Biznes inkubator – gənclərə yeni imkan

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmış, sahibkarlıq fəaliyyəti genişləndirilmişdir. Bu gün iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir və bu sahədə özəl sektor xüsusi rol oynayır. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müvafiq innovasiya strukturlarının - innovasiya mərkəzlərinin, biznes-inkubatorların, texnoparkların yaradılması nəzərdə tutulur və artıq bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Belə ki, hazırda ölkəmizdə Sumqayıt Texnologiyalar Parkı fəaliyyət göstərir, Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində müvafiq işlər görülür.
biznes-inkubator-1
Azərbaycanda biznes inkubatorların yaradılması istiqamətində də tədbirlər həyata keçirilməkdədir. Belə ki, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin təşviq olunmasına dair Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırıqlarını və müxtəlif dövlət proqramlarında biznes inkubatorların yaradılmasına dair müəyyən olunmuş tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-cü ildən "Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi"nin icrasına başlanılmışdır. Layihə çərçivəsində təşəbbüskar gənclər üçün biznes inkubatorların yaradılması da nəzərdə tutulmuşdur. Biznes inkubatorların yaradılması ilə ölkəmizdə sahibkarlığa göstərilən dövlət dəstəyi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri davam etdiriləcək, innovativ və perspektivli biznes sahələrinin inkişafına, biznes-inkubator-2eləcə də gənclərin məşğulluq səviyyəsinin artırılmasına nail olunacaqdır.
Yeri gəlmişkən qeyd edək ki, biznes inkubator - başlanğıc mərhələdə kiçik sahibkarlığın yaranması üçün onlara icarə üçün yer verən, məsləhət, hüquqi, mühasibat və digər xidmətlərlə kömək edən təşkilatdır. İlk biznes inkubatorlar ötən əsrin 50-ci illərində ABŞ-da meydana gəlib. Hazırda biznes inkubatorlar bütün dünyada mövcuddur və müvəffəqiyyətlə fəaliyyət göstərir. Ümumiyyətlə, biznes inkubatorlarda sahibkarlıq fəaliyyətinə yeni başlayanlara müxtəlif xidmətlər göstərilir və hər bir inkubatorda bu xidmətlərin sayı fərqli olur. Biznes inkubatorlarda göstərilən başlıca xidmətlər əsasən, ofisin zəruri avadanlıqlarla təmin olunması, mühasibat uçotunun, kargüzarlığın aparılması, biznesin irəliləməsi strategiyasının hazırlanmasında məsləhətlər, sərmayə axtarışı, biznesin aparılması və bu sahədə uğura nail olunması üçün müxtəlif təlimlərin, seminarların keçirilməsi və digər xidmətlərdir.
Artıq Azərbaycanda da biznes inkubatorun yaradılması istiqamətində ilk addım atılmışdır. Sentyabrın 10-da Xaçmaz rayonunda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyətə başlamışdır. Biznes inkubatorun yaradılmasının əsas məqsədi biznes-inkubator-3Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsidir. Məlumat üçün qeyd edim ki, son dövrlərdə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə 2002-2014-cü illər ərzində 3040 gənc sahibkara 278,4 milyon manat həcmində güzәştli kreditlәr verilmişdir ki, bu da 13 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Bundan başqa, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif maarifləndirmə tədbirləri keçirilir, Almaniya-Azərbaycan ikitərəfli Proqramı çərçivəsində sahibkarlar və gənc menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. 2009-2014-cü illərdə 200-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçmişdir. Görülmüş işlərin nəticəsidir ki, son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında gənclərin sayının artması müşahidə edilir.
Biznes inkubatorda fəaliyyət göstərəcək iştirakçılar bu ilin iyul ayında İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət komissiya tərəfindən seçilmişdir. Ümumilikdə, biznes inkubatorda ilkin olaraq 20 gənc turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində sahibkar kimi biznes-inkubator-4hazırlanacaq. Biznes inkubatorun fəaliyyəti üçün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin 2 mərtəbəsində 500 kv metrə yaxın sahə ayrılmış və müasir tələblərə cavab verən ofis avadanlıqları ilə təchiz olunmuşdur. Burada gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar veriləcək, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstəriləcəkdir. Sonda verilmiş biliklərin gənclər tərəfindən mənimsənilməsi səviyyəsinin öyrənilməsi üçün monitorinqlərin keçirilməsi, nəticələrin təhlili və qiymətləndirilməsi planlaşdırılır.
Biznes inkubator Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış müvafiq tədris plan və proqramları, eləcə də zəruri metodiki vəsaitlərlə təmin olunmuşdur. Yerli mütəxəssislərlə yanaşı, gələcəkdə biznes inkubatorda xarici ekspertlərin fəaliyyəti də nəzərdə tutulur. Bundan başqa, biznes inkubator iştirakçıları fəaliyyət göstərdikləri sahələr üzrə gələcəkdə xarici ölkələrin müəssisələrində ixtisasartırma keçəcək, onlarla biznes əlaqəsi qurmalarına köməklik göstəriləcəkdir.
Xaçmazda biznes inkubatorun yaradılması sahibkarlığın inkişafına, xüsusilə gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə göstərilən növbəti dəstək tədbiridir. Biznes inkubator Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlığı daha da inkişaf etdirməklə yanaşı, innovativ və perspektivli biznes sahələrinin inkişafına töhfə verəcək, regionda məşğulluğun artırılmasında əhəmiyyətli olacaqdır.
Bu layihənin davamı olaraq, Balaxanı Sənaye Parkında, Sumqayıt Kimya Sənaye Parkında, Aran Regional İnkişaf Mərkəzində və s. biznes inkubatorların yaradılması nəzərdə tutulur.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
15-
16
17-
18
19

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF