Kayıtlar

Nisan, 2015 tarihine ait yayınlar gösteriliyor

VII Международный молодежный фестиваль мультикультурализма

Resim
29 апреля с.г. в университете «Кавказ» (город Хырдалан) состоялся VII Международный молодежный фестиваль мультикультурализма, посвященный 92-летию со дня рождения Гейдара Алиева. На фестивале представлены экспозиции разных стран: народные промыслы, национальные костюмы, кухня. Украшением фестиваля стали выступления национальных коллективов со своими песнями и танцами из 17 стран мира. Россию на фестивале представляли студенты университета. Все они приехали в Азербайджан учиться из разных российских регионов. Организационную поддержку студентам из России оказал Российский информационно-культурный центр в Баку.  http://azpress.az/index.php?lang=ru&sectionid=news&id=37839

Qafqaz Universitetində “Gənclik və Multikulturalizm festivalı” keçirildi

Resim
Ümummilli lider Heydər Əliyevin anadan olmasın 92 illik yubileyinə həsr edilmiş və ulu öndərin böyük ruhunu anmaq və onun bizə bəxş etdiyi müstəqil Azərbaycanın gəncliyə və millətlərarası dialoqa olan qayğısını nümayiş etdirmək məqsədi ilə Qafqaz Universitetində ənənəvi 7-ci “Gənclik və Multikulturalizm festivalı” keçirilib. Festivalda Universitetin özfəaliyyət dərnəkləri( xor, ansambl, dram, rok) bir-birindən maraqlı çıxışlar nümayiş etdirir. Azərbaycanda oxuyan xarici tələbələr də öz ölkələrinin stendini quraraq mətbəx və digər mədəniyyət nümunələrini nümayiş etdiriblər. Eyni zamanda Azərbaycanın müxtəlif sənət adamları festivalda iştirak edirlər. Qafqaz Universitetinin 25-dən çox tələbə maraq klublarının gənclərin maraq dairəsini əhatə edən stendləri qurulur. Klublar rəngarəng viktorinalar, əl işləri, fəaliyyət sahələrinə uyğun sərgilər, Azərbaycan və dünya mətbəxinə və folkloruna məxsus stendlə

“Qafqaz”da VII Beynəlxalq Gənclik şənliyi və Multikulturalizm Festivalı keçirildi

Resim
Dünən Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VII Beynəlxalq Gənclik şənliyi və Multikulturalizm Festivalı keçirildi.    Tədbirdə açılış nitqi söyləyən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qurulması səbəbilə 6 ildir ki, davam edən Gənclik Şənliyinin adına multikulturalizm sözü əlavə edilib: “Gənclik şənliyinin adına multikulturalizm sözünün əlavə edilməsi bugünkü tədbirimizə yeni dəyər qazandırıb. Eyni zamanda universtitetimizdə fəaliyyət göstərən Xarici tələbələr dərnəyinin də adına multikulturalizm sözü əlavə edilib. Sözügedən dəyişikliklər tələbələrimizin təklifləri əsasında həyata keçirilib”.  “Dünyanın 7 universitetində  Azərbaycan multikulturalizm fənni tədris olunur” Daha sonra çıxış edən Bakı Beynəlxalq

Startapçılar yetişdirən “QUTexnopark”- dan reportaj

Resim
Qafqaz Universitetinin tərkibində Texnopark fəaliyyət göstərir. "QUTexnopark" Universitet infrastrukturunda mühüm əhəmiyyət kəsb edən bölmələrdən biridir.  20 ayrı ofisdən ibarət olan "QUTexnopark" 1000 m 2 -lik sahəni əhatə edir. Qafqaz Universiteti Texnoparkının (QUtechnopark) direktoru İsa Qasımov Xəbərlər-ə Azərbaycanda universitet daxilində texnopark fəaliyyətinə ilk dəfə Qafqaz Universitetinin başladığını deyir: “2013-cü ilin yanvar ayında universitetin Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universitetinin texnoparkı "QUTexnopark" adlandırılıb. Texnopark təsis olunarkən ABŞ, RF, İsveç, əsasən isə Türkiyə universitetlərinin bu sahədəki təcrübəsi və modeli əsas götürüldü. QUTexnopark istər dövlət, istərsə də özəl sektorlarla sıx əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə görüşlər keçirir. Texnoparklarda ekosistemin inkişafında İnkubasiya Mərkəzlərinin rolu böyükdür. Burada da əsas məqsəd gənc nəsildə olan yenilikçi poten

Yeni Fikir 2015 Müsabiqəsi qalibləri bəlli oldu VİDEO

Resim
Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsinin qaliblər bəlli oldu. Qaliblər aşağıdakı kimi mükafatları qazandılar. 1-ci yeri qazanan layihə: "Security Copter" - 5000 manat 2-ci yeri qazanan layihə: "Baku Parking" - 3000 manat 3-cü yeri qazanan layihə: "SOTEQA LAB" - 2500 manat 4-cü yeri qazanan layihə: "Braille Pad" - 1500 manat Müsabiqədə yüksək nəticə göstərərək mükafatlar qazanan digər layihələr: "Avtomatik Müdafiə Qurğusu" - 1000 manat "Appoll" - 1000 manat " KURSLU.COM - onlayn təlim şəbəkəsi" - 1000 manat " seyahetler.com " - 1000 manat "ServiceOn" - 1000 manat "Reflected Security" - 1000 manat "Kitabmatik" - 500 manat "Never Again" - 500 manat Yuxarıda qeyd olunan layihələrin inkişafı üçün QUTechnopark-ın təmin edəcəyi digər dəstəklər aşağıdakı kimidir: 1. Layihənin müəllifləri, iş fikirl

“Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Resim
Bakı, 25 aprel, İbrahim Əsədov, AZƏRTAC  Aprelin 25-də Bakıdakı “Park İnn” otelində Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin final mərhələsi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə müsabiqə barədə məlumat verilib. Qeyd olunub ki, bu müsabiqə “QUTechnopark”ın təşkil etdiyi ən böyük layihələrdən biridir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da elmi tədqiqatlarda, eləcə də intellektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər. YFM yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlərə başlanğıc ideyası, mobil pr

Yeni Fikir 2015 Müsabiqəsi başa çatıb.

Resim
  Yeni Fikir 2015 Müsabiqəsi başa çatıb.  Xəbərlər -in məlumatına görə, bu gün Park İnn Oteldə keçirilən finalda 12 layihə komandası yarışıb. Qeyd edək ki, Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olub ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınıb. Müsabiqədə startap komandaları layihələrini münsiflər qarşısında təqdim ediblər. Xəbərlər  qaliblərin siyahısını təqdim edir. Qaliblər aşağıdakı mükafatları qazanıblar. 1-ci yeri qazanan layihə: "Security Copter" - 5000 manat 2-ci yeri qazanan layihə: "Baku Parking" - 3000 manat 3-cü yeri qazanan layihə: "SOTEQA LAB" - 2500 manat 4-cü yeri qazanan layihə: "Braille Pad" - 1500 manat Müsabiqədə yüksək nəticə göstərərək mükafatlar qazanan digər layihələr: "Avtomatik Müdafiə Qurğusu" - 1000 manat "Appoll" - 1000 manat " KURSLU.COM  - onlayn təlim şəbəkəsi" - 1000 manat " seyahetler.com " - 1000 manat "ServiceOn" - 1000 mana

“Yeni Fikir-2015” müsabiqəsi başa çatır

Resim
Yeni Fikir-2015” müsabiqəsi başa çatır. Final mərhələsi 25 aprel, saat 14:00-18:00-da “Park Inn Hotel”in “Dan Ulduzu” salonunda keçiriləcək. Müsabiqə “QUTechnopark-ın təşkil etdiyi ən böyük layihədir.   Bu layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı-sahibkarlığı təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır”.   İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər. Müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir.   Bu sahələr isə başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli

Bu gün Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi keçiriləcək

Resim
STARTUP AZƏRBAYCAN Bu gün Park İnn Oteldə Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan  Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi   keçiriləcək. Xəbərlər -in məlumatına görə, finalda 12 layihə komandası yarışacaq. Qeyd edək ki, Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmub ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınıb. Müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak

BP və Qafazın ”Bir gün”ü

Resim
Qafqaz Universiteti və  BP Azərbaycan şirkəti ilə birgə “Mühəndislik məktəbinin genişləndirilməsi”layihəsini həyata keçirməkdədir. Layihə üç mərhələdən ibarət olub, birinci mərhələdə universitetimiz mühəndislik fakültəsi tərkibində Kimya mühəndisliyi ixtisası açılmışdır. İkinci mərhələdə isə Mexanika mühəndisliyi ixtisası qurulmuş olub, bu ixtisasın tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurulmuş və 09 dekabr 2013-cü il tarixində açılışı olmuşdur. Universitetimiz həmin laboratoriyalardakı cihazları və bu cihazlarla aparılan təcrübələri geniş ictimai kütləyə dəqdim etmək üçün “Mexanika mühəndisliyi laboratoriyalarənda  ” bir gün ”  adlı tədbir həyata keçirir. Tədbirdə Qafqaz Universitetinin rəhbərliyi, Bp-nin nümayəndələri, alimlər, ictimaiyyət nümayəndələri və tələbələr iştirak edib. Rəsmi hissədə universitetin rektoru professor Ahmet Saniç çıxış edib: “ Qafqaz Universiteti Ümummilli Liderimiz Heydər Əliyevin tövsiyəsi və xeyir duası ilə 1

Bakıda biznes-inkubatorlar. Nə var, nə yox?

Resim
Qafqaz Universiteti Texnoparkı 2013-cü ili yanvar ayından fəaliyyət göstərir. Ofis: QUtechnopark-da 1 ədəd İnkubasiya Mərkəzi fəaliyyət göstərir Ayrılmış ofislər Oyun otağı Elektik, isitmə, soyutma, havalandırma, təmizlik, mühavizə QUtechnopark-da fəaliyyət göstərən rezidentlər barədə  məlumat Xidmətlər: Şirkətlərin və startupların fəaliyyəti üçün lazım olan bütün zəruri ehtiyaclar Sürətli internet Mentorluq, hüquqi və s. xidmətləri verilir Ekosistemin inkişafı üçün innovasiyaların tətbiqinə və inkişafına yönəlik müxtəlif layihələr həyata keçirilir Yeni Fikir  müsabiqəsi Təşəbbüskarlıq Seminarları İşgüzar Çevrənin İnkişafına  xidmət göstərən görüşlər Qiymətlər: 1 kv.metr sahə üçün aylıq 7 manat kirayə hesablanır Qeydiyyat: Qeydiyyatdan keçmək üçün  bura  müraciət edin Ünvan: Qafqaz Universiteti, Xırdalan şəh., Həsən Əliyev küç., 120 AZ0101, (tel: +994 (12) 349-99-58) Rəsmi səhifə: qutechnopark.az http://technimum.com/blog/start-up/5643.html#

Tələbələrin istehsalatla yaxından tanış olmasına şərait yaradılır

Resim
Dünən Qafqaz Universitetində müasir avadanlıqlarla təmin edilmiş mexanika laboratoriyasının açılışı oldu. Universitetin rektoru, professor Əhməd Saniç bu yeniliyi əlamətdar hadisə kimi dəyərləndirdi. Rektor qeyd etdi ki, rəhbərlik etdiyi kollektivdə tələbələrin hərtərəfli inkişafına kömək göstərmək, onlar üçün sağlam tədris şəraiti yaratmaq, ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyən gənc nəslin elmi biliklərinin artırılması məqsədilə mütəmadi olaraq yeniliklər həyata keçirməkdədir. O, yeni laboratoriyanın əhəmiyyətini xüsusi vurğulayaraq onun ərsəyə gəlməsində əməyi olanlara xatirə hədiyyələri təqdim etdi. “bp-Azərbaycan” şirkətinin əməkdaşı Qvami Rəhimli bp-nin Qafqaz Universiteti ilə səmərəli əməkdaşlığından danışdı, yaradılan şəraitə görə təşəkkürünü bildirdi. Universitetin mexanika fakültəsinin dekanı dosent Yadullah Babayev qeyd etdi ki, laboratoriyanın istifadəyə verilməsi tələbələrin nəzəri və praktiki biliklərini müasir standartlara uyğun inkişa

