Kayıtlar

2015 tarihine ait yayınlar gösteriliyor

Qafqaz Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olub

Resim
Regionun  ən böyük informasiya texnologiyaları şirkətlərindən olan və bu sahədə innovasiyaların formalaşdırılması  və tətbiqi ilə tanınan Türkiyənin “Koç Sistem”  şirkəti  ölkə xaricində ilk araşdırma mərkəzi təsis edib. Belə ki, “Koç Sistem-Azərbaycan”  şirkəti  Qafqaz Universitetinin  Texnoparkında  Tədqiqat Mərkəzi yaradıb. Şirkət  bu Tədqiqat Mərkəzində Qafqaz Universitetinin potensialından faydalanaraq Azərbaycanda və regionun digər ölkələrində  müvafiq xidmət göstərməyi planlaşdırır. Dekabrın 15-də Tədqiqat Mərkəzinin  açılışı olub. Mərasimdə  Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, “Koç Sistem”in (Türkiyə) araşdırma  üzrə direktoru Ömer Özgür Çetinoğlu, eləcə də digər dövlət qurumlarından,  universitet və institutlardan nümayə

Koç Sistem Azərbaycan Şirkətinin Qafqaz Universiteti Texnoparkında qurduğu Tədqiqat Mərkəzinin açılışı olub

Resim
Azərbaycan Respublikası Milli məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadə, Azərikimya İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyəti Başcısının muavini Fuad Cəbrayılov, Koç Sistem Türkiye Araşdırma - Gəlişdirmə və İş Uyğulamaları üzrə Direktoru Ömer Özgür Çetinoğlu, eləcə də digər dövlət qurumlarından (AR İqtisadiyyat və Sənaye Nazirliyi, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı və s.), universitet və institutların nümayəndələri, informasiya texnologiyaları sektorunda fəaliyyət gösətərən şirkətlərin nümayəndələrinin iştirak etdiyi proqram ictimaiyyətin xüsusi marağına səbəb oldu. Belə ki, regionun ən böyük İT şirkətlərindən olan Türkiyədə qurulmuş Koç Sistem, ölkə xaricində ilk araşdırma mərkəzini təsis etdi. İT sektroun müxtəlif sahələr üzrə innovasiyaların formalaşdırılması və tətbiqi ilə tanınan Koç Sis

Ziyad Səmədzadə: “Təhsil real iqtisadi həyatla əlaqələndirilməlidir”

Resim
Ahmet Saniç: “Qafqaz Universiteti illərdir Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirməliyik yönündə ideyalarını həyata keçirməkdədir”.   Dünən Qafqaz Universitetinin Texnoparkında “KoçSistem Azərbaycan” MMC-nin Tədqiqat Mərkəzi açıldı. Bu münasibətlə keçirilən tədbirdə bildirildi ki, əsas məqsəd “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkəmizin rəqəmsallaşması prosesinə dəstək verməkdir. Qafqaz Universitetinin rektoru, prof. dok. Ahmet Saniç çıxışında bu mərkəzin əhəmiyyətindən danışdı: “Güclü ölkələrin güclü universitetləri olur. Güclü universitet olmağın ən önəmli şərtlərindən biri isə sənaye və iş dünyası ilə əməkdaşlıq etməkdir. Güclü sənaye müəssisələrinin olması və onların fəaliyyətlərində uğur qazanmasının şərtlərindən biri isə universi
Ekspert TV-dən yeni layihə   Artıq ali məktəblərə qəbul imtahanlarının start götürdüyü və abituriyentlərin ixtisas seçimi haqda daha ciddi düşünməyə başladığı bir dövrdə QU Texnopark rezidenti Millibayt nəzdində fəaliyyət göstərən Ekspert TV onların düzgün seçim etməsinə şərait yaratmaq məqsədilə yeni layihə həyata keçirir. Layihə Qafqaz Universiteti akademik heyəti tərəfindən ixtisaslar haqda əsas məlumat, onların tədrisi, ixtisasın praktikası, ona ehtiyac duyulan sahələr, gələcək iş imkanları barədə mühim bilgilərin video vasitəsilə auditoriyaya təqdim olunmasını nəzərdə tutur. Beynəlxalq münasibətlər, Mühasibat uçotu və audit, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, Sənayenin təşkili və idarə olunması kimi bir çox mühəndislik, pedaqoji, iqtisadi və idarəetmə ixtisaslarının çəkilişi artıq yayımlanmışdır. Layihə hazırda uğurla davam etməkdə və abituriyentlərin, eləcə də orta məktəb müəllimləri və valideynlərin böyük marağın

“Qafqaz” 18-ci məzunlarını yola saldı FOTOLAR

Resim
Qafqaz Universitetində “Qafqazdan dünyaya” adlı 18-ci məzuniyyət proqramı keçirilib.    1993-cü ildə müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin razılığı ilə fəaliyyətə başlayan Qafqaz Universiteti hər il olduğu kimi bu il də məzunlarını böyük qürurla yola salıb. Təhsil aldıqları müddətdə onlarla yaxın ünsiyyətdə olan universitet rektoru, professor Ahmet Saniç məzunlara ürək sözlərini bildirib: “Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Təhsil bir millətin gələcəyidir”. XXI əsr elm, texnologiya əsridir. Bu əsrdə siz gənclər görəndə Azərbycanın layiq olduğu zirvəyə çatacağına insanın şübhəsi qalmır. Və düşünürəm ki, gələcək Azərbaycan siz gənclərin, siz məzunların əlindədir. Sizə arzum odur ki, bilik və bacarıqlarınızı, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına həsr edəsiniz. Yolunuz və bəxtiniz

Biznes inkubator – gənclərə yeni imkan

Resim
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmış, sahibkarlıq fəaliyyəti genişləndirilmişdir. Bu gün iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir və bu sahədə özəl sektor xüsusi rol oynayır. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müvafiq innovasiya strukturlarının - innovasiya mərkəzlərinin, biznes-inkubatorların, texnoparkların yarad