İlkin təşəbbüslər gələcək uğurlardan xəbər verir...

İlkin təşəbbüslər gələcək uğurlardan xəbər verir...

Bu dəfə fəaliyyətləri haqda ətraflı məlumat verəcəyimiz şəxs Qafqaz Universiteti Riyaziyyat və İnformatika ixtisası üzrə təhsil alan son kurs tələbəsi, eyni zamanda QU Texnoparkda part-time çalışan Ayşən Kamallıdır. Ayşən xanım hələ QU Texnoparka gəlməzdən öncə daim sosial cəhətdən fəal olmuş, vaxtını önəmli işlərə sərf etməyə çalışmışdır. Bunlara misal olaraq, Düşüncə klubunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, daha sonra rəhbər müavini, Pi klubunda olaraq layihələrin hazırlanması işindən məsul şəxs, Qafqaz Universiteti Tələbə Gənclər Təşkilatında aktiv üzv olaraq təlim və seminarların təşkilatçısı və iştirakçısı olması kimi məqamları vurğulamaq olar. Həmçinin o, Mili Bayt şirkətinin nəzdində fəaliyyət göstərən Expert TV-də bir aylıq təcrübə proqramında, Yeni Fikir 2014 Müsabiqəsinə "Ağıllı dəftər" layihəsi ilə müraciət etmiş komandada iştirak etmişdir.

Niyə məhz QU Texnopark?..
 QU Texnopark isə hər zaman Ayşən xanımın maraq dairəsində olmuşdur. Expert TV-də təcrübə proqramını başa vurduqdan sonra o bu barədə QU Texnoparkın direktoru İsa Qasımova bildirmiş və onlarla birlikdə könüllü olaraq çalışmaq istədiyini qeyd etmişdir. Təbii olaraq, İsa bəy "Nəyə görə məhz QU Texnopark?" sualını verdi. Ayşən xanım isə o günə kimi əlindən gəldiyi qədər aktiv olmağa çalışsa da, özünü qane edəcək dərəcədə təcrübə toplaya bilmək imkanını əldə etmədiyini qeyd etdi. QU Texnoparkda isə komandada işləmə bacarığının, iş mühiti ilə tanışlıq, şəbəkələşmənin inkişaf etməsi göz qabağındadır. İsa bəy Ayşən xanıma sınaq xarakterli tapşırıq verdi. Türk dilindən Təşəbbüskarlıq barədə olan və bitməsi üçün bir həftə vaxt verilmiş mətn Ayşən xanım tərəfindən iki günə yerinə yetirildi. Bundan əlavə, Ayşən xanım QU Texnopark tərəfindən həyata keçirilən Təşəbbüskarlıq seminarlarında iştirak etmiş və daim digər tədbirlərdə aktiv fəaliyyət göstərmişdir. Daha sonra Ayşən xanım İsa bəyin tövsiyyə etdiyi E-Ticarət master klass-da uğurla iştirak etdi.

Uğurlu layihələr zənciri...
 Ona verilən növbəti öhdəlik isə QU Texnoparkın həyata keçirdiyi fəaliyyətləri əks etdirən broşüra hazırlamaqdan ibarət idi. Ayşən xanım İsmayıl Vəlizadə adlı dizayner tələbə ilə birlikdə bu işin də öhdəsindən müvəffəqiyyətlə gəldi. Belə ki, broşüra QU Texnopark idarə heyəti, Qafqaz Universiteti rektoru Ahmet Saniç bəy də daxil olmaqla dəyərli şəxslərdən müsbət rəy aldı. Qeyd edək ki, broşüranın 2-5 dekabr tarixində keçirilən BakuTel sərgisində qonaqlara paylanması QU Texnopark fəaliyyətlərinin tanıdılması cəhətdən xüsusi rola malik idi. Bundan başqa, İpək yolu ictimai birliyinin dəstəyi ilə həyata keçirilən Gələcəyin sahibkarları layihəsinə qəbul olunmuş Ayşən xanım müsahibə nəticəsində seçilmiş 30 nəfərlik tələbə komandasının rəhbəri seçildi. Ayşən xanımın irəli sürdüyü təşəbbüslərdən biri də Yeni Fikir 2015 Müsabiqəsinin tanıtım stendinin təşkili idi. Layihə boyunca göstərmiş olduğu səylərə və onun geniş miqyasda ictimailəşdirilməsinə müvəffəq olduğu üçün Ayşən xanım QU Texnopark tərəfindən Təşəkkürnaməyə layiq görüldü. Hazırda isə Ayşən xanım QU Texnopark Könüllülər proqramı layihəsinə rəhbərlik etməkdədir. Layihənin mahiyyəti ondan ibarətdir ki, fəaliyyət imkanları ilə təmin olunması üçün QU Texnopark könüllüləri daim diqqət mərkəzində olacaqlar. Bunun üçün artıq bir neçə diqqətəlayiq addım atılmışdır: Qafqaz Universiteti Kariyera Planlama Mərkəzi ilə olan əməkdaşlıq əsasında KPM tərəfindən təşkil olunan bir neçə seminar, şirkət gəzintisi, sərgi və müsahibələrdə həmin tələbələr QU Texnoparkı təmsil etmişlər.
 
QU Texnopark dəstəyi tələbələrin müvəffəqiyyətlərində təzahür edir...
Ayşən xanımın indiyə kimi qazandığı uğurların təməlində güclü iradəsi və keçirdiyi yorğunluq hissini belə sevməsi dayanır. Daim aktiv olmağa və cəmiyyətə faydalı olmağa çalışan bir xanım tələbə kimi Ayşən xanım potensiallı xanım tələbələrin timsalında ümumiyyətlə xanımlara güvənildiyi və imkanlar yaradıldığı zaman onların cəmiyyətdə daha böyük müsbət dəyişikliklər edə biləcəyinə inanır. O, QU Texnoparkın timsalında Qafqaz Universitetindəki iş mühitinin olduqca mədəni və tələbənin gələcəyini nəzərə alan olmasından dolayı öz sevincini bildirir.

Әsmər Həşimli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF