30 Ocak 2015 Cuma

"İdeya səndən pul bizdən" tanıtım yarışması əsasında püşkatma keçirildi


"İdeya səndən pul bizdən" tanıtım yarışması əsasında püşkatma keçirildi
Yeni Fikir 2015 Müsabiqəsinin ictimailəşdirilməsi məqsədi ilə həyata keçirilən "İdeya səndən pul bizdən" tanıtım yarışmasında püşkatma keçirildi. Püşkatma Yanvar ayının 29-da QU Texnoparkda baş tutdu.
Qafqaz Universitetinin müəllim və tələbə heyətinin böyük marağına səbəb olan tədbirdə qaliblər püşkatma yolu ilə seçildi.
Yarış Yanvar ayının 26-dan etibarən, müxtəlif günlərdə, universitetin bütün korpuslarında qurulmuş stendlərdə və sosial şəbəkələrdə elan edilmişdi. Yarışın şərtlərini görə iştirakçı hər bir kəs, xüsusi hazırlanmış stend önündə şəkil çəkdirərək, həmin şəkli istifadə etdiyi sosial şəbəkə profilində "Yeni Fikir Müsabiqəsi"ni də seçərək("tag" edərək), paylaşmalı idi.
Yarışmanı keçirən QUTexnopark könüllüləri iştirakçıların telefon nömrələrini və adlarını eyniölçülü kağızlara yazaraq, püşkatamanı təmin etdilər.
Yarışmanın nəticələrinə görə 6 iştirakçının hədiyyə qazanacağı planlaşdırılmışdı. 
Hədiyyələr aşağıdakılar idi:
  • "Kazanmak istiyorum" kitabı,
  • "Futbolun dahi liderleri" kitabı,
  • "Coca Cola-da Co olmak" kitabı,
  • "Eyvah! İş görüşmesi" kitabı,
  • "Genç girişimcilerin başarı sırları" kitabı,
  • Samsung Galaxy Grand Prime G530 mobil telefonu
Mükafatlar arasında qeyd olunan dəyərli kitabları qazanan iştirakçılar QU Kompyuter Mühəndisliyi ixtisası üzrə birinci kurs tələbəsi Malik Ağayev, QU Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə birinci kurs tələbəsi Hüseyn Nozarov, İngilis dili və ədəbiyyatı ixtisası üzrə ikinci kurs tələbəsi Günel Tacıyeva, QU tələbəsi Eltac Ramazanlı və Qafqaz Universiteti Daimi İnkişaf Mərkəzi koordinatoru Turqay Bədəlov oldu..
Samsung Galaxy Grand Prime G530 mobil telefonuna sahib olan isə Qu İnşaat mühəndisliyi ixtisası üzrə birinci kurs tələbəsi Mirsəyyad Hüseyni oldu.
Hədiyyə qazananları təbrik edir, hər bir kəsi Yeni Fikir 2015 Müsabiqəsində iştirak etməyə dəvət edirik.
Qeyd edək ki, Yeni Fikir 2015 Müsabiqəsinə qeydiyyat http://yenifikir.az/ veb səhifəsi üzərindən elektron formada həyata keçirilir. Müraciət üçün son tarix 05 Fevral 2015-ci ildir.

Əsmər Həşimli
QUTexnopark könüllüsü

27 Ocak 2015 Salı

Kimin ağrıyır canı




“Çox adam pulunun üstünü “açmağa” qorxur” – Müsahibə

26-01-2015 / 17:15
“Azərbaycanda “pulumu ver, sonra işləyim” mexanizmi ilə işləyirlər”
Müsahibimiz “BethClip” layihəsinin rəhbəri, bir neçə startapların müəllifi  Rəşid Əliyevdir. Hələ məktəb illərindən radiotexnika ilə maraqlanıb, hətta radioqəbuledicilər, müxtəlif radioqurğular yığıb.
Dediyinə görə,  testləri həll edəndən sonra, digər şagirdlərin yerinə də həll edərmiş. Bunu etməmək üçün müəllim onu müəllimlər otağına göndərirdi.
Bu sahədə bacarığı olduğu üçün də ali və magistr təhsilini də  elə bu sahə üzrə alıb. İKT sahəsində bilikləri isə heç kimin köməyi olmadan özü qazanıb.
Tanınmış startapçı Rəşid Əliyev ilə müsahibəni təqdim edirik:
 -İlk əmək fəaliyyətinə İKT ilə başladığınızı deyirsiniz. Bizə internetlə tanışlığınızdan danışın bir az.
-2000-ci illər İKT sahəsi Azərbaycan cəmiyyəti üçün bir qədər yeni idi. Bununla bağlı tez-tez bəzi problemlər ortaya çıxırdı. İnternet bugünkü kimi geniş yayılmamışdı və insanların xeyli hissəsi bu sahədən xəbərsiz idilər. İnternetə çıxış əldə edə bilmirdim, məcbur qalıb internet klublara gedib məlumatları floppy disklərlə kodlaşdırırdım, sonra evdə istifadə edirdim. İKT ilə bağlı həmişə axtarışda olmuşam, özüm öyrənmişəm. Sadəcə bir məsləhətçim olub – İT mütəxəssisi Elxan Alışanov. O həmişə mənə bu sahədə dəstək olub, stimul verib. Magistaturada  oxuduğum zaman marketinq mütəxəssisiliyi üzrə ilk işimə başladım və  ilk maaşın da dadını burada gördüm. Əvvəllər , iş üçün müraciət edəndə sınaq müddəti deyərək başımı aldadırdılar(gülür) .
-Rəşid bəy, bir sıra startap layihələrinin müəllifisiniz, həmçinin  həmtəsisçisi olduğunuz BethClip   startap layihəsi  də  kifayət qədər tanınaraq  “Startup Azərbaycan 2014”, “Yeni Fikir 2014 və “Milli Net-2014” müsabiqələrində 1-ci yerə layiq görülüb.  Maraqlıdır, necə oldu ki, belə bir layihəni yaratdınız?
BetchClip layihəsinin ilk toxumları  Royal Bankda ( 2007-2008) işlədiyim  vaxtlarda qoyulub. Belə desək,  layihənin yaranması ehtiyaclardan qaynaqlandı. Bankda işlədiyim vaxt digər kompüterlər və serverlər üzərindən rahat  işləmək üçün şəbəkə üzərindən “clipboard”-ın ötürülməsi üçün kiçik bir tətbiq yazdım.  Bu proqram yalnız Windows ƏS üçün tətbiq oluna bilirdi.  Həmin vaxtlar hər hansı mətnləri, əsasən də böyük mətnləri bir kompüterdən digərinə  köçürən zaman texniki səhflər (hərf və ya səhf simvollar dail olunurdu), yalnışlıqlar yaşanırdı. Fikirləşdim ki, elə sistem yaratmaq olar ki, bu kompüterdə məlumatları kopyalasın, digər kompüterdə yapışdırsın. 2013-cü ildə layihə üçün komanda yığdım və layihəni formalaşdırmaq üçün fəaliyyətə başladıq.. Birinci komandamız  "dağıldı" və və elə həmin zamanda Android klientinin hazırlandığı kompyüterdə problem yarandı. Tətbiqin Play Stora yerləşdirdiyimi açarı itdi, kodlarn bəzi hissələri itdi və s. problemlər yarandı. İkinci dəfə komanda yığa bildim, bu dəfə isə layihəni tam maliyyələşdirə bilmədim. Nəhayət, ötən il Lahiyyə “Yeni Fikir” müsabiqəsində qalib oldu. Bu qalibiyyət bizə imkan verdi ki, layihəmizi geniş sferada təqdim edək və əldə olunmuş vəsaitlə bəzi xidmətlərin haqlarını ödəyək.
 -Layihələrinizi  yaradanda ilk vaxtlar   startap bazarında hansı çətinliklərlə üzləşdiniz?
-Kadr və  maliyyə tapmaq problemi ilə üzləşdim. Bizim ölkədə bu sahədə bazar  tam formalaşmayıb. İnsanlar  startap layihələrinə maraqla yanaşmırlar.  Boş vaxtlarının müəyyən  hissəsini belə layihələrə xərcləmirlər ki, gələcəkdə gəlir əldə etsinlər. Xaricdə elə layihələr var ki,  komanda 2 ilə yaxın pulsuz işləyir. Düzdür, komandadan ayrılanlar olur, amma sona qədər qalıb milyonlar qazanan da olur. Azərbaycanda “pulumu ver, sonra işləyim” mexanizmi ilə işləyirlər. Buna görə də layihənin  sonuna qədər qalmırlar.
-Uğurlu fəaliyyət göstərən Bethclip layihənizdə qarşınıza qoyduğunuz məqsədlərinizi bütünlüklə həyata keçirə bilmisiniz?
-Əsas odur ki, layihəni yaratdım və komandanı yığdım. Hazırda komandanın genişləndirilməsinə ehtiyac var. Layihənin planına görə işin 50% faizini yerinə yetirmişik. 20% faizini də fevrala qədər tamamlamağı düşünürük. Bu ilin sonuna qədər planlaşdırdığımız  istifadəçi sayı və sistemə hazırlıqdan sonra  gələn ildən  layihəni bazara buraxacağıq. Hazırda startapımızın  aktiv istifadəçiləri olsa da, passivlər də var. Planımız  odur ki, maya qədər sistemə 5 min aktiv istifadəçi cəlb edək.  Bu da startap üçün böyük rəqəmdir.
-Startapınızdan istifadəçilər necə yararlanırlar?Layihənin  maliyyəsini necə müəyyən edirsiniz?
-Hazırda layihə pulsuzdur. İstifadəçi cəlb etmək üçün  layihəni müəyyən müddət  də pulsuz edəcəyik. Biz hər  hansı problemlə üzləşiriksə,  onu müzakirə edirik ki,  bu əngəli necə keçə bilərik. Hazırda bu istiqamatdə də işlər aparılır. Winows,  Android, İOS platformalarında fəaliyyət göstəririk. MacOS, Linux, WebClient üzərində də hazırda iş gedir. May ayından sonra bu platformalarda da təmsil olunacağıq.
-İlk yaranan BethClip ilə hazırda fəaliyyət göstərən BethClip arasındakı fərqi necə müqayisə edərdiniz?
-Fərq çoxdur. Təhlükəsizlik  baxımdan layihə tam inkişaf edib. Dizayn fərqləri var. Əvvəllər  startap texniki baxımdan yaxşı dizayn olunsa da, qrafik dizayn bərbad idi. Dizaynı optimallaşdırdıq. Çalışırıq ki, daha müasir  platformalara   uyğun hərəkət edək.
-BethClip layihəsinin gələcəyini  necə proqnozlaşdırırsınız?
-Layihə ötən il ABŞ-da qeydiyyatdan keçdi. Hazırda bir neçə investorlarla danışıqlar   aparırıq. Planımız  layihəni daha genişləndirmək, baş offisi San-Fransiskoya keçirməkdir. Və oradan başlayaraq  Avropada və digər  regional istiqamətlərdə təmsil olunmaq, təmsilçi şirkəti açmağı düşünürük. İstəklərimizi həyata keçirmək üçün ABŞ ilə texniki məhdudiyyətlərin aradan qaldırılmasına ehtiyac var. Çünki, bizim qanunvericilikdə kommersiya məsələləri ilə  bağlı problemlər olur.

