlayıb
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual problemləri: fəlsəfi, sosioloji və hüquqi təhlil və proqnazlaşdırılma” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. Tədbirdə azərbaycanlı alimlərlə yanaşı, türkiyəli tədqiqatçılar da iştirak edirlər. Fəlsəfə və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyənin Melikşah Universitetinin təşkilatçılığı ilə keçirilən konfrasda çıxış edən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə bildirib ki, məqsəd hüquqi dövlətin müasir şəraitdə inkişafına elmi dəstək olmaqdır. Direktor qeyd edib ki, müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı dünya hüquq məkanına inteqrasiyadan, mütərəqqi və çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqindən bilavasitə asılıdır. Müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub. Qafqaz Universitetinin rektoru Əhməd Sanıç Azərbaycanda həyata keçirilən təhsil islahatlarından danışıb. Vurğulayıb ki, bu istiqamətdə ölkəmizdə qəbul olunan proqram və sənədlər təhsil sferasının yeni inkişaf mərhələsinin əsasını qoyub. Digər çıxışlarda da bildirilib ki, həyata keçirilən islahatlar - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib. Tədbirdə Vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun Azərbaycan Respublikası Konstitusiyasında təsbiti, Sahibkarlığın hüquqi təmzimlənməsinin təkmilləşdirilməsi problemləri və digər mövzularda məruzələr dinlənilib. Konfrans oktyabrın 24-nə kimi davam edəcək.


24 Ekim 2014 Cuma

Polimer Məmulatları Zavodu ilə Görüş


Polimer Məmulatları Zavodu ilə görüş.
Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə Polimer Məmulatları Zavodunun direktoru İntiqam Əliyev arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə imkanları, şirkət nümayəndələrinin universitetimizdə Master Classe keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub. Qeyd edək ki, Polimer Məmulatları Zavodu təyinatına görə müxtəlif məhsullar istehsal edən iki istehsal sahəsindən ibarətdir. İntiqam Əliyev zavodun ikinci istehsal sahəsi ilə bizi tanış edərək bildirdi ki, burada ev daxili kanalizasiya boruları, 20 atmosfer təzyiqinə dözən isti və soyuq su boruları, drenaj boruları, telefon, elektrik enerjisi xətlərinin mühafizəsi üçün kommunikasiya boruları və aksesuarları (dirsəklər, keçidlər və s.) istehsal olunur. Xırda diametrli su boruları, kompozit borular və aksesuarlar “STP” ticarət nişanı ilə satışa göndərilir.

Saipem Şirkəti ilə Görüş

Saipem şirkəti ilə görüş.

Şahdəniz 2 layihəsinin başladılması ilə əlaqəli olaraq Azərbaycanda Neft və Qaz istismarı sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin rolu getdikcə artır. SAIPEM şirkəti Azərbaycanda neft və qaz sənayesi, mühəndislik və qazıntı sahəsində kifayət qədər tanınmış şirkətlərdən biridir. İş bazarının artan tələblərinə uyğun olaraq keyfiyyətli kadrların cəlb edilməsi universitet və sənaye arasında olan işbirliyinin artmasına təkan verən amillərdən biridir. Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə Saipem şirkətinin Davamlı İnkişaf üzrə Məsul şəxs Rəşad Xanlarov arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə imkanları, şirkət nümayəndələrinin universitetimizdə Master Classe keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub. və SAIPEM arasında keçirilən görüş əsnasında tələbələrin işlə təmini və staj keçmə imkanları müzakirə edilmişdir. Buna əlavə olaraq şirkətlər arasında olan əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi mövzuları  və daimi inkişaf mövzuları əhatəsində danışıqlar aparılmışdır.

23 Ekim 2014 Perşembe

Bakıda II beynəlxalq Həmzə Nigari simpoziumu keçirilir









Oktyabrın 20-də Bakıdakı “Modern hotel”də Türkiyənin Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli din xadimi və sufi şairi Seyid Həmzə Nigarinin həyat və yaradıcılığının öyrənilməsinə həsr olunmuş II beynəlxalq Həmzə Nigari simpoziumunun açılış mərasimi oldu.
İki gün davam edəcək simpoziumun əsas mövzuları Həmzə Nigarinin həyatı və yaradıcılığı, sufi ədəbiyyatı, sufizm və nəqşibəndilikdir. Simpoziumda Azərbaycan, Türkiyə və Rusiyanı təmsil edən 80-dən çox alim və tədqiqatçının çıxışı nəzərdə tutulub.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə tanınmış fotoqraf Məmməd Rəhimovun hazırladığı sərgiyə tamaşa etdilər.
Simpoziumu giriş sözü ilə Seyid Nigarinin nəslindən olan, onun oğlunun adını daşıyan Siracəddin Həmidov açaraq, görkəmli şəxsiyyət haqqında qısa məlumat verdi. Bildirildi ki, Mir Həmzə Nigari ilə eyni soydan olan və şeyxin vəfatına qədər onun qulluğunda dayanmış Seyid Sədəddin əfəndinin oğlu Mustafa Fəxrəddin Ağabalinin Seyid Nigarinin həyat və fəaliyyətini bütün təfsilatilə bizə təqdim edəcək “Hümayi-Ərş” kitabı yaxın vaxtlarda işıq üzü görəcək.
Oktyabrın 21-də simpozium öz işini proqram üzrə davam etdirdi. AMEA Tarix Muzeyinin əməkdaşı Səidə Həmzəbəyova, filologiya elmləri doktoru Almaz Ülvi, Dağıstan Dövlət Universitetinin müəllimi Taibə Hacımuradova, Rusiya EA Kabardin-Balkar Elmi Mərkəzinin əməkdaşı Tamara Bittirova, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Səadət Şıxıyeva, “Xalq qəzeti”nin əməkdaşı Əfsanə Ələsgərli Seyiq Həmzə Nigarinin həyat və yaradıcılığı haqqında maraqlı məruzələrlə çıxış etdilər.
Proqrama uyğun olaraq, oktyabrın 22-də simpozium iştirakçıları Həmzə Nigarinin sevimli tələbəsi Hacı Mahmud əfəndi Aslanbəylinin Qazaxdakı türbəsini ziyarət edəcək, Azərbaycanın digər inanc yerləri ilə tanış olacaqlar.
Həmzə Nigariyə və onun təliminə həsr olunmuş elmi simpoziuma istər Amasiyadan, istərsə də Qarabağ bölgəsindən çoxsaylı tərəfdaşları da dəstək verir. Amasiya, Çorum və Toqatdan simpoziumda iştirak etmək üçün Bakıya geniş tərkibdə nümayəndə heyəti gəlib. Qeyd edək ki, “Qarabağdan Amasiyaya könül körpüsü - I beynəlxalq Həmzə Nigari simpoziumu” 2012-ci ildə Tükiyənin Amasiya şəhərində keçirilmişdi.
Məlumat üçün bildirək ki, Mir Həmzə Nigari 1795-ci ildə Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndində dünyaya gəlmişdir. O, bir vaxtlar Türkiyənin Anadolu vilayətindən bu kəndə köçmüş Ağa Balim həzrətlərinin altıncı nəslidir. Tədqiqatçı-alim Bəhlul əfəndi Behcətin yazdığına görə, Ağa Balim həzrətləri müridi Sarı Aşıq, Hacı Qaraman və Qara Pirimlə birgə bu kəndə gəlmiş və burada məskunlaşmışdır. Seyid Həmzə Nigari də bu kənddə dünyaya gəlmişdir. Atası Mir Paşa adı ilə tanınan Mir Rüknəddin əfəndi, anası isə Qızxanımdır. Həmzə əfəndinin Həzrəti Zəhranın övladlarından olan ulu babaları hicrətin birinci və ikinci əsrlərində sülalələri və həmvətənləri ilə birlikdə uzaq bir məmləkətdə gizlənmək və yaşamaq məcburiyyətində qalmışlar.
Həmin əsrdə Qafqazın Qarabağ vilayətinə köçərək burada bir kənddə yerləşmişlər. Cicimli adlanan bu kənd ulu seyidlərin gözəl və müqəddəs bir məskəni olmuşdur. Həmzə əfəndi uşaqlığını Cicimlidə keçirmişdir. 15 yaşına qədər molla yanına göndərilsə də, sonra kənddən qaçaraq Qazaxın Qaraqaş kəndindəki məşhur müdərrislərdən biri olan Hacı Mahmud əfəndinin yanına getmişdir. Qaraqaşda təhsil aldığı zaman Nurəddin adlı bir şəxs və xanımı Nigar Həmzə əfəndinin yaşayış və təhsili üçün hər cür yardım göstərmişlər. Bu xanımın dəstəyinə görə o, “Nigari” təxəllüsünü götürmüş, şeirlərini bu təxəllüslə yazmış və divanında da ondan istifadə etmişdir. 1886-cı ildə Türkiyənin Harput şəhərində vəfat edən Həmzə Nigari vəsiyyətinə əsasən öz mürşidi İsmayıl əfəndinin yanında - Amasiyada dəfn olunmuşdur. Məzarı indi də orada – Şirvan camesindədir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Tələbələr xeyirxah əməlləri ilə başqalarına dərs keçirlər

Bir neçə gün öncə qəzetimizdə “İş adamları bu dəfə kasıb uşaqların təhsilinə sərmayə qoydular” adlı yazı dərc olunmuşdu.
Yazıda bir neçə iş adamının kasıb ailələrdən olan uşaqların təhsil almaları üçün hərtərəfli dəstək göstərdikləri vurğulanmışdı. Bu yazımız da təxminən bu mövzudadır, amma mahiyyət bir qədər fərqlidir. Söhbət Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən “Hacı Zeynalabdin Tağıyev” dərnəyinin üzvləri olan tələbələrin həyata keçirdikləri xeyriyyə tədbirlərindən gedir. Universitetin dərnəklər koordinatoru Ülvi Babayev deyir ki, Hacı Zeynalabdin Tağıyev nəinki Azərbaycan tarixində, onun ictimai-sosial həyatında, eləcə də bütün dünyada bənzərsiz şəxsiyyətdir: “2006-cı ildə biz bu yardımlaşma dərnəyini təşkil edərkən ad seçimi ilə bağlı çox düşündük. Hesab edirəm ki, nəticə çox uğurlu alındı. “İnsanlığa yardım” devizi ilə təşkil olunan dərnəyin fəaliyyəti çox genişdir. Qeyd etmək istərdim ki, hər il davam edən bu fəaliyyətə tələbələr könüllü şəkildə qoşulurlar. Dərnəyin fəaliyyətini, onun təşkilini birbaşa olaraq tələbələrimiz öz üzərinə götürürlər. Ümumilikdə 200 tələbə üzvümüz var. Təbii ki, universitet rəhbərliyinin bu dərnəyə xüsusi qayğısı danılmazdır”.
“30-dan çox ailəyə hər ay yardım olunur”
“Yardım etdiyiniz ailələrlə necə tanış olursunuz?”-sualımıza Ülvi Babayev belə cavab verdi: “Tələbələrimiz vasitəsilə. Onlar həmin ailələrlə əlaqə qurub, evlərinə gedirlər. Maddi vəziyyətləri ilə yaxından tanış olduqdan sonra onlara yardım göstərilməsini nəzərdə tuturuq. Yəni onlara kortəbii şəkildə deyil, vəziyyətlərini araşdıraraq dəstək olmağa çalışırıq. Məlumat üçün qeyd edim ki, hal-hazırda Tağıyev klubunun müəyyən etdiyi 30-dan çox ailə var ki, onlara hər ay yardım olunur. Bəzən bu say dəyişə bilir. Belə ki, müəyyən müddət sonra hər hansı bir ailənin maddi vəziyyəti düzəlirsə, biz bunu başqa bir ailə ilə əvəz edirik”.
“Əşyalar ehtiyacı olan şəxslərə çatdırılır”
Dərnəyin fəaliyyəti barədə məlumat verən koordinator universitet olaraq, ilk növbədə, təhsilə önəm verdikləri üçün bununla bağlı yardımlara daha çox diqqət yetirdiklərini söylədi: “Təhsil almaq istəyən abituriyentlərimizə dərnək tərəfindən kurslar təşkil olunur. Burada iştirak edən, maddi vəziyyəti aşağı abituriyentlərlə isə universitetin pedaqoji fakültələrində təhsil alan təcrübəli tələbələr məşğul olurlar.
Bizim digər bir fəaliyyətimiz də universitetin yeməkxanası ilə bağlıdır. Belə ki, müəllimlər yeməkxanada hər gün dörd çeşiddə yemək yemə imkanına sahibdirlər. Ancaq “Tağıyev” dərnəyi imkansız tələbələrə pulsuz yemək imkanı qazanmaq üçün belə bir üsula əl atıb. Belə ki, müəllimlər istədikləri üç çeşid yemək götürür, qalan digər bir çeşid yeməyin qəbzini həmin qutuya atırlar. Belə olan halda, həm yemək israfının qarşısı alınmış olur, həm də müəllimlərin pulunu ödədikləri yemək qəbzi vasitəsilə ehtiyacı olan tələbələr universitetin yeməkxanasından pulsuz istifadə edə bilirlər. Bundan başqa dərnəyin tərkibində “Üç əl” layihəsi fəaliyyət göstərir. Bu layihə üç gün davam edir. Layihə nədən ibarətdir? Burada ehtiyacımız olmayan kitablar, əşyalar, paltarlar və digər əşyalar “Tağıyev” klubuna təhvil verilir. Bu da klub üzvləri tərəfindən universitetin foyesində təşkil olunur. Burada toplanan əşyalar ehtiyacı olan şəxslərə çatdırılır”.
“Onların könlünü maddi və mənəvi cəhətdən xoş tutmağa çalışırıq”
“Bizim nəzərimizdə olan müəssisələr içərisində uşaq evləri, qocalar evləri və sağlamlıq imkanları məhdud olan şəxslər üçün xüsusi yerlər də var. Onların könlünü həm maddi, həm mənəvi cəhətdən xoş tutmağa çalışırıq. Bizim fəaliyyətimizin geniş olmasının digər bir səbəbi də yardım etdiyimiz insanlarla, sadəcə, maddi ünsiyyət qurulmamasıdır. Belə ki, biz əlimizdən gəldiyi qədər həmin ailələrin mənəvi ehtiyaclarını da qarşılamağa çalışırıq. Bunu da uşaq evlərində müxtəlif oyunlar təşkil etməklə, qocalar evində, fiziki fəaliyyəti məhdud olan şəxslərə konsertlər verməklə, müəyyən tanınmış simaları dəvət etməklə, eyni zamanda onlarla qurduğumuz dialoqlar vasitəsilə yanlarında olmağa çalışırıq. Yeri gəlmişkən deyim ki, universitetin özünün xor kollektivi, dram və rəqs qrupları vasitəsilə pullu konsertlər təşkil edilir və əldə etdiyimiz maddi vəsaitlə ehtiyacı olan şəxslərə yardım edirik”.
Digər təhsil ocaqlarımızda da bu cür dərnəklərə ehtiyac var
Bir universitetin nəzdində belə xoş bir missiyaya xidmət edən dərnəklərin fəaliyyət göstərməsi və tələbələrin də orada aktivlik göstərmələri çox vacib və mühüm bir addımdır. Azərbaycanlılar xeyirsevər bir millətdirlər. Böyükdən kiçiyə əksər insanlarımız çalışırlar ki, imkansızlara, yardıma ehtiyacı olanlara hər cür dəstək göstərsinlər. Bu mənada gənclərimizin də daxilində yaxşılıq həvəsi, istəyi var. Yaxşı olardı ki, digər ali təhsil ocaqlarımızda da bu cür xeyriyyə məqsədli təşkilatlar, dərnəklər açılsın. Bu, imkansızların sevindirilməsindən əlavə, həm də gənclərimizdə paylaşmanın, yardımlaşmanın təşviqinə bir təkan olardı. Üstəlik, universitet həyatında bu işlərə qoşulan gənclərin sonrakı iş və ailə həyatlarında da bu missiyanı davam etdirəcəklərinə ümidlər artır. Bu günün gənci sabahın ailə başçısı, ailənin xanımı deməkdir. Ailədə bir nəfərin bu ruhda olması bütövlükdə ailənin özünün xeyriyyə missiyasına yönlənməsi deməkdir. Kim ailəsində bu düşüncənin, bu amalın hakim olmasını istəməz ki?
NİCAT İNTİQAM

Astana to host AICT 2014 conference


The 8th International conference on Application of Information and Communication Technologies (AICT 2014) will take place in Astana, Kazakhstan, in October.
AICT 2014 is co-organized by Gumilyov Eurasian National University, Nazarbayev University, Qafqaz University, Lomonosov Moscow State University, Institute of Information Security and Cryptography and supported by the IEEE Azerbaijan Joint Chapter and technically sponsored by Institute of Electrical and Electronics Engineers (IEEE).
The AICT 2014 is expected to be one of the most significant international academic conferences in the field of ICT implementation, which draws together researchers, academics, practitioners around the world to exchange, reveal and promote the latest advances and technologies in regards of the Application of Information and Communication Technologies (ICT) in Education and Research, Business and Administration, Industry, Governance, Health Care, Humanities and Social Sciences.
Building on the success of previous conferences, AICT 2014 will be the unprecedented and most spectacular event in ICT-related conference history hosted by Kazakhstan for its high level and the large size of participation.

В октябре состоится 8-я Международная конференция по использованию информационно-коммуникационных технологий

С 15 по 17 октября 2014 года в столице Казахстана г. Астане будет проводиться 8-я Международная конференция по использованию информационно-коммуникационных технологий (AICT2014).
AICT2014 ставит своей основной целью предоставление платформы для обмена опытом и обсуждения инновационных идей в области информационных технологий и их применения между исследователями, учеными, студентами и специалистами из разных стран.
По сообщению Организационного комитета, AICT2014 будет одним из самых значимых Международных академических конференций проводимых в Казахстане в области применения новейших информационно-коммуникационных технологий. Исследователи, ученые, практики приглашаются представить свои научные и практические работы, посвященные техническим проблемам и их решениям, новым вызовам цифрового века и научно обоснованным ответам на них. Конференция будет организована Назарбаев Университетом, Евразийским национальным университетом им. Гумилева, Университетом Кавказ, Московским государственным университетом им. Ломоносова, Институтом информационной безопасности и криптологии, в партнерстве и при техническом спонсорстве Института инженеров электротехники и электроники - IEEE (США). На мероприятии в текущем году основное внимание будет уделено вопросам информационной безопасности.
Основываясь на успехе предыдущих AICT-конференций прошедших в Баку, Ташкенте и Тбилиси, AICT2014 будет и дальше стремиться стать форумом для представления и обсуждения результатов научных исследований и экспериментов в области информационно-коммуникационных технологий.
Международная конференция AICT в разные годы привлекла внимание сотен исследователей из около 50 государств мира, включая Австралия, Азербайджан, Китай, Финляндия, Грузия, Германия, Индия, Иран, Италия, Япония, Казахстан, Корея, Латвия, Малайзия, Пакистан, Филиппины, Португалия, Румыния, Россия, Словакия, Испания, Швеция, Таиланд, Турция, Украина, Соединенное Королевство, Соединенные Штаты Америки, Узбекистан и др.
Тематика конференции AICT2014 включает до 80 тем, которые разделены на следующие секции: «Проблемы кибербезопасности», «Новейшие тенденции в приложении ИКТ», «Использование и управление Больших Данных», «Добыча данных и информационная инженерия», «Коммуникации, сети и оборудование», «ИКТ в бизнесе, управлении и экономике», «ИКТ в государственном управлении», «ИКТ в исследованиях, образовании, гуманитарных и социальных науках», «ИКТ в медицине и здравоохранении».
Несколько сопутствующих мероприятий будут проходить в рамках Международной конференции AICT2014. Некоторые из них: «XI Научная конференция Международного исследовательского консорциума информационной безопасности» (IISRC), «II научно-практическая конференция по информационной безопасности».
Отметим, что конференция AICT 2013, организованная Министерством связи и высоких технологий Азербайджана, Министерством образования, Университетом «Кавказ», Бакинским государственным университетом, Институтом информационных технологий при Национальной академии наук Азербайджана, состоялась в Баку с 23 по 25 октября прошлого года.

8-я Международная конференция по использованию информационно-коммуникационных технологий AICT 2014

Начало: 15.10.2014 9:00:00
Окончание: 17.10.2014 0:00:00
8-я Международная конференция по использованию информационно-коммуникационных технологий (AICT 2014) организованная Евразийским национальным университетом им. Гумилева, Исследовательская и инновационная система Назарбаев Университета (NURIS), Московским государственным университетом им. Ломоносова, Университетом Кавказ, Институтом информационной безопасности и криптологии, в партнерстве и при технической поддержке Института инженеров электротехники и электроники — IEEE (США) будет проводиться в столице Казахстана г. Астане с 15 по 17 октября 2014 года.
Основываясь на успехе предыдущих AICT-конференций прошедших в Баку, Ташкенте и Тбилиси, AICT 2014 ставит своей основной целью предоставление платформы для представления и обсуждения результатов научных исследований и экспериментов, для обмена опытом и обсуждения инновационных идей в области информационных технологий и их применения между исследователями, учеными, студентами и экспертами из разных стран.
Международная конференция AICT в разные годы привлекла внимание сотен исследователей из около 50 государств мира, включая страны как Австралия, Азербайджан, Китай, Финляндия, Грузия, Германия, Индия, Иран, Италия, Япония, Казахстан, Корея, Латвия, Малайзия, Пакистан, Филиппины, Португалия, Румыния, Россия, Словакия, Испания, Швеция, Таиланд, Турция, Украина, Соединенное Королевство, Соединенные Штаты Америки, Узбекистан и др.
В этом году AICT 2014 при поддержке Института информационной безопасности и криптологии делает упор на проблемах Информациой Безопасности.
Тематика конференции AICT 2014 включает до 80 тем, которые разделены на следующие секции:
— Проблемы кибер безопасности
— Новейшие тенденции в приложении ИКТ
— Использование и управление Больших Данных (Big Data)
— Добыча данных (Data Mining) and информационная инженерия
— Коммуникации, сети и оборудование
— ИКТ в бизнесе, управлении и экономике
— ИКТ в государственном управлении
— ИКТ в исследованиях, образовании, гуманитарных и социальных науках
— ИКТ в медицине и здравоохранении
Несколько сопутствующих мероприятий будут проходить в рамках Международной конференции AICT 2014. Некоторые из них:
— 9-ая Научная конференция Международного исследовательского консорциума информационной безопасности (МИКИБ)
— 2-ая научно-практическая конференция «Информационная безопасность в свете Стратегии Казахстан — 2050»
Ожидается, что AICT 2014 будет одним из самых значимых Международных академических конференций проводимых в Казахстане в области применения новейших информационно-коммуникационных технологий. Исследователи, ученые, практики приглашаются представить свои научные и практические работы, посвященные техническим проблемам и их решениям, новым вызовам цифрового века и научно обоснованным ответам на них, и т.д.
Церемония открытия и пленарные доклады конференции состоятся в Назарбаев Университете 15-го октября 2014 г. Технические сессии, сопутствующие мероприятия и церемония закрытия состоятся в Евразийском национальном университете им. Гумилева 16 и 17-го октября 2014 г.
Более подробная информация о Международной конференции AICT 2014 доступна на официальном сайте: 
http://www.aict.info/2014
Секретариат оргкомитета AICT 2014
Tel: +7 (7172) 70-63-33, + 7 (7172) 70-95-00 (internal 34306) (Astana), +994 (12) 448-28-62 (Baku)
E-mail: aict@qu.edu.azfhajiyev@nu.edu.kzseitkulov_y@enu.kz

21 Ekim 2014 Salı

BP Azerbaijan Karyera və Təcrübə Proqramı Universitetimizdə

BP Azerbaijan Karyera və Təcrübə Proqramı Universitetimizdə.
Global enerji bazarında öz yeri ilə tanınan və beynəlxalq investisiyalar üçün giriş qapısı rolunu yerinə yetirən Azərbaycan Respublikasının hal-hazırda vurğuladığı ən mühüm strategiyalardan biri neft kapitalının insan kapitalına çevrilməsidir. Bu sahədə yerli və xarici şirkətlərin ali təhsil müəssisələrinin məzun və tələbələrini ixtisaslı kadr kimi yetişdirilməsi istiqamətində tətbiq etdiyi fəaliyyətlərdən biri şirkət ziyarətləridir. Beynəlxalq Şirkətlərlə Əməkdaşlıq və Layihələr Ofisi və Karyera Planlama Mərkəzinin təşkilatçılığı altında BP Azerbaijan şirkətinin nümayəndələri ilə tələbələr arasında görüş keçirilmişdir. Görüşdə BP Azerbaijan şirkətinin nümayəndələri tələbələrə təcrübə imkanları və karyeraya hazırlıq, məzun olmazdan əvvəl əmək bazarının tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi üçün riayət edilməli olan məqamlara diqqət edilməsi və bu kimi digər vacib strategiyalar haqda ətraflı məlumat verdi. Sonda tələbələrin suallarını cavablandıran şirkət nümayəndələri görüşdən məmnun qaldıqlarını vurğuladılar.

20 Ekim 2014 Pazartesi

Azalan neft qiymətləri: Tələb və Təklifin ünsiyyətindəki sadə məntiq

Azalan neft qiymətləri: Tələb və Təklifin ünsiyyətindəki sadə məntiq
Məqalənin sonunda deyə biləcəyim fikri, "səxavətli" bir müəllif kimi sizinlə indi bölüşürəm. İlkin baxışda qlobal bazarlarda neftin qiymətinin düşməsinin arxasında dayanan səbəbləri belə sıralamaq olar;
Amerikada neft sahəsində on il əvvəl tətbiq edilməyə başlanan yeni texnologiyalar, istehsalın kəskin həddə artmasına gətirib çıxarmışdır. 2005-ci ildə ABŞ-ın neft istehsalı günlük 8,3 milyon barel ikən, bugün bu rəqəm 12,4 milyon bareldir. Bu nəticə hardasa 50 faizlik artış deməkdir. 2013-cü ildə, Çinin neft istehlakı günlük 10 milyon barel, ABŞ- ın isə 19 milyon barel olmuşdur. Çin, nəhəng bir iqtisadiyyat olduğunu son onillikdə yüksək iqtisadi artımı ilə bizə nümayiş etdirsə də, hələ ki qlobal bazarlarda neftin əsas alıcısı ABŞ-dır. ABŞ, neft alımını azaldanda, bu qlobal neft tələbinin düşməsi mənasına gəlir.

    Çindəki iqtisadi artımın yavaşlaması, neftə olan tələbatının azalacağı şəklində bir gözləntinin formalaşmasına gətirib çıxarır. Hərçənd ki, Çin neft  istehlakında qlobal bazarlardan kifayət qədər asılıdır, gözləntilərin səs küyü, reallığın təsirinə qalib gələ bilir. Qiymətin azalmasında gözləntinin də təsirini göz ardı etmək olmaz. Avropa Birliyi üzvlərindən gələn bəd xəbərlər, bu gözləntilərin Asiyadan Avropaya da yoluxmasına gətirib çıxarır. Gözləntilər, əsasən maliyyə bazarlarında özünü daha qabarıq formada göstərir, daha sonra bu tendensiyanın təsirləri, iqtisadiyyatın real sahələrində/sektorlarında müşahidə olunur. Həmçinin, dövlət büdcəsində neft sektorunun payı yüksək olan Rusiya və Venesuella kimi ölkələrdə də təşviş, maliyyə bazarlarında yaranır.