Qafqaz Universitetində “Mexanika mühəndisliyi laboratoriyalarında bir gün”

Resim
Abşeron rayonun ərazisində yerləşən Qafqaz Universitetində BP Azərbaycan şirkəti ilə birgə “Mühəndislik məktəbinin genişləndirilməsi” layihəsini həyata keçirilir. Aprelin 23-də “Mexanika mühəndisliyi laboratoriyalarında bir gün” adlı tədbir baş tutub. Tədbirdə Qafqaz Universitetinin rəhbərliyi, BP-nin nümayəndələri, alimlər və tələbələr iştirak edib. Tədbirin məqsədi – universitetin bu laboratoriyalardakı cihazları və həmin cihazlarla aparılan təcrübələri geniş ictimai kütləyə təqdim etməkdir. Rəsmi hissədə universitetin rektoru professor Ahmet Saniç çıxış edərək bildrirb ki, Qafqaz Universiteti tələbələrin hər tərəfli inkişafına köməklik göstərmək, onlar üçün sağlam tədris şəraiti yaratmaq, ölkə prezidentimiz İlham Əliyevin siyasi kursunu dəstəkləyən gənc nəslin inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq yeniliklər həyata keçirməkdədir. BP-in Azərbaycan ofisinin nümayəndəsi Qvami Rəhimli, BP ilə Qafqaz Universiteti arasında olan əməkdaşlığın tarixindən danışıb. O, mövcud əm

QU Texnopark Tanıtım Filmi

Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Bu məqsədlə Azərbaycanda ilk dəfə universitet daxilində texnopark fəaliyyətlərinə başlandı. Link : http://qutechnopark.az

Qafqaz Universitetinin Mexanika mühəndisliyi laboratoriyalarında “BİR GÜN” adlı tanışlıq tədbiri keçirilib.

Resim
Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç ölkədə təhsilə göstərilən dövlət qayğısından danışdı. Prezident İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğuladı.  Dövlət başçısının “Qara qızılı insan kapitalına çevirmək” kəlamını xatırladan natiq  təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən danışdı.Bu laboratoriyalar “BP-Azərbaycan” şirkəti ilə Qafqaz Universiteti arasında bağlanan memoranduma əsasən qurulub. Burada  universitetin tələbələrinə ölkə daxilində beynəlxalq standartlar səviyyəsində təhsil almağa şərait yaradılıb.  Ümumilikdə Universitet BP ilə birgə “Mühəndislik məktəbinin genişləndirilməsi”layihəsini həyata keçirməkdədir. Layihə üç mərhələdən ibarət olub, birinci mərhələdə universitetin mühəndislik fakültəsi tərkibində Kimya mühəndisliyi ixtisası açılıb. İkinci mərhələdə isə Mexanika mühəndisliyi ixtisası qurulub olub.Bu ixtisasın tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş labor

“Qızlar cəsarətli olsalar, İT sahəsinə gedə bilərlər”

Resim
“İKT sahəsinə elə “Bethclip”lə gəlmişəm” “İT TƏLƏBƏ” rubrikasının budəfəki müsahibi  “Startap Azərbaycan 2014” müsabiqəsinin qaliblərindən biri, Qafqaz Universiteti nin V kurs tələbəsi Nigar Mövsümlü dür. Nigar Mövsümlü  hazırda biznes sahəsində çalışır. “ Chamadan” Kofe Evi nin həmtəsisçisidir. Xəbərlər Nigar Mövsümlü ilə müsahibəni təqdim edir: - Nigar xanım, informasiya texnologiyaları (İT) sahəsinə marağınız nə vaxtdan başlayıb? - Bu sahəyə marağım 4-5 il əvvəl, universitetə qəbul olduğum ərəfələrdə başladı. Amma ixtisas seçimi edəndə bu sahə haqqında dərin məlumatım olmadığından marağım olan digər sahəni, biznesi oxumağı seçdim. Düşündüm ki, biznes sahəsində oxuyaraq İT bil