-Bu layihə ilə yanaşı, hazırda  başqa hansı istiqamətli layihələr üzərində işləyirsiniz? Startap bazarına hansı yeniliklərə çıxacaqsınız?
-Görmə qabilyyətini itirmiş və ya görmə qabilyyətində problemi olan şəxslər üçün Braille Pad planşetini  hazırlayırıq. Startapın komandası  artıq müəyyən formada hazırlanıb. Bu planşetdən yalnız əlifbanın oxunması üçün yox, həmçinin məlumatıninteraktiv şəildə fərqli-fərqli resuslardann əldə olunması üçün istifadə olunacaq. Braille Pad  2 hissədən ibarətdir: Braile əlifbasına uyğun olaraq hərflər standarta uyğun olaraq əks etdirən taktil display və mətnin daxil edilməsi üçün brail klaviaturası. İstifadəçilər braile klaviaturası ilə naviqasiya etməklə əks olunan məlumatı taktil displeydən barmaqları ilə oxuya bilirlər. Layihə ilə bağlı Azərbaycan Korlar Cəmiyyəti ilə də əməkdaşlıq edirik.  
-Layihələriniz üçün  üçün investor axtarışı nə yerdədir? Bu sahədə istədiyiniz naliyyətləri   qazana bilmisiniz?
-İnvestorlar bir ayrı təbəqədir. Onun yanına məsləhət üçün gedirsən, o sənə pul verir. Pul dalınca gedirsən, məsləhət verir. Betchclip üçün  ilk investisyanı "Imperious Group"da almışıq. Hazırda növbəti investorlar daha böyük məbləğlərlə danışıqlarımız davam edir. Startup Wise Guys, digərlərinin adını hələki açıqlamaq istəmirəm. Berkley universiteti ilə əməkdaşlığa hazırlaşırıq. Azərbaycanda Qafqaz Universiteti və Bakcellə əməkdaşlıq etməyə hazırlaşırıq. Avropada CEED və Bostonda TechStar-la danışıqlarımız davam edir.
Xarici şirkətlərdən də başqa təkliflər var, amma tərəfdaşlıq şərtləri uyğun olmadığı üçün bu məsələ qalıb. Layihə elədir ki, ya gərək səni kimsə məsləhət görsün, ya da fantastik nəsə göstərəsən.

-Bəs məşhur olan ayaqqabı.az startapınız-da necə, sizi kimsə məsləhət görmüşdü?
- Həyat yoldaşımla  formalaşdırdığımız ilk məşhur startapımız idi (2008-2009) . Ayaqqabı haqqında bütün məlumatlar burada var idi. Saytda müxtəlif dildə tərcümələr yerləşdirilmişdi, sual-cavab şəklində fəaliyyət göstərirdi.  Bu, Azərbaycanda ayaqqabılarla bağlı ilk vikipedik səhifə idi, gündəlik 3 minə yaxın ziyarətçimiz var idi. Layihəni il yarım işlətdikdən sonra Türkiyədən yaxşı qiymətlə təklif gəldi və satdım. Satışdan gələn gəlir ilə xərclərimizi  ödədik. Saytı alan adam 6 aydan sonra layihəmi “öldürdü”.
-Əməkdaşlıqda hansı məsələlərə diqqət edirsiniz?
-Əsas olan əməkdaşın tələbədir. Müqavilənin şərtlərində bəzən elə maddələr göstərilir ki, əməkdaşlıqda problemlər yaradır. Bu kimi problemlərlə əsasən daxili bazarda qarşılaşırıq. Xaricilər isə  özəllik istəyirlər ki,  bu istəklər  inkişafı dayandıra bilər.
-Yeri gəlmişkən, qarşıdan “Startap Azərbaycan 2015” müsabiqəsi gəlir.Yenidən müsabiqəyə qatılacaqsınızmı?Müsabiqə üçün hansısa layihə nəzərdə tutulub?
-Bir dəfə qalib olmuşam, yenə də qalib layihəmlə qoşula bilərəm.( gülür) Braille Pad startapı ilə  layihəyə qatılmağı düşünürəm. Qalib gəlməsək də, layihəmiz mediaya çıxacaq, tanınacaq və bu bizə investor gətirə bilər.
-Sosial şəbəkələrdə tez-tez ölkəmizdəki startapları tənqid edən fikirlərinizlə rastlaşırıq. Sizi buna nə vadar edir?
-Həqiqəti deyirəm və tənqidlərə açıq biriyəm. Bizim startaplar özləri istədikləri pəncərədən ətrafa baxırlar, istifadəçi, partnyor gözü ilə baxmaq istəmirlər, realığı qəbul etmirlər. Qulaq asmırlar, bir-iki aydan sonra dediyimə gəlib çıxırlar. Azərbaycanda xaricə inkubasiya  etmiş layihə tanımıram.
-Ölkədə milli  startap  infrastrukturunun  inkişafına  necə  qiymət  verərdiniz? Hazırda bu sektorda hansı trendlər üstünlük təşkil edir?
-Ölkəmizdə hələlik startapın inkişafı çox zəifdir. Startaplar yalnız ad çıxarıb, ortadan qeyb olurlar. Mən  Betchclip layihəsini xaricə çıxarandan sonra layihəmizin uğuruna inandılar. Azərbaycandakı investoru inandırmaq üçün gərək mütləq layihənlə xaricə çıxasan.
-Milli startaplarımız uğur əldə etmək, investisiya və dəstək qazanmaq üçün  hansı tələblərə cavab verməlidirlər?
-Startap layihəsi boş olmamalı, minimal dəyərli məhsul olmalıdır. Startapa dəstəyə gəlincə, bu dəstək yalnız maliyyə ilə bitməməlidir. Bu il İKT üçün ayrılan maliyyə prosesində bəzi yanlışlıqlar oldu. Belə ki, hər bir layihəyə eyni məbləğ ayrıldı. Halbuki bu bölgü layihənin dəyəri və fəaliyyətinə görə aparılmalı idi. Elə layihələr vardı ki, onlar o pulu götürüb startap yaratmaq adı ilə xərcləyəcəklər. Amma elə layihə də var ki, ayrılan vəsait onun ehtiyaclarını ödəməyəcək. Bu baxımdan fərqlillik olarsa, daha obyektivlik olar.
-Xaricdə  fəaliyyət göstərən startapları, bu sahədəki irəliləyişləri  izləyirsiniz....Ölkəmizə bu sahadə hansı yeniliklərin gətirilməsini istərdiniz?
-Xarici inkubatorlarda iştirak etmək, mentorlara çıxmaq lazımdır.Bazara giriş formalarını, inteqrasiya  və startap  məsələlərini düzgün formalaşdırmaq lazımdır.
-Nə üçün bizdə xarici ölkələrdə olduğu kimi startaplara investisiya yatıran fərdi investorlar – mələk yatırımçılar yoxdur?
-Azərbaycanda investorlar açıq yatırım etməkdən qorxurlar. Çoxları  pulunun üstünü “açmağa” qorxurlar. Bizim qanunlarda şəxsi yatırım etmək haqda müddəa yoxdur. Ona görə də, investisiya yatırımı etmək istəyən investor ya açıq və ya qapalı Səhmdar cəmiyyəti  yaratmalıdır. Bununla yanaşı, böyük risk etməkdən qorxurlar, çünki onlar bu sahədə profesional deyillər.  Bəzən ortada məhsul olmur, söz olur. Buna görə uduzurlar. Bu baxımdan mələk yatırımçılar gözə dəymir.

-Bəzi ekspertlər qeyd edir ki, uğurlu milli startupların komanda məsələsində problemi olduğu sezilir.  Startap komandasının parçalanması, komanda formalaşdırmağın çətinliyi nə ilə bağlıdır?
-Sosial məsuliyyət məsələləri, iş yerləri, daha çox komanda üzvlərinin pula görə komandaya gəlməsi kimi məsələlər. Hazırda məvacibə işləyənlər çoxdur. Komanda rəhbəri olsam da, ən az məvacibi mən alıram ( gülür). Komanda iki səbəbdən dağıla bilir. Birincisi, komandada qeyri-peşəkar adamlar olur. İkincisi isə peşəkar adamlar olsa da, yalnız maddi  marağı düşünürlər, bu da  komandanın dayanıqlığını azaldır.  Bəzən isə belə də olur:  bir komandada iştirak edən şəxslər  digər layihələrdə də təmsil olunurlar və iki işə vaxt ayıra bilmirlər. Komanda da təməl olmalıdır. Komanda bilməlidir ki, pul həmişə olmaya da bilər.
Sizcə, niyə Azərbaycanda startap bazarı digər ölkələrdəki kimi arzuolunan səviyyədə deyil? Buna maraq və ya şərait yoxdur?
-Bu gün kifayət qədər bu sahəyə şərait yaradıblar. Məkanlar çoxdur, amma inkubatorlar üçün şərait yoxdur. Sahə və internet vermək hələ hər şey demək deyil. Xaricdən mütəxəssislər  dəvət olunmalıdır. Media tərəfdaşları tapmaq lazımdır. Ukraynada iki həftə ərzində olduğum zaman bizim inkubotlarlarla  onlar arasındakı fərqi əsaslı şəkildə  hiss etdim.
-Bəs istifadəçilərə hansı özəllikləri təqdim edirsiniz ki, onlar sizi seçsinlər?
-Clipboard-un  tarixçəsi  yalnız bizdədir. Hazırda daha çox platformaları əhatə edirik. Kanalları şifrələməkdə bizim sistemlər daha  təhlükəsizdir. Digər sosial şəbəkələrə də application etməyi düşünürük. Bu, ilk vaxtlar pulsuz olacaq. PUSH sisteminə keçməyi də planlaşdırırıq. Artıq cliboard-da alternativ pəncərə açmaq məcburiyyətində qalmayacaqsınız. Məlumat gələndə sadəcə klik edib daxil ola biləcəksiniz.
Bizim milli startaplar dünya bazarına çıxmaq üçün daha çox Türkiyə bazarına üz tuturlar. Amma hələlik elə bir uğurları yoxdur. Rusiyada böhran yaşandığı bir vaxtda bizim internet biznes sektoru, milli startuplar bundan necə bəhrələnə bilərlər? Rusiya, Qazaxıstan və Ukrayna  bazarları onlar üçün maraqlı ola bilərmi?
-Qazaxıstan bazarı  ola bilər. Orada İT həqiqətən yaxşı inkişaf edib. Rusiyadakı böhrana görə, seçim etməyə dəyməz. Həmçinin ruslar daha çox iri layihələrə maraqlıdırlar. Ukrayna yaxşı seçim ola bilər. Startap bazarı üçün  Amerika və Avropa bazarını tutmaq, onlara daxil olmaq lazımdır.
-Bir yerdə uğur varsa, orada səhvlər də var təbii ki. Sizin səhvləriniz nələr olub? Startap yaratmaq istəyən həmkarlarınıza səhv etməmək üçün nələri tövsiyyə edərdiniz?
-Əvvəlcə vacib olan şərt startapı komanda üzvlərinə sevdirməkdir. İkincisi, komanda bilməlidir ki, ola bilsin ki onlar bir neçə vaxt  susuz, çörəksiz yol gedəcəklər. Buna hazır olmalıdırlar. Vaxt bölgülərini düzgün etməlidirlər. Problemlə qarşılaşanda onu ötüb keçməyi bacarmalıdırlar. Mentorların qoşulmasını əsaslı təşkil etmək lazımdır. Hər hansı layihəyə başlamadan öncə, istiqaməti düzgün  müəyyən etmək üçün araşdırma aparmaq lazımdır. Komanadını düzgün toplamaq lazımdır. Komandanın ayrıca  texnik, marketoloq, icraçı qüvvəsi olmalıdır. Onlar  bilməlidir ki, yalnız rüzgara  möhtac olub dənizə çıxmaq olmaz, ola bilər ki, kürəklərini özləri çəkməli olacaqlar. Bu baxımdan startap komandası birlik olmağı bacarmalıdır.

Məltəm Talıb

http://www.xeberler.az/new/index.php?page=details&id=8354#Kalibri

23 Ocak 2015 Cuma

QUTechnopark‬ sizə bol-bol hədiyyələr təklif edir.

Hədiyyə QAZANMAQ istəyirsən? ‪#‎Qutechnopark‬ sizə bol-bol hədiyyələr təklif edir.

1. Stend önündə şəkil çəkdir
2. Sosial şəbəkələrdə( ‪#‎Yenifikir‬ #QuTechnopark ) paylaş
3. QUTexnoparkdan hədiyyə QAZAN !


Yarışma 26 Yanvar Rektorluq Binasında,
27 Yanvar İqtisadiyyat Korpusunda keçiriləcək.


Mükafatlandırma 29 Yanvar 12:30da QUTexnoparkda baş tutacaq.
Hədiyyə QAZANMAQ istəyirsən? 
#Qutechnopark sizə bol-bol hədiyyələr təklif edir.

1. Stend önündə şəkil çəkdir
2. Sosial şəbəkələrdə( #Yenifikir #QuTechnopark ) paylaş
3. QUTexnoparkdan hədiyyə QAZAN !

Yarışma 26 Yanvar Rektorluq Binasında,
27 Yanvar İqtisadiyyat Korpusunda keçiriləcək.

Mükafatlandırma 29 Yanvar 12:30da QUTexnoparkda baş tutacaq.

21 Ocak 2015 Çarşamba

“Azertexnolayn” MMC-nin Polad Boru Zavodunun direktoru Pərviz Qasımov “Təşəkkür plaketi” ilə təltif olundu.

“Azertexnolayn” MMC-nin Polad Boru Zavodunun direktoru Pərviz Qasımov  “Təşəkkür  plaketi” ilə təltif olundu.     Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə “Azertexnolayn” MMC-nin Polad Boru Zavodunun direktoru Pərviz Qasımov arasında görüş keçirilib. Görüş zamanı  davamlı olaraq tələbələrimizə təcrübə və ümumi tanışlıq və sosial fəaliyyətlərinin artırılması istiqamətində təcrübə gəzintilərinə şərait yaratdığına və universitetimizdə “İnsan Resurslarının İdarə Edilməsi” dərsindən  master klas keçdiyinə görə Pərviz Qasımov  Qafqaz Universiteti tərəfindən “Təşəkkür  plaketi” ilə təltif olundu. Plaketi İş Dünyası prorektoru Dos.Təyyar Mustafayev təqdim etdi.
      Qeyd edək ki, Azertexnolayn, 2012-ci ildə ölkə içi və ölkə xaricindəki neft, təbii qaz və su nəql xəttləri ilə digər müxtəlif sənaye sahələri üçün spiral qaynaqlı polad boru istehsalı etmək üzrə qurulmuşdur. Azertexnolayn şirkətində istehsal xətti sayını artırmış, istehsal tutumunu isə ildə 100.000 tona yüksəltmişdir.

http://www.qu.edu.az/az/news/Azertexnolayn.html

“Azərkosmos” ASC Mexanika Mühəndisliyi-1 tələbələrini qəbul etdi


“Azərkosmos” ASC  Mexanika Mühəndisliyi-1  tələbələrini qəbul etdi.     Karyera Planlama Mərkəzi “Azərkosmos” ASC-yəOrxan Hüseynovun rəhbərliyi ilə Mexanika Mühəndisliyi-1  tələbələrinin gəzintisini təşkil etdi.Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin Sənaye müəssisələri ilə tanış olması və dərs zamanı  yiyələndikləri mühəndislik biliklərinin praktikasının canlı şahidi olmasını təmin etməkdir. Gəzinti zamanı şirkət nümayəndələri tələbələri şirkətin ərazisi ilə tanış edərək gördükləri işlər və planları haqqında  məlumat verdilər.Şirkət nümayəndələridə öz növbəsində tələbələrimizi şirkətləri ilə tanış etmələrindən böyük zövq aldıqlarını bildirdilər. 
     Onu da qeyd edək ki, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycanın höküməti tərəfindən 3 may 2010-cu il tarixində yaradılmışdır və Qafqazda ilk peyk operatorudur.8 fevral 2013-cü il tarixində orbitə buraxılmış “Azərpace-1” peyki vasitəsilə şirkət öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı DTH (Direct-to-Home), səs video və məlumatların ötürülməsi xidmətlərini təqdim edir.

http://www.qu.edu.az/az/news/Azerkosmos.html

İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi daşıyan “Yeni Fikir 2015” Müsabiqəsinə onlayn qeydiyyat yanvarın 25-də başa çatacaq

“Yeni Fikir 2015” Müsabiqəsinə ”(YFM) layihələrin onlayn qeydiyyatı davam edir. İnnovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilən müsabiqəyə layihələrin qeydiyyatı 25 yanvar 2015-ci il tarixinə kimi davam edəcək.

Müsabiqə  “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq; ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına dəstək vermək; İKT-nin inkişafına dəstək vermək; təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək; təşəbbüskar yanaşmanı inkişaf etdirmək məqsədi daşıyır. Ümumilikdə müsabiqə texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədilə təşkil olunur. Bu sahələrə başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.

Ölkənin və regionun inkişafında rol oynaya biləcək, beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması; təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, məhsulunu pula çevirə biləcək iş fikirlərinin şirkətləşməsini təmin etmək hədəf olaraq qarşıya qoyulub.


Təşkilat Komitəsindən qeyd edilib ki, qiymətləndirmə prosesində innovasiya və texnoloji yenilik (fikrin, ideyanın texnoloji-innovativ xüsusiyyətləri, faydaları və texnoloji baxımdan yeni və üstün cəhətləri); strategiya, bazar və rəqabət (məhsul və xidmətin alıcıları, alma səbəbləri, hədəf bazarın xüsusiyyətləri, böyüklüyü və inkişaf potensialı, rəqibləri, qiymətləndirmə siyasəti); komanda çalışması - idarəetmə (qrupun bacarıq və təcrübələri, hər bir üzvün layihə içərisindəki rolu, layihə ilə əlaqəli hər cür əməkdaş çatışmazlıqları və bunların necə aradan qaldırılacağı); təqdimatın keyfiyyəti (müsabiqə finala irəlilədikcə münsiflər daha çox təqdimatın keyfiyyətinə diqqət yetirəcəklər, aydın və yığcam, yazılı və şifahi); biznes plan əsas götürüləcək.


Qeyd edək ki, Qafqaz Universiteti Texnoparkı (QUTechnopark), İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi (İKTETM), Qafqaz Universitetinin Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi, İEEE Azərbaycan şöbəsinin təşkilatçılığı ilə reallaşan layihə ildə bir dəfə keçirilir.

 
Həqiqət İSABALAYEVA

http://www.ictnews.az/read-34660-news-1.html 

“Azərkosmos” ASC Mexanika Mühəndisliyi-1 tələbələrini qəbul etdi.

Karyera Planlama Mərkəzi “Azərkosmos” ASC-yə Orxan Hüseynovun rəhbərliyi ilə Mexanika Mühəndisliyi-1  tələbələrinin gəzintisini təşkil etdi.Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin Sənaye müəssisələri ilə tanış olması və dərs zamanı  yiyələndikləri mühəndislik biliklərinin praktikasının canlı şahidi olmasını təmin etməkdir. Gəzinti zamanı şirkət nümayəndələri tələbələri şirkətin ərazisi ilə tanış edərək gördükləri işlər və planları haqqında  məlumat verdilər. Şirkət nümayəndələridə öz növbəsində tələbələrimizi şirkətləri ilə tanış etmələrindən böyük zövq aldıqlarını bildirdilər. 
     Onu da qeyd edək ki, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycanın höküməti tərəfindən 3 may 2010-cu il tarixində yaradılmışdır və Qafqazda ilk peyk operatorudur.8 fevral 2013-cü il tarixində orbitə buraxılmış “Azərpace-1” peyki vasitəsilə şirkət öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı DTH (Direct-to-Home), səs video və məlumatların ötürülməsi xidmətlərini təqdim edir.

17 Ocak 2015 Cumartesi

Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması hansı dəyişikliklərə yol aça bilər?