    Qlobal neft bazarında əldə etmiş olduqları payı itirmək istəməyən Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvləri və qeyri-OPEC ölkələri istehsalı azaldmaq istəmirlər. Neft təklifi artmır, hətta ABŞ faktorundan ötrü nisbətən azalır. Təklifi isə qısa müddətdə azaldıb, qiymətlərin yüksəlməsini təmin etmək mümkün deyil. İqtisadi terminologiya ilə ifadə etsək, tələb, təklifdən nisbətən daha elastikdir. Yaxud da təklifin elastikliyi zəifdir. Neft istehsalını qısa müddət ərzində azaldmaq görünür ki asan iş deyil. Bu mövzu, yay aylarında qarpızın qiymətindəki kəskin azalma ilə oxşarlıq ifadə edən bir məsələdir. Yay aylarında bazara gətirilən qarpızların təklif elastikliyi çox zəifdir. Yəni satıcı istəsə, qarpızları bazardan çıxarıb sonra gətirmək üzrə hardasa saxlaya bilmir. Havanın isti olduğu zamanda, qarpıza olan tələb artsa da, bazardakı qarpız təklifindən daha çox artmır. Bunun nəticəsində qarpız qiymətlərində hər yay kəskin düşüşlər müşahidə edirik. Aşağıda siyahısı verilən ölkələri neft təklifini artıranlar siyahısına daxil etmək olar.

Neft İxracatçı artan ölkələr siyahısı, milyon barel / gün
 
Ölkə
2008 Neft İxracatı
2012 Neft İxracatı
Səudiyyə Ərəbistan
8,4
8,9
Rusiya
6,9
7,2
BƏƏ
2,5
2,5
Qazaxıstan
1,2
1,3
Kanada
1,1
1,5
Qatar
1,1
1,8
Nigeriya
1,8
2,2

Azalan qiymətlər, Hindistan, Çin və Türkiyə kimi neft idxalatçısı ölkələr üçün tədiyə balansındakı cari hesaba müsbət təsir göstərəcək. Yəni bu ölkələrin dünyanın geri qalanına olan borcları azalacaq. Avropada Almaniyanın tədiyə balansının cari hesabından rekord həddə çatan müsbət saldo (2013 üçün 260 milyard dollar), birlik ölkələri içərisində bu ölkə iqtisadiyyatındakı kövrəkliyi azaldan bir faktordur. Bu rəqəm Almaniya üçün yığım mənasına gəlir. Yəni bu ölkə, xarici ölkələrdən satın aldığından 260 milyard dollar daha çox mal satmışdır. Digər Avropa ölkələri, Hindistan, Çin və Türkiyə üçün istehsalın maya dəyərinin azalması şəklində bir nəticə ortaya çıxacaqdır. Avropa Birliyi üçün son zamanlarda iqtisadi artımın azalması deflyasiya qarabasmasına səbəb olub. Avropa ölkələri, deflyasiyadan qorxmağı "gözü çıxmış qardaşdan, Yaponiyadan" öyrənib. Bu sətirləri oxuyarkən xatırlayanlar olacaqdır: son seçkilərdə, Yaponiyada yeni hakimiyyət xalqa infliyasiya sözü vermişdi. 20 illik "Yapon istehsalı" deflyasiya Avropanın təsirli dərslər çıxarması üçün kifayət qədər uzun bir məşəqqət dövrüdür. Bu qlobal şərait Azərbaycan üçün müəyyən fürsətlərin də yaranmasına gətirib çıxarır.

    Azərbaycanın illik 400 milyon barel neft istehsal etmək kimi bir hədəfi var. Son dövrdə neft istehsalının azalması qiymətlərin azaldığı dövrdə bizim üçün fürsətdir. Tarixi faktlar bizə mövzu ilə bağlı maraqlı bir məqam xatırladır. Hollandlar 15 il təbii qazı aşağı qiymətə satdıqdan sonra 1973 -cü ildə Birinci Neft Şoku ilə birgə çox şey itirdiklərinin fərqinə vardılar. Eyni tendensiya ilə Norveç 1980-ci illərdə qarşılaşdı. Azərbaycanda davam edən enerji layihələri istehsala hazır olduqlarında güman edilir ki, neft qiymətləri yenidən artma istiqamətində irəliləyəcək. Neft istehlakının gün keçdikçə artmağı, qiymətlərin kəskin surətdə azalmağının qarşısını alan ciddi bir amildir.

    Azərbaycan maliyyə bazarları, qlobal maliyyə bazarlarının mənfi təsirlərinə qarşı özünü qoruya bilir. Əksərən və əsasən maliyyə bazarlarında başlayan təşviş, (Bax. Rusiya maliyyə bazarlarındakı indekslər: RTS, MICEX) daha sonra bədbin gözləntilərin formalaşmasına gətirib çıxararaq, iqtisadiyyatın real sektoruna da sirayət edir. Azərbaycan iqtisadiyyatı bu barədə xüsusilə isti pulların axınına qarşı ehtiyat tədbirləri ilə güclü çıxış edir. Hay-küylü isti pul kütləsinin, əlimizi yandıran qaynar kartof kimi bir sıra ölkələrin maliyyə bazarlarında ölkələrə verdikləri zərər Azərbaycan üçün təhlükə mənbəyi deyil.