“Azərbaycanda elmi fəaliyyət, əsasən, akademiyanı, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi qurumları, qismən də özəl sektoru əhatə edir. Elmi araşdırmalarda müəyyən təkrarçılıq, elmi mövzularda qeyri-aktuallıq, dünya elmində gedən proseslərlə səsləşməyən problemlərin mövcudluğu elmi fəaliyyətdə rast gəlinən reallıqlardır. Bu məqsədlə respublikada elmi əlaqələndirmənin mürəkkəbliyini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılmasına ehtiyac var”. Bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan alimlərinin I qurultayında çıxış edib. AMEA prezidenti hesab edir ki, şuranın tərkibində akademik institut, universitet, biznes və patent idarələrinin nümayəndələri olmalı, şura tərəfindən veriləcək qərarlar isə respublikanın bütün elmi təşkilatları üçün icbari xarakter daşımalıdır. Ümumilikdə təklifə münasibət bildirən müxtəlif sahələr üzrə mütəxəssislər şuranın fəaliyyətinin səbəb aça biləcəyi müsbət dəyişiklikləri “Rabitə dünyası” ilə paylaşıblar.
 Əgər bu şura yaradılarsa...
 Gənc alim, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev: “Ölkəmizdə elmi əlaqələndirmənin öz mürəkkəbliyi və çətinliyi də var. Belə ki, elmi siyasətin həyata keçirildiyi əsas mərkəz Milli Elmlər Akademiyası olsa da, o, tək qurum deyil. Bu gün Təhsil Nazirliyinin nəzdində olan dövlət və özəl ali məktəblərin bir çoxunda, eləcə də ayrı-ayrı nazirliklərin, dövlət təşkilatlarının tabeçiliyində olan tədqiqat müəssislərində də elmin müxtəlif problemli məsələləri üzrə araşdırmalar gedir. Ona görə bir çox hallarda təkrarçılığa yol verilir. Ən əsası araşdırmaların beynəlxalq səviyyədə normativləşmiş fundamental meyar və prinsiplər əsasında aparılmaması bir çox hallarda elmi imitasiyaya və nəticədə heç bir fundamental və tətbiqi əhəmiyyəti olmayan araşdırmaların meydana çıxmasına səbəb olur, nəticə olmadığından da bu məqsədlərə yönəldilən büdcə vəsaitləri səmərəsiz xərclənilir, elmin inkişafına heç bir töhfə verilməmiş olur. Belə problemlərin həlli üçün Akademiyanın uyğun təsir mexanizmi yoxdur. Elə buna görə də AMEA rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması məsələsini gündəmə gətirib. Əgər bu şura yaradılarsa, artıq ölkədə elm araşdırmalar sahəsindəki mövcud problemlər aradan qaldırılmaqla, elmi fəaliyyətin təşkili, əlaqələndirilməsi və idarə olunması üçün elmi tədqiqat işlərinin yeni prinsiplər əsasında koordinasiyası mümkün olacaq. Bununla yuxarıda sadalanan neqativ hallar da aradan qaldırılacaq. Hazırda mövcud olan bütün problem şuraları vahid mərkəzdə birləşdirilməklə onların işinin yeniləşdirilməsinə də nail olunacaq”.
 “Biliklər iqtisadiyyatının və milli innovasiya mühitinin formalaşması şuranın qarşısında duran prioritet istiqamətlərdən birinə çevriləcək”
 Dünya təcrübəsinə istinad edən alim qeyd edir: “Bu təcrübə göstərir ki, elmi fəaliyyətin səmərəli və effektiv təşkilini şərtləndirən ən mühüm amillərdən biri də elmin idarə olunmasının təşkilidir. Bu gün artıq dünyada elmi tədqiqatların ənənəvi strukturları ilə yanaşı, virtual elmi qurumlar, elmi klasterlər, elmi şəbəkələr, elmi parklar və texnologiyaların inkişafı ilə yeni keyfiyyətli strukturlar meydana gəlməkdədir. Bütün bunlar isə elmin idarə olunmasının təşkilinin yeni modellərinin yaradılması zərurətini ortaya qoyur. Məhz Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması bu sistemin tərkib hissəsidir. Yaradılması təklif olunan şurada akademik institutların, universitetlərlə yanaşı, biznes və patent idarələrinin nümayəndələrinin təmsil olunması artıq əldə olunmuş elmi yeniliklərin tətbiq olunma imkanlarının artmasına səbəb ola bilər. Başqa sözlə, bir qurumda həm elm, həm də biznes nümayəndələrinin birgə iştirakı müasir dövrdə elm və istehsalat arasında əlaqələrin lazımi səviyyədə təşkilinə xidmət edən amildir. Şuranın qarşısında duran ən mühüm vəzifələrdən biri müasir dünya elminin ən son nəzəri-metodoloji yanaşma və qənaətlərinin, elmi nəticə və uğurlarının öyrənilərək tətbiq olunmasından, eləcə də yeni yanaşmaların müəyyənləşdirilməsindən ibarət olacaq.
Biliklər iqtisadiyyatının və milli innovasiya mühitinin formalaşması (elmin innovasiyası) da qeyd olunan şuranın qarşısında duran prioritet istiqamətlərdən biriни təşkil edəcək”.
 “Ali Şuranın yaradılması bu istiqamətdə işlərin daha uğurlu alınmasında müstəsna rol oynaya bilər”
 Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət: “Əgər nəzərə alsaq ki, cənab Prezidentin şəxsən özünün nəzarətində olan və ya Prezident yanında qurulan strukturlar uğurlu fəaliyyət göstərir, belə bir şuranın da uğur qazanacağını demək olar. Örnək üçün, “ASAN Xidmət” birbaşa Prezidentin təşəbbüsüdür və ölkədə bir nəfər də tapılmaz ki, ondan narazı qalsın. Halbuki bu günə qədər həmin xidmətdən 3,5 milyon dəfə istifadə edilib. Yaxud da QHT-lərə Dövlət Dəstəyi Şurasını götürək. Bu qurum da Prezident yanında fəaliyyət göstərməklə ölkədə QHT sektorunun sağlamlaşdırılmasında mühüm rol oynayır. Eləcə də Bilik Fondu və bu qəbildən olan qurumları qeyd etmək yerinə düşərdi. O baxımdan düşünürəm ki, Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması bu istiqamətdə işlərin daha uğurlu alınmasında müstəsna rol oynaya bilər.
 “Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması sürətli sosial-iqtisadi inkişafda davamlılıq və dayanıqlılığın təmin olunması üçün də zəruri addımdır”
 Qafqaz Universiteti Texnoparkının direktoru, dos. İsa Qasımov: “Ölkə prezidenti İlham Əliyevin qarşıya qoyduğu hədəflərinin inkişaf xəttində “neft kapitalının insan kapitalına çevrilməsi” fəlsəfəsi dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsində özünü isbat etmiş, çox uğurlu bir istiqamətdir. Bu yanaşmada, Azərbaycanın qlobal strateji mövqeyində regional güc olmaq kimi hədəfləri tətbiq olunan istiqamətin özünəməxsus tərəflərini ortaya çıxarır. Bu da öz növbəsində, dünyanın sosial-iqtisadi inkişafında Azərbaycan modelini formalaşdırır. Hazırda bu modelin dünyanın müxtəlif ölkələrinin öyrənmə və ya tətbiq etmək istiqamətindəki fəaliyyətləri bunun əyani sübutudur. Eyni zamanda geniş və ya qlobal miqyaslı layihələrin, proseslərin icrası və idarə edilməsində səmərəli nəticələrin əldə olunması üçün bir sıra amillər nəzərə alınmalıdır. Buraya layihə və ya prosesin iştirakçısı olan bütün tərəflərin potensial imkanlarından xəbərdar olunması; mövcud imkanların istifadəsində və ya tətbiqində müxtəlif tərəflərin, hansı formada təşviq olunmasının müəyyənləşdirilməsi; müxtəlif tərəflərin sahib olduqları potensial imkanların daha səmərəli nəticələrinin təmin olunması üçün hansı istiqamətlərdə əməkdaşlığa dəvət edilməsı; nəzarət-monitorinq fəaliyyətləri kimi problemləri bürokratik mane formasından uzaqlaşdıraraq, təşviqedici (həvəsləndirici) yanaşmasının təmin edilməsi; prosesin ümumi inkişafına xidmət edən innovasiyaların ortaya çıxarılması və tətbiqi istiqamətində tövsiyələrin verilməsi; prosesin ümumi inkişafıна xidmət edən innovasiyaların ortaya çıxarılması və tətbiqi istiqamətində dəstəkləyici (nizamlayıcı qanunvericilik; maliyyə dəstəyi, vergidən azadolma və ya digər güzəştlər) funksiyanın təmin edilməsi və s. daxildir. Fikrimizcə, qeyd olunanların həyata keçirilməsi istiqamətində, eləcə də ölkəmizdə elmi tədqiqat institutları, universitetlər, texnoparklar, biznes və digər strukturların mövcud potensiallarına əsasən fəaliyyətlərində dövlət əhəmiyyətli səmərəliliyin təmin olunması məqsədi ilə təklif edilən Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması əhəmiyyətli addım olacaq. Bu, həm də Azərbaycanın sürətli sosial-iqtisadi inkişafında davamlılığın və dayanıqlılığın təmin olunması üçün də zəruri addımlardan hesab oluna bilər”.
 “Elm və texnologiyaların inkişafı istiqamətində fəaliyyətə başlayan müxtəlif qurumların mövcudluğu belə bir şuranın formalaşdırılmasını vacib edir”
 Texnopark rəhbəri qeyd edir ki, ölkənin xammal ixrac edən vəziyyətindən, hazır məhsul ixrac edən formasına çevrilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr, alınan qərarların icrasında səmərəliliyin təmin olunması üçün elmi-texniki yanaşma mühüm amillərdəndir: “Sənayenin inkişaf etdirilməsi və ya Azərbaycana məxsus sənaye markalarının formalaşması, başlıca olaraq, ixtisaslaşmış və intellektual insan gücündən asılıdır. Bu prosesdə ölkə potensialının kompleks dəyərləndirilməsi zəruri məqamlardandır. Ona görə də Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın təsis olunmasının faydalı nəticələr verəcəyi qənaətindəyik.
Təklif olunan şuranın tərkibində akademik elmi tədqiqat institutlarının, universitetlərin, texnoparkların, biznes və patent idarələrinin nümayəndələrinin olması fəaliyyətin hərtərəfli əhəmiyyətli olacağından xəbər verir. Elm və texnologiyaların inkişafı istiqamətində ölkəmizdə fəaliyyətə başladılan müxtəlif qurumların (fondların) mövcudluğu da belə bir şuranın formalaşdırılmasını zəruri etdiyi qənaətindəyik. Düşünürəm ki, Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın fəaliyyəti, qeyd olunan, müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən təşkilatların işinin səmərəliliyinin artırılması istiqamətində stimulverici və dəstəkləyici funksiyası ilə kompleks yanaşmalar tətbiq edə biləcək. Belə yanaşmaların uğurlu nəticələrini beynəlxalq təcrübədə də müşahidə edirik. Belə ki, milli xüsusiyyətləri, eləcə də bir çox qlobal layihələrin həyata keçirilməsində genişmiqyaslı dövlətlərarası ortaq layihələrimizin olduğu Türkiyədə bənzər təşkilatı - Elm və Texnologiya Yüksək Qurumunu (Bilim ve Teknoloji Yüksek Kurulu (BTYK)) nümunə göstərmək olar. Bu baxımdan, Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın fəaliyyət istiqamətləri ilə genişmiqyaslı müsbət dəyişikliklərə səbəb ola biləcəyi qənaətindəyik”.
Onun sözlərinə görə, şuranın həyata keçirə biləcəyi funksiyalar Azərbaycanda prioritet sayılan istiqamətlərin təmin olunması üçün zəruri məqamlardır. Buraya elm və texnologiya inkişafında uzunmüddətli siyasətin təsbitində hökumətə yardım, hədəflərin müəyyən olunması, prioritet sahələrin müəyyən edilməsi, plan və proqramların hazırlanması; uzunmüddətli strateji planlara əsasən ictimai təşkilatların vəzifələndirilməsi; bu məqsədlə, xüsusi təşkilatlarla (elmi tədqiqat institutları, universitetlər, texnoparklar, biznes strukturları, müvafiq dövlət təşkilatları və s.) əməkdaşlığın təmin edilməsi; ehtiyac olan qanun layihələri və qanunvericiliyin hazırlanması və ya elmi-metodoloji dəstəyin verilməsi; zəruri olan sahələr üzrə araşdırıcı insan gücünün yetişdirilməsinə, əsas istiqamət və proqramların icrasına stimullaşdırıcı və dəstəkləyici funksiyanın yerinə yetirilməsi daxildir.
 “Şuranın fəaliyyəti ölkəmizdə innovasiyalara əsaslanan inkişafı hərtərəfli dəstəkləyə biləcək ekosistemlərin formalaşdırılmasına səbəb olacaq”
 Həmçinin bu funksiyalara xüsusi əhəmiyyətli sahələr üzrə araşdırma mərkəzlərinin qurulması üçün tədbirlərin alınması; dövlətin ayırdığı maliyyə imkanları və digər stimullaşdırıcı resursların səmərəliliyinin artırılması məqsədi ilə, sektorlar və təşkilatlar arasında koordinasiyasının, eləcə də nəzarət-monitorinq fəaliyyətinin təmin edilməsi və s. aid edilir: “Ali Şura ölkəmizdə ixtisaslaşmış və insan gücünə əsaslanan dayanıqlı inkişafı təmin etmək üçün zəruri məqamlardan olan universitet-iş dünyası əməkdaşlığının da geniş vüsət almasına zəmin verəcək. Belə ki, şuranın nizamlayıcı və stimullaşdırıcı dəstəyi ilə universitet-iş dünyası əməkdaşlığı, eləcə də texnoparkların inkişaf etdirilməsinə zəmin verəcək fəaliyyətləri vacib məqamlardan sayıla bilər. Beləliklə, inkişaf etmiş ölkələr nümunəsində olduğu kimi, elmi tədqiqat institutları və universitetlərlə iş dünyası arasında qurulacaq əməkdaşlıq həm bu müəssisələrin qarşılıqlı faydalar əldə etmələrinə, həm də ixtisaslı, intellektual insan gücünün formalaşması, eləcə də formalaşacaq potensialdan səmərəli istifadəni təmin edəcək. Şuranın fəaliyyəti ölkəmizdə innovasiyalara əsaslanan inkişafı hərtərəfli dəstəkləyə biləcək ekosistemlərin formalaşdırılmasına səbəb olacaq. Bununla bağlı, ilkin mərhələdə, bir sıra işlərin yerinə yetirilə biləcəyi qənaətindəyik. Belə ki, elmi tədqiqat institutları və universitetlərdə innovasiyaların tətbiqinə əsaslanan təşəbbüskar yanaşma mühiti inkişaf etdiriləcək. Bu məqsədlə elm və təhsil müəssisələrində elmi-praktiki innovasiya mühiti inkişaf etdirilməli, bununla bağlı təşkilatlar qarşısında hədəflər (və ya öhdəçilik) qoyulmalı, müvafiq kafedralar üzrə “təşəbbüskarlıq” dərsləri təyin edilməli, təşəbbüskar mühit formalaşdırılarkən iş dünyası ilə sıx əməkdaşlıq edilməli, dərs proqramları və ya elmi tədqiqat planları hazırlanarkən iş dünyasının tələbləri nəzərə alınmalı, təşəbbüskarlıq dərsləri iş dünyasının təcrübəli mütəxəssislərinin iştirakı ilə təşkil edilməli, təşəbbüskar gənclərin “StartUp” layihələri müvafiq qanunvericiliklə təşviq edilməli və dəstəklənməli, təşəbbüskar yanaşmanın formalaşma prosesi ümumtəhsil məktəblərinin təlim-tərbiyə işində nəzərə alınmalıdır. Eyni zamanda prioritet sahələr üzrə beynəlxalq təcrübə öyrəniləcək və yerli biznes dəyərləri nəzərə alınaraq tətbiq edilmə imkanları formalaşacaq. Bu məqsədlə isə beynəlxalq təcrübənin öyrənilməsi üçün müşahidə qrupları işləməli və yerli biznes etikası nəzərə alınaraq səmərəli təkliflər hazırlanmalı, beynəlxalq təcrübənin ölkəyə gətirilməsi işində ölkə xaricindən müvafiq qaydada təlimçilər dəvət olunmalı, sahənin inkişaf etdirilməsi üçün seminar və konfranslar keçirilməlidir”.
 Şura texnoparkların fəaliyyətinin gücləndirilməsində əsaslı rol oynaya bilər
 Həmçinin şirkət və ya müəssisələr sosial-iqtisadi inkişafa səbəb olacaq elmi tədqiqat işlərinə təşviq ediləcək: “Bu məqsədlə elmi tədqiqat institutları və universitetlərdə texnopark binalarının, eləcə də şirkətlərin sərbəst fəaliyyətini təmin edəcək iş mühitinin formalaşdırılmasına dəstək verilməli, universitetlərin daxilində texnoparkların formalaşdırılması təşviq edilməli, şirkətlərin texnoparklarda fəaliyyəti dövlətin təşviqedici (həvəsləndirici) qanunları ilə tənzimlənməli (vergi, gömrük və s. güzəştlər təmin edilməli), “StartUp” layihələrin dəstəklənməsi işində investor mühiti formalaşdırılmalı və təşviq edilməlidir. Digər tərəfdən elmi tədqiqat institutları və universitetlərdə formalaşdırılmış (və ya formalaşdırılacaq) texnoparklarda Texnoloji Transfer Ofislərin qurulması və inkişaf etdirilməsi dəstəklənəcək. Bu məqsədlə Texnoloji Transfer Ofislərinin formalaşması üçün universitetlərin təqdim edəcəkləri layihələr əsasında maliyyə dəstəyi göstərilməli, ayrılan maliyyə vəsaitinin monitorinqi təmin edilməli, əldə edilən səmərəli nəticələrin müqabilində həvəsləndirici addımlar atılmalı, elmi tədqiqat institutları və universitetlərdə kafedraların (şöbələrin) nəzdində mövcud olan laboratoriya imkanları inkişaf etdirilməli və burada aparılan proseslər aktiv formada texnoparkda mövcud olan ekosistemlə (sənayeçinin ehtiyaclarına uyğun) əlaqələndirilməlidir. Elm və təhsil müəssisələrinin ölkədə fəaliyyət göstərən Sənaye Parkları ilə sıx əməkdaşlığı tənzimlənməli, Texnoloji Transfer Ofislərinin dəstəyi ilə elm və təhsil müəssisələrində çalışan professor-müəllim heyəti sənayenin inkişafında rol almalı, professor-müəllim heyəti layihə çalışmalarına cəlb olunmalı, eləcə də onlar sahibkarlıq fəaliyyətlərinə təşviq edilməli, magistr və ya doktorantların dissertasiya işləri iş dünyasının real problemlərinə, eləcə də ölkənin başlıca strateji inkişaf problemlərinin həlli istiqamətində təmin edilməli, elmi tədqiqatçılara elmi dərəcə və ya elmi vəzifə verilərkən, onların həyata keçirdikləri layihə çalışmalarını digər fəaliyyətlər kimi (pedaqoji fəaliyyət, məqalə, dərs proqramı, dərs vəsaiti və s.) nəzərə alınmasını təmin etməlidir”.
 “İnformasiya bolluğunda elmi nizamlılıq üçün belə bir qurumun olmasına çox böyük ehtiyac var”
 Əməkdar müəllim, Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrət: “Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması zərurətdən irəli gələn bir hadisədir: yaradılmalı və həmən fəaliyyətə başlamalıdır. Çünki cəmiyyətimizin yaşadığı mövcud informasiya bolluğundan elmi nizamlılıq naminə istifadə üçün belə bir qurumun olmasına çox böyük ehtiyac var. İnanıram ki, yeni yaradılacaq bu şura son yaradılmış yeni qurumlar kimi səmərəli və keyfiyyətli fəaliyyəti ilə özünü sübut edəcək. Elm və Texnologiya üzrə Ali Şura elm və texnologiya üzrə ən son tədqiqat işləri, elmi mövzulara dair araşdırmaların aparılmasında çox uğurlu fəaliyyəti ilə seçilən qurumlar sırasında olacaq. Onun təhsil sahəsində də yeni texnologiyaların tətbiqində çox böyük köməyi dəyəcək. Belə bir şuranın fəaliyyəti bir sıra müsbət yönümlü elmi araşdırmaların, elmlə məşğul olanların gördüyü işlərə, onların marağında olan yeni baxışlara stimul verilməsinə səbəb olacaq. Şura gənc alimlərin elmə marağının və elm - texnologiya sahəsində beynəlxalq əməkdaşlıqların artmasına da səbəb olacaq”.
 Hətta Təhsil və Elm Nazirliyinin yaradılması da təklif edilir
 Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov: “Azərbaycanda elmi fəaliyyətin koordinasiya edilməsində əslində bir pərakəndəlik mövcuddur. Konkret bu sahəyə cavabdeh olan icra strukturu mövcud deyil. Respublikada Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası mövcuddur. Adı çəkilən şurada bütün elmi tədqiqat institutlarının, ali təhsil müəssisələrinin, sahə elmi tədqiqat qurumlarının nümayəndələri təmsil olunurlar. Lakin yenə də bu sahədə olan boşluğu doldurmaq mümkün olmayıb. Mövzularda təkrarçılıq, köhnə və aktuallığını itirmiş mövzulara müraciət, ölkəmiz üçün heç bir strateji əhəmiyyətə malik olmayan mövzularda tədqiqatların aparılması və sair hələ də qalmaqdadır. Bütün bunlar isə elmi fəaliyyətin effektivliyinə ciddi ziyan vurur və həm də dövlətin kifayət qədər vəsaiti lazımsız formada sərf edilir. Fikrimcə, ölkəmizdə Təhsil və Elm Nazirliyi yaradılmalı və elmin kurasiyası da bu nazirliyə həvalə edilməlidir. Bu nazirliyin yanında hansısa şura yaradıla bilər və qeyd olunan şura da respublikada elmi tədqiqatların istiqamətlərini müəyyənləşdirəcək, mövzuları müəyyənləşdirəcək, görülən işlərin monitorinqini aparmaqla mütəmadi olaraq elmi tədqiqatları diqqətdə və nəzarətdə saxlayıb, gələcək prioritetləri müəyyənləşdirəcək. O zaman nə təkrarçılıq, nə də köhnəlmiş mövzulara müraciət olmayacaq. Bunun digər tərəfdən xeyri həm də onda olacaq ki, elmlə təhsilin bir yerdə olması təmin olunacaq, elm tədricən ali məktəblərə gedəcək və bu gün dünyanın elm tutumlu dövlətlərinin təcrübəsi bizdə də tətbiq olunacaq”.
 Həqiqət İSABALAYEVA
http://rabitadunyasi.info.az/News/?newsID=1582&lang=az

15 Ocak 2015 Perşembe

gözəl və unudulmaz bir axşamçağı...


Yeni Fikir 2014 qalibi BethClip növbəti Toxum İnvestisiyasını Amerikanın Imperious Group investisiya şirkətindən aldı

Yeni Fikir 2014 qalibi BethClip növbəti Toxum İnvestisiyasını Amerikanın Imperious Group investisiya şirkətindən aldı
Qafqaz Universiteti Texnioparkının (QUTechnopark) həyata keçirdiyi Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq ilk toxum investisiyasını (10000 manat) əldə edən BethClip layihəsi bir ilə yaxın müddətdə uğurlarını inkişaf etdirərək böyük investisiyanı aldı.  Belə ki, BethClip özünün ikinci Toxum İnvestisiyasını rəsmi olaraq almış və Amerikanın Imperious Group investisiya şirkəti ilə uzun müddətli bir müqavilə imzalamışdır! Bu BethClip'in imkanlarını daha da artıracaq və sizlərə daha yaxşı xidmət göstərməsinə kömək edəcək! 
BethClip nədir?
BethClip ingilis dilindəki between və clipboard sözlərinin köklərinin (beth və clip) birləşməsi olmaqla müxtəlif platformalı cihazlar arasında buferdəki (clipboard) məlumatların digər cihaz və cihazlara bir kliklə və ani olaraq ötürmək üçün xidmət növlü proqram təminatıdır (SaaS). Lahiyyə 2013-cü ildə Əliyev Rəşid tərəfindən yaradılmış və bir çoxlarının qısa zamanda və az addım sayı ilə məlumatlarının digər cihazlarına ötürülməsi zamanı baş verən çətinliklərin aradan qaldırılmasına xidmət etmək üçün nəzərdə tutulmuşdur.
Xidmət iki və daha çox cihaz arasında clipboardın və digər məlumatların ani olaraq məlumatın ötürülməsinə kömək edəm xidmətdir.
BethClip layihəsinin digər uğurları haqqında:
BethClip Azərbaycanın son zamanlarda həm daxili həm də beynəlxalq aləmdə uğur qazanmış layihələrindən biridir. Layihə 2013-cü ilin Mart ayında Rəşid Əliyev tərəfindən irəli sürülmüşdür. Layihənin rəhbəri Rəşidin dediyinə görə layihə ilk öncə özünün sözü gedən problemlə çox rastlaşmağından irəli gəlib. Problemin həlli yollarına baxdıqda isə bazarda olan boşluğu görən Rəşid artıq 2014-cü ilə doğru komandasını qurmağa və bacarıqlı gəncləri öz ətrafına toplamağa başlayıb. Nəhayət layihə özünün aktiv fəaliyyətinə 2014-cü ilin Aprel ayından etibarən başlamışdır.
BethClip regionumuzun ən böyük texnologiya sərgisi olan Bakutel sərgisində 2013-cü ildə iştirak etməyə başlamış və ilk iştirak sertifikatını almışdır.
18 Aprel 2014-cü ildə BethClip ilk dəfə beynəlxalq bir start-up yarışması olan SeedStars Worldwide 2014 yarışmasında iştirak etmişdir.
17 May 2014-cü il tarixində BethClip QuTechnoPark tərəfindən həyata keçirilən start-up ideya yarışmasında Finalist olmuş və özünün ilk Toxum İnvestisiyasını (AZN 10 000) almışdır. Bu nailiyyət BethClip’in sonrakı uğurlarına yol açmış və qazandığı maliyyə dəstəyi xarici layihələrdə də iştirakına şərait yaratmışdır. Bundan əlavə layihənin qalibi kimi QuTechnoPark tərəfindən ödənişsiz ofis, texnologiya avadanlıqları və medya dəstəyi əldə etmişdir.
28 İyun 2014-cü ildə BethClip Bakı Startup Sərgisində (Baku Start-up Fair) iştirak etmişdir. Burada həm yerli həm də regional startuplarla tanışlıq qurmaq imkanı əldə etmişdir.
3 iyul 2014-cü ildə BethClip Startup Azərbaycan yarışmasının 6 Finalistindən biri elan olunmuş və Yüksək Texnologiyalar Parkının rezidenti seçilmişdir.
15 Avqust 2014-cü ildə BethClip Ukraynanın Happy Farm Biznes İnkubasiyasının 2 həftəlik proqramında iştirak etmiş və Amerikaya Silicon Valley’ə getmək şansı əldə etmişdir. Orada bir çox nüfuzlu startupların və iri bizneslərin ofislərində olan BethClip həmçinin biznesə investisiyayla maraqlanan tərəflərlə də görüşmüşdür. Silicon Valley’in nüfuzlu kapitalistlərindən İmperious Group BethCliplə investisiya müqaviləsi imzalamışdır. İnvestisiyanın şərtlərinə əsasən BethClip ikinci Toxum İnvestisiyasını ($ 30 000) almışdır.
26-30 Sentyabr 2014-cü ildə BethClip Startup İstanbul təlim və prezentasiya sessiyalarında iştirak etmişdir. Bu tədbir layihənin beynəlxalq arenada tanınması adına atılmış uğurlu bir addım idi.
13 Oktyabr 2014-cü ildə BethClip Amerikanın Delaware ştatında rəsmi şirkət qeydiyyatından keçmişdir.
4-6 Noyabr 2014-cü il tarixində BethClip dünyanın ən böyük Texnologiya Görüşündə (Web Summit Dublin) iştirak etmiş və beynəlxalq əhatəsini daha da artırmışdır. İrlandiyanın paytaxtı Dublində keçirilən bu tədbir BethClip’in uğurla iştirak etdiyi ən böyük beynəlxalq tədbir olmuşdur.
2-5 Dekabr 2014-cü il tarixlərində BethClip artıq ikinci il Bakutel Sərgisində iştirak etmişdir. Bu il 20 İllik Yubileyi qeyd olunan Sərgidə eksklyuziv sayda iştirakçı və Google, Microsoft kimi iri bizneslər işirak edirdi. BethClip sərgi iştirakçılarından biri idi.
19 Dekabr 2014-cü ildə MilliNet Azərbaycan yarışmasında “Mobil Tətbiqlər” kateqoriyasında birinci yer olmuşdur.
24 Dekabr 2014-cü ildə BethClip AMEA’ın 1-ci Texnologiya və İxtira, Faydalı Model və Sənaye Nümunələri Sərgisində iştirak etmişdir.