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri 1 İyul 2014 tarixi etibarilə 38 milyard dollar ikən, Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 15 milyard dollardır. 2015 büdcəsi üçün neft fondundan dövlət büdcəsinə daxilolmalar 10,4 milyard manat (13 milyard dollar) olaraq proqnozlaşdırılır. 2015-ci ildə neft istehsalımızın davam edəcəyini və neft fondunun vəsaitlərinin artacağını nəzərə aldığımızda, dövlət büdcəsi baxımından çətin vəziyyətin yaranmayacağı nəticəsinə gəlmək mümkündür. Mövzunun fürsət hissəsi bundan ibarətdir: 2004-cü ildən neft bumu başlayandan bu günə qədər Azərbaycan neft qiymətlərinin kəskin həddə azalması ilə qarşılaşmayıb. Neftin qlobal bazarlarda qiymətinin aşağı düşməyi, Azərbaycan iqtisadiyyatı üçün praktiki bir sınaq funksiyası icra edəcək. TQDK-nın ali məktəblərə hazırlaşan şagirdlər üçün hazırlamış olduğu sınaq imtahanları, tələbə namizədlərinin daha da güclənməsinə və daha çox hazırlaşmasına gətirib çıxarır. Qlobal neft bazarında keçirilən sınaq isə Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə yol açan bir müvəqqəti keçid dövrüdür.



Dr. Sərvər Qurbanov

Qafqaz Universiteti / Sosial-İqtisadi Tədqiqatlar Mərkəzi

“Gənclər mədəniyyətimizi xarici tələbələrə çatdırmaqda səylərini əsirgəməməlidir”