14 Ocak 2015 Çarşamba

Eksperttv xidmətinizdə

Müasir dövrdə yeni texnologiyaların meydana gəldiyi, ötən əsrlərdə mövcud olmayan, yaxud xəbərsiz olduğumuz xəstəliklərin yayıldığı, yeni sosial problemlərin və məsuliyyətlərin gündəmə gəldiyi, həmçinin müxtəlif sahələrin davamlı inkişafı nəticəsində yeni bir ensiklopediyaya ehtiyac yaranmışdır. Həmçinin bu ensiklopediyanın istifadəsi zamanı hazırda demək olar ki, hər kəsin problemi olan zamanın düzgün və əlverişli idarə olunması faktoru nəzərə alınmalı idi. Elə bu ehtiyac anında www.eksperttv.az saytı ərsəyə gəldi. Öz videoları ilə bütün yaş qrupu nümayəndələrinin suallarını cavablandırmağı nəzərdə tutan eksperttv yayımlanan videoların sayını müntəzəm olaraq artırmaqla istifadəçilərinə göstərdiyi yardımı günbəgün daha sərfəli edir. Müxtəlif kateqoriyalar üzrə yayımlanan videolar cari mövzunu hərtərəfli şəkildə təsnif etməklə izləyicilərin suallarını cavablandırır.
Qeyd edək ki, Eksperttv birbaşa olaraq mütəxəsislərin dilindən müxtəlif sahələrdə izləyiciləri maraqlandıran suallara görüntülü şəkildə cavab verən internet portalıdır. Eksperttvni qısaca olaraq video ensiklopediya da adlandırmaq olar. Eksperttv proqramlarını Azərbaycan dilində təqdim edir və hədəfində olan izləyici kütləsi də bu dili bilən internet istifadəçiləridir.
Eksperttv bu sahədə Azərbaycan dilində fəaliyyətə başlayan ilk internet portallarından olsa da, dünyada bu məzmunda mövcud olan bir sıra layihələr vardır. Eksperttv-nin fəaliyyət prinsipləri formalaşdırıldığı zaman analoji layihələrdən nümunə olaraq istifadə olunmuşdur.
Eksperttv-nin əsas konsepsiyası əhalinin bütün təbəqələrini maraqlandıra bilən suallara qısa videolar vasitəsi ilə mütəxəsislər tərəfindən sadə dillə cavabların verilməsidir. Bu konsepsiya çərçivəsində mövzuların əhatə dairəsində heç bir məhdudiyyət qoyulmur, tələbə görə daha da genişləndirilə bilər. eksperttv.az saytı aşağıdakı kateqoriyalar üzrə fəaliyyət göstərir:
Ailə və Psixologiya
Biznes və İqtisadiyyat
Təhsil və Karyera
Avtomobil
Sağlamlıq
Toy və Nişan
Kulinariya
Hüquq
İT
Din
Ordan-burdan
Əsmər Həşimli

9 Ocak 2015 Cuma

“Bu günün və sabahın direktorları” sertifikatı öz sahiblərinə təqdim olundu


“Bu günün və sabahın direktorları” sertifikatı öz sahiblərinə təqdim olunduTəhsil Nazirliyi ilə Qafqaz Universitetinin əməkdaşlıq çərçivəsində  məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təşkil olunan təlimlərdə  müvəffəq olanlara sertifikatlar təqdim olunub.


Zərifə Əliyeva adına liseyin 4 saylı binasının akt zalında  təşkil olunan tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə müdiri Emin Əmrullayev “Bu günün və sabahın direktorları” sertifikatına layiq görülən müəllimləri təbrik etdi: “Keçirdiyimiz təlimlərin əsas məqsədi, gələcəkdə idarəetmə sahəsində fəaliyyət göstərmək istəyən müəllimlərin bu sahədə təcrübi biliklərini artırmaq, eyni zamanda onların ixtisaslarının artırılmasında müəyyən rol oynamaqdır. Sertifikat alıb almamasından asılı olmayaraq, istənilən halda bu təlimdə iştirak etmək gələcəyin direktorları üçün müsbət bir göstəricidir. Mən hesab edirəm ki, direktor işinin mahiyyəti maddiyyat olmamalıdır. Onlar birinci növbədə öz sahəsləri üzrə mütəxəssis olmalıdırlar. Burada təşkil etdiyimiz təlimlər də buna xidmət edir. Biz növbəti təlimlərdə onu da nəzərdə tutmuşuq ki, artıq 2015- ci ilin sonlarından etibarən direktorlara keçirilən təlimlər elektron şəkildə aparılsın. Bu da təlimlərin reklamlaşdırılması deməkdir. Bu yolla bizim əldə etmək istədiyimiz nəticə ondan ibarətdir ki, bütün direktorlar bu layihədən maariflənsin və onlar da iştirak etmə imkanı əldə etsinlər”.
 E.Əmrullayev direktorların yaş həddinin aşağı salınması məsələsinə də toxundu: “Əvvəlki illərdə direktorların yaş həddi daha yuxarı idi. Ancaq hesab edirəm ki, bu məsələ də göz önünə gətirilməlidir. Bu ilki hesablamalara görə orta məktəb direktorların ortalama yaş həddi 56 təşkil edir. Çox yaxşı bir nəticə olar ki, bu vəzifənin böyük faizi gənc kadrlardan təşkil olunsun”.

Azərbaycan Respublikası Təhsil Şurasının sədri professor Əjdər Ağayev də çıxış edərək Təhsil Nazirliyinə təşəkkür etdi: “Azərbaycan təhsili günü-gündən inkişaf edir. Bu inkişafın əsas səbəbkarları isə müəllimlər və onların idarəedicisi olan direktorlardır. O müəllim xoşbəxtdir ki, mahir direktorun rəhbərlik etdiyi kollektivdə fəaliyyət göstərir. Çünki kollektivin yetişməsində həmin müəssisənin rəhbərinin böyük rolu vardır. Mən layihənin təşkil etdiyi üçün Təhsil Nazirliyinə və bu işin həyata keçirilməsində böyük əməyi olan Qafqaz Universiteti müəllimlərinə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan təhsilinin inkişafı yolunda təşkil olunan bu və  bunun kimi layihələr daim öz təsirini hissetdirəcək”

Qafqaz Universiteti Pedaqoji fakültəsinin dekanı Erdal Karaman da çıxış edərək bütün direktorları təbrik etdi: “Bu layihənin ən gözəl tərəfi odur ki, burada Azərbaycan Respublikası Təhsil Nazirliyi, universitetlər və orta məktəblər bir araya gəlmiş oldular. Ümid edirəm ki, bunun Azərbaycan təhsilinin daha da inkişafında böyük rolu olacaq”.

Qeyd edək ki, tədbirdə direktorların sertifikatlarının təqdim olunması ilə yanaşı həmin layihənin yenidən başlamasına da start verilib.

http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=64689

Mexanika Mühəndisliyi-3 tələbələri Bakı Gəmiqayırma Zavodunu ziyarətdə

Mexanika Mühəndisliyi-3 tələbələri   Bakı Gəmiqayırma Zavodunu ziyarətdə
Bakı Gəmiqayırma Zavoduna Orxan Hüseynovun rəhbərliyi ilə Mexanika Mühəndisliyi - 3  tələbələrinin  gəzintisini təşkil edildi.Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin Sənaye müəssisələri  ilə tanış olması və dərs zamanı  yiyələndikləri  mühəndislik biliklərinin praktikasının canlı şahidi olmasını təmin etməkdir.Gəzinti zamanı şirkət nümayəndələri tələbələri şirkətin ərazisi ilə tanış edərək gördükləri işlər və planları haqqında məlumat verdilər.Tələbələrimiz şirkət gəzintisindən məmnun qaldılar.Şirkət nümayəndələri də öz növbəsində tələbələrimizi şirkətləri ilə tanış etmələrindən böyük zövq aldıqlarını bildirdilər. 

İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi daşıyan “Yeni Fikir 2015” Müsabiqəsinə onlayn qeydiyyat yanvarın 25-də başa çatacaq

İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi daşıyan “Yeni Fikir 2015” Müsabiqəsinə onlayn qeydiyyat yanvarın 25-də başa çatacaq“Yeni Fikir 2015” Müsabiqəsinə ”(YFM) layihələrin onlayn qeydiyyatı davam edir. İnnovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilən müsabiqəyə layihələrin qeydiyyatı 25 yanvar 2015-ci il tarixinə kimi davam edəcək.

Müsabiqə  “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq; ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına dəstək vermək; İKT-nin inkişafına dəstək vermək; təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək; təşəbbüskar yanaşmanı inkişaf etdirmək məqsədi daşıyır. Ümumilikdə müsabiqə texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədilə təşkil olunur. Bu sahələrə başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.

Ölkənin və regionun inkişafında rol oynaya biləcək, beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması; təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, məhsulunu pula çevirə biləcək iş fikirlərinin şirkətləşməsini təmin etmək hədəf olaraq qarşıya qoyulub.

Təşkilat Komitəsindən qeyd edilib ki, qiymətləndirmə prosesində innovasiya və texnoloji yenilik (fikrin, ideyanın texnoloji-innovativ xüsusiyyətləri, faydaları və texnoloji baxımdan yeni və üstün cəhətləri); strategiya, bazar və rəqabət (məhsul və xidmətin alıcıları, alma səbəbləri, hədəf bazarın xüsusiyyətləri, böyüklüyü və inkişaf potensialı, rəqibləri, qiymətləndirmə siyasəti); komanda çalışması - idarəetmə (qrupun bacarıq və təcrübələri, hər bir üzvün layihə içərisindəki rolu, layihə ilə əlaqəli hər cür əməkdaş çatışmazlıqları və bunların necə aradan qaldırılacağı); təqdimatın keyfiyyəti (müsabiqə finala irəlilədikcə münsiflər daha çox təqdimatın keyfiyyətinə diqqət yetirəcəklər, aydın və yığcam, yazılı və şifahi); biznes plan əsas götürüləcək.

Qeyd edək ki, Qafqaz Universiteti Texnoparkı (QUTechnopark), İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi (İKTETM), Qafqaz Universitetinin Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi, İEEE Azərbaycan şöbəsinin təşkilatçılığı ilə reallaşan layihə ildə bir dəfə keçirilir.

Həqiqət İSABALAYEVA


“Bu günün və sabahın direktorları” sertifikatı öz sahiblərinə təqdim olundu



Təhsil Nazirliyi ilə Qafqaz Universitetinin əməkdaşlıq çərçivəsində  məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təşkil olunan təlimlərdə  müvəffəq olanlara sertifikatlar təqdim olunub.


Zərifə Əliyeva adına liseyin 4 saylı binasının akt zalında  təşkil olunan tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə müdiri Emin Əmrullayev “Bu günün və sabahın direktorları” sertifikatına layiq görülən müəllimləri təbrik etdi: “Keçirdiyimiz təlimlərin əsas məqsədi, gələcəkdə idarəetmə sahəsində fəaliyyət göstərmək istəyən müəllimlərin bu sahədə təcrübi biliklərini artırmaq, eyni zamanda onların ixtisaslarının artırılmasında müəyyən rol oynamaqdır. Sertifikat alıb almamasından asılı olmayaraq, istənilən halda bu təlimdə iştirak etmək gələcəyin direktorları üçün müsbət bir göstəricidir. Mən hesab edirəm ki, direktor işinin mahiyyəti maddiyyat olmamalıdır. Onlar birinci növbədə öz sahəsləri üzrə mütəxəssis olmalıdırlar. Burada təşkil etdiyimiz təlimlər də buna xidmət edir. Biz növbəti təlimlərdə onu da nəzərdə tutmuşuq ki, artıq 2015- ci ilin sonlarından etibarən direktorlara keçirilən təlimlər elektron şəkildə aparılsın. Bu da təlimlərin reklamlaşdırılması deməkdir. Bu yolla bizim əldə etmək istədiyimiz nəticə ondan ibarətdir ki, bütün direktorlar bu layihədən maariflənsin və onlar da iştirak etmə imkanı əldə etsinlər”. E.Əmrullayev direktorların yaş həddinin aşağı salınması məsələsinə də toxundu: “Əvvəlki illərdə direktorların yaş həddi daha yuxarı idi. Ancaq hesab edirəm ki, bu məsələ də göz önünə gətirilməlidir. Bu ilki hesablamalara görə orta məktəb direktorların ortalama yaş həddi 56 təşkil edir. Çox yaxşı bir nəticə olar ki, bu vəzifənin böyük faizi gənc kadrlardan təşkil olunsun”.

Azərbaycan Respublikası Təhsil Şurasının sədri professor Əjdər Ağayev də çıxış edərək Təhsil Nazirliyinə təşəkkür etdi: “Azərbaycan təhsili günü-gündən inkişaf edir. Bu inkişafın əsas səbəbkarları isə müəllimlər və onların idarəedicisi olan direktorlardır. O müəllim xoşbəxtdir ki, mahir direktorun rəhbərlik etdiyi kollektivdə fəaliyyət göstərir. Çünki kollektivin yetişməsində həmin müəssisənin rəhbərinin böyük rolu vardır. Mən layihənin təşkil etdiyi üçün Təhsil Nazirliyinə və bu işin həyata keçirilməsində böyük əməyi olan Qafqaz Universiteti müəllimlərinə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan təhsilinin inkişafı yolunda təşkil olunan bu və  bunun kimi layihələr daim öz təsirini hissetdirəcək”

Qafqaz Universiteti Pedaqoji fakültəsinin dekanı Erdal Karaman da çıxış edərək bütün direktorları təbrik etdi: “Bu layihənin ən gözəl tərəfi odur ki, burada Azərbaycan Respublikası Təhsil Nazirliyi, universitetlər və orta məktəblər bir araya gəlmiş oldular. Ümid edirəm ki, bunun Azərbaycan təhsilinin daha da inkişafında böyük rolu olacaq”.

Qeyd edək ki, tədbirdə direktorların sertifikatlarının təqdim olunması ilə yanaşı həmin layihənin yenidən başlamasına da start verilib.
http://www.qu.edu.az/az/news/%E2%80%9CBu-g%C3%BCn%C3%BCn-v%C9%99-sabah%C4%B1n-direktorlar%C4%B1%E2%80%9D-sertifikat%C4%B1-%C3%B6z-sahibl%C9%99rin%C9%99-t%C9%99qdim-olundu-6122.html

8 Ocak 2015 Perşembe

“Bu günün və sabahın direktorları” sertifikatı təqdim olunub

Bakı-APA. Təhsil Nazirliyi ilə Qafqaz Universitetinin əməkdaşlıq çərçivəsində  məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təşkil olunan təlimlərdə  müvəffəq olanlara sertifikatlar təqdim olunub.

Qafqaz Universitetindən APA-ya verilən məlumata görə, Zərifə Əliyeva adına liseydə təşkil olunan tədbirdə çıxış edən Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə müdiri Emin Əmrullayev “Bu günün və sabahın direktorları” sertifikatına layiq görülən müəllimləri təbrik edib: “Keçirdiyimiz təlimlərin əsas məqsədi, gələcəkdə idarəetmə sahəsində fəaliyyət göstərmək istəyən müəllimlərin bu sahədə təcrübi biliklərini artırmaq, eyni zamanda onların ixtisaslarının artırılmasında müəyyən rol oynamaqdır. Sertifikat alıb almamasından asılı olmayaraq, istənilən halda bu təlimdə iştirak etmək gələcəyin direktorları üçün müsbət bir göstəricidir. Hesab edirəm ki, direktor işinin mahiyyəti maddiyyat olmamalıdır. Onlar birinci növbədə öz sahələri üzrə mütəxəssis olmalıdırlar. Burada təşkil etdiyimiz təlimlər də buna xidmət edir. Biz növbəti təlimlərdə onu da nəzərdə tutmuşuq ki, artıq 2015-ci ilin sonlarından etibarən direktorlara keçirilən təlimlər elektron şəkildə aparılsın”.

E.Əmrullayev direktorların yaş həddinin aşağı salınması məsələsinə də toxundu: “Əvvəlki illərdə direktorların yaş həddi daha yuxarı idi. Ancaq hesab edirəm ki, bu məsələ də göz önünə gətirilməlidir. Bu ilki hesablamalara görə orta məktəb direktorların ortalama yaş həddi 56 təşkil edir. Çox yaxşı bir nəticə olar ki, bu vəzifənin böyük faizi gənc kadrlardan təşkil olunsun”.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də çıxış edərəkTəhsil Nazirliyinə təşəkkür edib: “Əminəm ki, Azərbaycan təhsilinin inkişafı yolunda təşkil olunan bu və  bunun kimi layihələr daim öz təsirini hiss etdirəcək”.

Qafqaz Universiteti Pedaqoji fakültəsinin dekanı Erdal Karaman bütün direktorları təbrik edib.

Qeyd olunub ki, tədbirdə direktorların sertifikatlarının təqdim olunması ilə yanaşı həmin layihənin yenidən başlamasına da start verilib.