“Gənclər mədəniyyətimizi xarici tələbələrə çatdırmaqda səylərini əsirgəməməlidir”
Həzi Eynalov: “Xarici təhsilin gənclərimizin elmi və intellektual potensialının artmasında çox müsbət təsiri var. "Xaricdə müxtəlif təhsil pillələrinə uyğun təhsil almaq, ixtisasartırma kursu keçmək və sair formalarda bilik artırmaq, ixtisaslaşmaq, savadlı mütəxəssis kimi yetişməklə bərabər, insanın bir şəxsiyyət kimi formalaşmasında da böyük rol oynayır. Həmçinin gənclərin dünyagörüşünün, həyata dair baxışlarının inkişaf etdirilməsində, mənəvi-intellektual inkişafda da xaricdə təhsilin böyük rolu var. Bu baxımdan layihə çərçivəsində sözügedən mövzuda Qafqaz Universitetinin Dünya iqtisadiyyatı bölməsində tədris məsləhətçisi, dosent Həzi Eynalovla söhbətləşdik. O, xaricdə təhsil-tədris məsələləri və gənclərin bu baxımdan mənənəvi-intellektual inkişafı yolları ilə bağlı fikirlərini bizimlə bölüşdü.
- Öncə özünüz və xaricdə aldığınız təhsil barəsində ətraflı məlumat verərdiniz.
- Mən - Eynalov Həzi Əsgərxan oğlu orta təhsilimi ölkəmizdə yekunlaşdırdıqdan sonra Türkiyə Respublikasına təhsil məqsədilə ilk gedən tələbələrdən biriyəm. Baklavriat və magistratura təhsilimi Türkiyənin Mərmərə Universitetində aldım. 1998-ci ildən etibarən Qafqaz Universitetində işləyirəm.
2006-cı ildə doktoranturadan sonrakı tədqiqat proqramı üçün Türkiyə Dövlət Araşdrma Qurumuna getdim. 2013-cü ildə isə ABŞ-ın İndiana ştatındakı İndiana Universitetinə “Ziyarətçi müəllim” statusunda dəvət olundum. Bu proqramın mənə çoxsaylı faydaları oldu ki, iştirak etdiyim hər bir dərs proqramı ilə yaxından tanış olmaq imkanları yarandı. Proqram çərçivəsində universitetin professor heyəti ilə yaxından tanış olmaq və elmi resurslarından geniş istifadə etmək imkanları oldu. Getmiş olduğum İndiana ştatında ölkəmizin Amerikadakı səfirinin dəvəti ilə İndiana Universitetində təşkil olunmuş konfransda iştirak edərək, ölkəmizi və xalqımızı oradakı müəllim və tələbə kollektivinə tanıtmağa çalışdıq. Bir neçə universitetdə keçirilən beynəlxalq festivallarda ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumatlar vermək imkanımız oldu . Eləcə də dostluq əlaqəsi qurduğumuz müəllim və tələbələrə bizim özümüzə məxsus ənənələrimizi praktik olaraq göstərmək və anlatmaq imkanı yarandı.
- Təhsil kursu keçdiyiniz xarici ölkənin özəllikləri barədə fikirlərinizi bilmək istərdik.
- Bildiyiniz kimi, ABŞ dünyanın ən inkişaf etmiş ölkələrin başında gəlir. Eyni zamanda, bu ölkədə demokratik təfəkkürlə bağlı proseslər diqqəti çəkən başlıca amillərdən biridir. Başda yol qaydaları olmaq üzrə digər sahələrdə də olan sistemlilik insanların daha rahat yaşamalarına zəmin hazırlamaqdadır. İnsanların bir-birilərinə qarşı həddindən artıq diqqətli olmaları, səmimi insani münasibətlər, hər davranışınız, arzu etdiyinizi yaxşı şəkildə həyata keçirə bilmə imkanları da diqqət çəkən digər məsələlər olaraq qeyd oluna bilər. Ölkənin sosial həyatının çoxmilliliyi sizə fərqli mədəniyyətlərlə tanış olmaq imkanı verir. Oranı evlərin qapılarını bağlamaq ehtiyacı hiss etmədiyiniz, onlayn olaraq aldığınız bahalı elektronik avadanlıqları, sabah evinizin qapısına qoyulduğu halda, gəlib gecə qapınızın ağzından alma imkanının olduğu, minlərcə kilometrlik yolların yaşıllıqlarla əhatə olunuduğu və ətraf mühitin yüksək səviyyədə qorunduğu bir ölkə olaraq qiymətləndirə bilərik. Bununla yanaşı, özünəməxsus problemlərin də mövcud olduğunu bildirməklə bərabər, universitetlərin sosial baxımdan geniş imkanlara sahib olduğunu da qeyd edə bilərik.
- Xarici ölkədə təhsil almağın gənclərimizin bir mütəxəssis kimi formalaşmasında və intellektual səviyyəsinin yüksəldilməsində rolunu necə görürsünüz?
- Qeyd etmək istəyirəm ki, xarici təhsilin gənclərimizin elmi və intellektual potensialının artmasında çox müsbət təsiri vardır. Bu təsiri bir neçə istiqamətdə qiymətləndirmək olar ki, bunlardan başlıcaları şübhəsiz, alacaqları keyfiyyətli təhsil və əldə edəcəkləri dil bacarıqlarıdır. Lakin bununla yanaşı, gənclərimizin getdikləri ölkələrdəki ictimai seferanın da təsiri altında qalacaqları qeyd olunmalıdır. Getdikləri ölkələrdəki təhsil qurumlarının maddi-texniki bazasının yüksəkliyi, eləcə də müəllim və tələbə heyətinin intellektual potensialının yüksəkliyinin, gənclərimizin onlardan faydalanması üçün böyük zəmin hazırladığını qeyd edə bilərəm. Sözsüz ki, gedilən xarici ölkələrdə imkanlar nə qədər yüksək olsa da, əldə olunacaq nəticə gənclərimizin bu imkanlardan istifadə bacarıqlarından asılıdır.
- Gənclərin xaricdə təhsil almaq vasitəsilə dünyagörüşünün artırılması məsələsinə necə yanaşırsınız?
- Xaricdə təhsil almaq məqsədilə bir sıra xarici ölkələrə gedən gənclərimizin dünyagörüşlərinin formlaşmasında getdikləri ölkələrin sosial mühitinin təsirinin olacağı birmənalı olaraq qeyd oluna bilər. Lakin bununla yanaşı, dünyanın müxtəlif ölkələrindən birgə oxuduqları tələbələrə olan münasibətlər də onların dünyagörüşlərinin formlaşmasına təsir göstərən başlıca amillərdən biridir. Uzun illər milli adət-ənənələrlə yetişmiş olan gənclərimizin getdikləri ölkələrdə üzləşdikləri tamamilə yeni mühitin, onların dünyagörüşlərində yeni bir səhifə açdığı heç kimdə şübhə doğurmur. Çoxmədəniyyətli ictimai mühitin onsuz da yeni formalaşan gənc təfəkkürlərə öz təsirini göstərəcəyi danılmazdır. Belə hesab edirəm ki, bu təsirin müsbət və ya mənfi olması isə gənclərimizin birbaşa özlərindən asılı olacaq.
- Gənclərin xaricdə yüksək səviyyədə təhsil almaqla, eyni zamanda kulturoloji düşüncələrinin də inkişaf etməsi asanlaşır. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Qeyd etdiyim kimi, gənclərimiz getdikləri ölkələrdə bəlkə də indiyə qədər qarşılaşmadıqları müxtəlif mədəniyyətlərlə tanış olmaq imkanlara malik olur. Belə ki, birgə təhsil aldıqları müxtəlif ölkələrdən gələn tələbə yoldaşlarından həmin ölkələrin mədəni həyatları ilə yaxından tanış olma imkanları olur. Universitetlərin tələbələr üçün ayırdıqları xüsusi məkanlarda bir sıra xarici tələbələr öz mədəniyyətlərini təbliğ etmək və adət-ənənələrini nümayiş etdirmək imkanlarına sahib olurlar ki, bu da orda təhsil alan digər gənclər üçün belə müxtəlif mədəniyyətləri tanımaq və öyrənmək imkanı olur. Belə bir mühitdə isə gənclərimizə düşən əsas vəzifələrdən biri də milli mədəniyyətimizin belə yerlərdə təbliğinə dəstək vermək və xarici tələbələrə bunları çatdırmaqda öz səylərini əsirgəməməkdir.
- Təhsil aldığınız xarici ölkədəki gənclər, yeniyetmələr, onların yaşam tərzi və bizdən fərqləri barədə fikirlərinizi bildirərdiniz?
- İlk növbədə onu qeyd etmək lazımdır ki, Amerikada gənclər çox fərqli bir təfəkkür ilə böyüyürlər. İlk növbədə yetkinlik yaşına çatan yeniyetmələr ailələrindən müstəqil yaşama yollarını axtarırlar. Amerika cəmiyyəti üçün bunun çox normal bir hal olduğunu qeyd edə bilərik. Lakin bu cəmiyətdə boşanma hallarının yüksək olması onların gələcək həyatları baxımdan böyük təsirə sahib olmaqdadır. Gənclərin sosial həyatlarının daha çox həftənin istirahət günlərində digər günlərə nəzərən daha aktiv olduqlarını söyləmək mümkündür. Daha çox gənclər dünyada gedən siyasi və iqtisadi prosesləri yaxından izləmir və bu haqda elə də çox məlumata sahib olmurlar. Orada əsasən, universitet tələbələrini 24 saat açıq olan kitabxanalarda müşahidə etmək olur. Bu baxımdan, sadalanan fərqliliklər daha çox nəzərə çarpmış olur.
www.palitra.az
İlkin AĞAYEV